ÖLÜMƏ YOLLANIRMIŞ KİMİ... - BU NƏDİ BELƏ?


Bəlkə də bir sözümüz onlara məlhəmdir... Bunu elə dövlətimiz də NƏZƏRƏ ALMALIDIR... Amma maləsəf, hal-hazırda belə bir anlama müşahidə olunmur. DİA.AZ bildirir ki, bunu onkoloji xəstəlikdən əziyyət çəkən tanınmış şair Nami Hacıheydərlinin paylaşımından da görmək olar.

ÖLÜMƏ YOLLANIRMIŞ KİMİ...

Şairimiz yazır: "Milli Onkologiya Mərkəzində hər dəfə sistem köçürməzdən öncə pasientlərə ,,Ölüm kağızı,,na qol çəkdirirlər. Biz zatən dünyaya gəlməzdən öncə ,,Ölüm kağızı,,mıza qol çəkib, doğulmuruqmu? Bu səbəbdən tərəddüdsüz qol çəkirəm.
Yanılmıramsa, Salamın sözüdür;
Tanrı ölüm hökmü yazır,
Doğulmaq günahımıza...
Qeyd; Statusum kədərli görünə bilər, amma içimdə Günəş sisteminə sığmayacaq boyda sarsılmaz inam var. Hər şey gözəl olacaq - Millətimiz, Dövlətimiz və elə bizim üçün!"

Allah köməyi olsun...

Elə dövlətimiz də...
Tarix: 24-07-2023, 18:56
Xəbəri paylaş





Xəbər lenti