Məşhur inancın əksinə olaraq, dondurma və soyuq su adamı xəstə etmir

Tərləyəndə "soyuq su içmə, xəstələnəcəksən!”, “Dondurma yemə, xəstələnəcəksən!”. Bu sözləri uşaqlar valideynlərindən çox eşidiblər. Amma və lakin bu sözlər həqiqəti əks etdirmir. SİAM.AZ-ın yazıdığına görə, Sherg.az türk mediasına istinadən xəbər verir ki, qulaq, burun, boğaz həkimi, dos. Dr. Necati Enver “Məşhur inancın əksinə, soyuq su içmək, dondurma yemək insanı xəstə etmir.  Ailələr qorxmamalıdır. Uşaqlar öz dondurmalarını sərbəst yeyə bilərlər" deyə bildirib.
Necati Enver sözlərinə belə davam edir: "Zəif immunitet, viruslar və bakteriyalar adamı xəstə edir. Dondurma və soyuq su boğazda uyuşmaya səbəb olur. Bu bəzən ağrıya səbəb ola bilər. Ancaq , bu müvəqqətidir." 
Necati Enver, isti havanın həyatımıza çox  təsir etdiyinə diqqət çəkərək qeyd edir:

 "Bu vəziyyət səs tellərinə də  təsir edir. Səsimizə ən çox təsir havada rütubətin azalması və quruluğun olmasıdır. Bundan başqa tərlə itirdiyimiz su səbəbiylə bədəndə susuzluq artır. Onu həmişəkindən daha quru edir. Xüsusilə quru yerlərdə yaşayanlar bu riski daha çox yaşayırlar. Həmçinin çağrı mərkəzinin işçiləri, səslərindən istifadə edən müəllimlər  belə havalarda səsin boğulma riski ilə üzləşir”.

Bütün bunların qarşısını almağın ən təsirli və əhəmiyyətli yolunun kifayət qədər su içmək olduğunu ifadə edən Dos. Dr. Necati Enver bunları söyləyir: "Öncə tərlə bərabər İtirdiyimiz suyu bərpa  etməliyik. Ona görə də bol su içməliyik. Əslində mənə ən çox verilən sual budur: "Tərləyirik, istidir, dondurma yemək və çox soyuq su içmək səsin xırıltısına səbəb olur? Uşağımızı  xəstə edə bilərmi?" . 
Həm soyuq su, həm də dondurma əslində oxşar təsirə malikdir. Onlar heç bir şəkildə səs tellərimizə toxunmur. Yeməyimiz birbaşa yemək borusundan  keçir. Onların heç biri səs tellərimizə toxunmadığı üçün nə soyuq suyun, nə də dondurmanın qalıcı təsiri var. Təbii ki, dondurma, buzlu su kimi soyuq içkilər, soyuq yeməklər boğazımızdakı əzələlərə təsir edir.

Bu təsirə görə səsimizdə dəyişikliklər ola bilir. Boğazımızdakı hiss dəyişə bilər. Soyuq duş qəbul edərkən bədənimiz büzüldüyü kimi, soyuq bir şey yediyimiz zaman boğazımızdakı bəzi əzələlər refleks olaraq büzülür. Buna görə də səs dəyişiklikləri ola bilər. Amma bu  dərhal keçir.  Deməli, bu adamı xəstə etmir.  Bunlar boğazdakı əzələlərin təsiri və oradakı əzələlərin yüngül uyuşması səbəbiylə müvəqqəti təsirlərdir. Vokal sənətçiləri belə soyuq su içə bilər. Soyuq su içməyin, dondurma yeməyin heç bir zərəri yoxdur" .
Tarix: 20-08-2023, 08:51
Xəbəri paylaş





Xəbər lenti