Pəhriz saxlayanların NƏZƏRİNƏ! - Bu xəstəliklər yaranır
"Tez-tez pəhriz saxlamaq görmə pozğunluğuna səbəb olur".
Sfera.az xəbər verir ki, bunu Rusiyanın tanınmış diyetoloqu Marina Makişa bildirib.
O, müxtəlif pəhrizlərdə davamlı olaraq arıqlayan xroniki pəhriz saxlayanlar üçün əsas problemin anemiya olduğunu qeyd edib.
“Davamlı pəhrizdə olan şəxslərdə dəmir çatışmazlığı, hər hüceyrənin əziyyət çəkməsinə səbəb olan B12 vitamini əskikliyi olur",- o deyib.
Mütəxəssisin sözlərinə görə, anemiya ilə hüceyrələr kifayət qədər oksigen almır və öz funksiyalarını normal yerinə yetirə bilmirlər.
“Əvvəlcə bu, tez-tez gözlərin qurumasına gətirib çıxarır ki, bu da iltihablı xəstəliklər riskini artırır.
Bundan əlavə, daimi pəhriz vitamin çatışmazlığına gətirib çıxarır. C vitamini çatışmazlığı, katarakt riski də daxil olmaqla, kəskin şəkildə artır, yəni bunlar da görmə problemlərini yaradır”, - diyetoloq bildirib.
Tarix: 18-08-2023, 18:24