TƏBİB MƏLHƏM OLA BİLMİR: Daha neçə baş həkim tutulmalıdır ki? - İLGİNC İDDİALAR...


2022-ci ilin son həftəsində ölkə ictimaiyyəti tibb sahəsində daha bir utancverici hadisə ilə qarşı qarşıya qaldı. Masallı Rayon xəstəxanası PHŞ-nin baş həkimi Eşqin Əliyev korrupsiya ittihamı ilə 26.12.2022 tarixində cinayət başında yaxalandı. Bu şəxs vəzifəyə TƏBİB-in icracı direktoru Vüqar Qurbanov tərəfindən 24.02.2022 tarixində təyin olunmuşdur. Bəs necə oldu ki, yeni struktura görə ancaq müalicə işinə nəzarət etməli olan, yaşı gənc olan 4000 AZN maaş alan humanist peşə sahibi olan bu həkim öz karyerasını qısa müddətdə məhv etdi? Vüqar Qurbanov bu şəxsi vəzifəyə təyin edərkən yeni dövrün tələblərini ona izah etməmişdirmi? Eşqin Əliyevin təqdimatını Vüqar Qurbanova kim etmişdi?

Bu suallara cavab axtararkən TƏBİB-də səhiyyəmiz ücün qorxunc nəticələrə cıxaracaq proseslərin getdiyinin şahidi oluruq.

TƏBİB-in icracı direktoruna iki müavin təyin olunmuşdur. Araz Nəsirov və Anar İsrafilov. Bu şəxslər arasında vəzifə bölgüsünə nəzər yetirərkən əsas maliyyə proseslərinə və resurslara nəzarətin Araz Nəsirovun əlində cəmləşdiyinin şahidi oluruq.

Bəs bu Araz Nəsirov kimdir? Araşdırmamız onu göstərir ki, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyində gedən prosesləri anlamaq üçün bu sualın cavabı bir çox məsələlərə aydınlıq gətirər.

Araz Nəsirov əslən Cənub zonasındandır(Masallı rayonu Moloton kəndi). Bu şəxsin çox çətin uşaqlıq və yeniyetməlik dövrü olmuşdur. Ailədəki problemlərə baxmayaraq dərslərini yaxşı oxumuş və…Bundan sonra Araz müəllimin həyatı dəyişməyə başlayır. FETÖ-yə məxsus Çağ öğrətim şirkətinin Bakı Özəl türk liseyinə daxil olur. Atası ilə olan problemləri (bunu özü həmişə qeyd edir) onu bu dinçi təşkilata sıx bağlayır (1994-1998). Beyni dini təbliğatın dumanı altında olan bu şəxs atasından qeyri-rəsmi olaraq imtina etmişdir.Sonrakı müddətdə Trakya Universiteti (1998-2003) Azərbaycandakı Universitetlərdə göz boyamaq ücün kurslar və 2021 ci ildə Dyuk(Duke) universitetində proyektlerin idarə olunması ixtisası üzrə təhsil almışdır. Maraqlıdır ki, hər iki universitet də cox geniş FETÖ baglantısına malikdir. Əslində sadə oxucu bu məlumatları oxuyarkən bu cür reaksiya verə bilər burada nə var ki? Amma tələsməyin…

Hörmətli Araz bəyin iş həyatına nəzər yetirək: 2004-2009-cu illərdə İstanbul Palmali şirkətlər qrupunda(Mübariz Mənsimov-diqqət edin FETÖ bağlantısı) fəaliyyət göstərərkən bu arada, o, 2008 ci il sentyabr-dekabr aylarında Xəzər-Lənkəran futbol klubunda vitse-prezident olur. Bu arada necə intriqalar cevirirsə, Xəzər-Lənkəran bir daha ayağa qalxmayacaq şəkildə çökür. 2010-2018 ci illərdə Abilərinin təlimatı ilə yavaş – yavaş Azərbaycan Respublikasının Dövlət təşkilatlarına çökərək Paşa Holdinqə yol tapır və orada Zaur Əliyevlə tanışlıq sayəsində İcbari Tibbi Sığorta agentliyində işə girir.

Hörmətli oxucumuz, burada bir qədər pauza edərək hörmətli Araz müəllimin müridi (İTS-də işə cəlb etdiyi) Rəşad Çobanova diqqət edək. Rəşad Çobanov -Dədə Qorquq özəl türk liseyini(Çağ öğretim şirkəti-FETÖ) bitirmişdir. 2010-2015-ci illərdə əvvəllər sanfak deyilən peşəkar həkimlik fəaliyyətinə aid olmayan ixtisasa yiyələnmiş və tibbdən uzaq olan adam kimi müxtəlif idman oyunlarında könüllü kimi müxtəlif fəaliyyətlərlə məşğul olmuşdur. 2017-2019 da UNEC də MBA proqramını bitirmiş. Hal-hazırda BDU-nun hüquq fakültəsində oxuyur. Bu adam əmək fəaliyyətinə FETÖ bağlantılı Memorial klinikdə xəstə daşınma xidmətlərində başlamışdır. Sonrakı müddətdə Avropa Oyunlarında (2015-1ay) İslam həmrəylik oyunlarında 2017-ci ildə antidopinq komitəsində fəaliyyət göstərmişdir.

Pozucu və intriqacı fəaliyyətinə görə o zamankı nazir rəhmətlik Azad Rəhimov tərəfindən işdən qovulmuşdur.

Beləliklə, keçmişi FETÖ ilə bağlantılı ABİ Araz Nəsirov və mürid Rəşad Çobanov İTSDA da yerləşərək fəaliyyətə başlayırlar. Öz kadrlarını yerləşdirdikdən sonra ilk qarmaqlarını Sumqayıt səhiyyəsinə atırlar. Bütün kadr məsələlərini və qeyri-qanuni maliyyə axınlarını Sumqayıt Tibb Mərkəzi PHŞ-nin direktoru Səkinə Sadıxovanı (o da özünə vergi verildiyini iddia edir və dindardır) müridlər siyahısına daxil edərək ələ keçirirlər. Sumqayıtda gedən bütün şikayətlərin qarşısı bu iki şəxs tərəfindən alınır və çatışmazlıqlar ört-basdır edilir.

Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ bu iki şəxs tərəfindən nəzarətə götürülür və Eşqin Əliyev baş həkim təyin edilir. Bu kadr Vüqar Qurbanova Araz Nəsirov tərəfindən təqdim edilmişdir. (Eşqin Əliyevdən külli miqdarda alınan vəsait hesabına 20000 AZN) bundan sonra işlənmiş sxem üzrə kadr məsələləri və qeyri-qanuni maliyyə axınları öz ciblərinə axır.

Hal-hazırda Azərbaycan Respublikası Prokurorluğunun korrupsiyaya qarşı mübarizə idarəsi Masallı mərkəzi rayon xəstəxanası PHŞ-də cinayət işi əsasında məhkəmə hökmləri çıxarılmışdır. Çox maraqlıdır ki Azərbaycan Respublikası Prokurorlugunun korrupsiyaya qarşı mübarizə idarəsi çirkli pulların yuyulması şübhəsi ilə Sumqayıt Tibb Mərkəzində də araşdırmalar aparmışdır. Sonrakı müddətdə Hesablama Palatasının aşkarladıgı dəhsətli qanun pozuntuları və mənimsəmələr aşkar edildiyindən Aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmışdır.(Prokurorluğun 25.04.2023 tarixli acıqlaması)

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 2023-cü ilin birinci yarısında nəzarət tədbirləri aparılmış, nəzarət obyektləri barədə məlumatda Sumqayıt Tibb Mərkəzi" publik hüquqi şəxsinin Mərkəzi Avtopark bölməsində (01.01.2020-01.01.2023 tarixlərini əhatə edən dövrdə) külli miqdarda maliyyə pozuntuları və mənimsəmələr aşkar edildiyindən materiallar Respublika prokurorluğuna göndərilmişdir.

Bizdə olan qeyri-rəsmi məlumatlara əsasən aparılan araşdırma və cinayət işlərində dövlətə vurulan zərər milyonlarla manat dəyərində ölcülür.Lakin bir maraqlı fakt nəzər diqqətimizi cəlb etdi. Bu qədər biabırçılıqlara və dövlət əmlakını mütəşəkkil dəstə şəklində dağıdan Səkinə Sadıxova, Araz Nəsirov, Rəşad Cobanov triosu hələ də vəzifə başındadır. Haqqında cinayət işi başlanılmış və cinayəti sübuta yetirilmiş Səkinə Sadıxovanın işi məhkəməyə göndərilmir və Sumqayıtda qeyri-qanuni fəaliyyətini davam etdirərək, tibb işçilərinə zülm etməkdə davam edir….

Araz Nəsirov dinçi fəaliyyəti ilə yanaşı etnik milliyyətçiliyi gizli olaraq TƏBİB-də həyata keçirir. Son 6 ayda böyük klinikaların rəhbər vəzifələrinə ancaq müvafiq etniklər təyin edilir. Məsələn, Yeni Klinikada vəzifəyə təyin olunan Barat Yusubov… Təbib Mərkəzi aparatında bəzi xoşagəlməz kadrolaşma prosesi asta-asta həyata keçirilir. Bundan başqa Sumqayıt Tibb Mərkəzinin idarəetmə aparatına TƏBİB-də işləyən və Araz Nəsirov tərəfindən müvafiq fəaliyyətə cəlb edilmiş şəxslərin həyat yoldaşları işə alınır. Sumqayıtın zəhmətkeş gəncləri işə alınmır. (Məsələn, Mirzəbəyli Vəfa---Mirzəbəyli Teymurun(Təbib) həyat yoldaşı Cəmilzadə Nərgiz-Cəmilzadə Şamxalın (İcbari Tibbi Sığorta) həyat yoldaşı, Vəliyeva Xəyalə (Təbibin icracı direktorunun bağbanının qızı)

Doğrudanmı, İcbari Tibbi Sığorta Agentliyi və Təbib-də FETÖ bu qədər güclüdür? Buradan Azərbaycan Respublikası Prokurorluğuna və bütün Hüquq - Mühafizə Orqanlarına müraciət edərək bu iki şəxs barədə olan məslələrə diqqətlə yanaşmağı xahiş edirik. Biz hesab edirik ki, bu cür qaranlıq keçmişə malik olan şəxslərin bütün fəaliyyətləri və əlaqələri yoxlanılmalıdır. Bu işdə həm səhiyyəmiz, həm də Dövlətimiz xeyir görə bilər.

P. S. 1. Bakı şəhəri, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib. Məlumata görə, tanınmış müğənni Dəniz Əsədovaya qarşı dələduzluqda şübhəli bilinən baş həkim barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılan baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi bildirilir.

2. “Sumqayıt Tibb Mərkəzi “ PHŞ-nin rəhbər şəxslərinin qanunsuz əməlləri barədə Baş Prokurorluq yanında Korrupsiya ilə mübarizə baş idarəsi tərəfindən cinayət işi açılmışdır. Hesablama Palatası tərəfindən yoxlamalar aparılıb külli miqdarda yeyinti faktları barədə cinayət işi açılmışdır..

3. Mətbuatda “Bakı Baş Səhiyyə İdarəsi Tibb Mərkəzi” PHŞ-nin rəhbərinin korrupsiya əməlləri barədə geniş materiallar paylaşılır..?

Araz Nəsirovlar və Çobanovlar isə öz fəaliyyətlərini davam etdirirlər. Amerika, Dubay səfərləri və Sumqayıt, Lənkəran, Masallı səhiyyələrində “islahatlar” davam edir...

4.Yevlax RMX-da vəzifəli şəxslərə qarşı 73.000 AZN vəsaitin mənimsənilməsi şübhəsi ilə cinayət işi açılmışdır.
//gundelik-baku.com//
Tarix: 25-08-2023, 17:52
Xəbəri paylaş





Xəbər lenti