Fazil Mustafa: “Dərmanların tərkibini dəyişib keyfiyyətini azaldanlar heç də hər məmləkətdə şad-xürrəm yaşamırlar”

“Tailandda 6 əmələ görə edam cəzası nəzərdə tutulub. Birinci sırada qida məhsullarına ağır xəstəliyə səbəb olacaq qatqılar vurmaqla vətəndaşların sağlamlığının pozulmasıdır. Bizdə sürətlə artan onkoloji və başqa xəstəliklərin əsas səbəbi budur. Minlərlə insan qırxı, əllini haqlamamış dünyasını dəyişir. İkinci kateqoriyada edam hökmü saxta dərman istehsalı və satışı üçün müəyyənləşib. Sonra narkotika, ardınca yetkinlik yaşına çatmamış qıza təcavüz və xüsusi amansızlıqıa qəsdən adam öldürmə kimi cinayətlər gəlir. Demək ki, bizdən fərqli olaraq Tailandda əhalini kütləvi zəhərləməyə yönəlik əməllərə qarşı daha sərt davranırlar”.
 
Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.
 
“Təbii yağa palma yağı qatanlar, çörəyin tərkibinə hər cür zirzibil dolduranlar, dərmanların tərkibini dəyişib keyfiyyətini azaldanlar heç də hər məmləkətdə şad-xürrəm yaşamırlar”, - F.Mustafa qeyd edib.
Tarix: 30-07-2023, 23:12
Xəbəri paylaş





Xəbər lenti