“KTMT Ermənistanı o halda müdafiə edə bilər ki…”

“KTMT Ermənistanı o halda müdafiə edə bilər ki…” İlqar Vəlizadə: “Bu qurumun Qarabağ münaqişəsinə birbaşa qatılması üçün əsas yoxdur”




Ötən ilin dekabrından etibar təmas xəttində gərginliyin artması Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müqaviləyə təsir imkanı ilə bağlı fərqli müddəalara yol açıb.

Maraqlıdır, KTMT münaqişənin hansısa mərhələsində hərbi baxımdan Ermənistan dəstək verə bilərmi?

24saat.org-a açıqlama verən politoloq İlqar Vəlizadə KTMT amilinin yalnız müharibənin Ermənistan ərazisinə keçəcəyi təqdirdə işə düşə biləcəyini vurğuladı:

“KTMT-nın erməniləri müdafiə etməsi yalnız o halda baş verə bilər ki, müharibə Ermənistan ərazisində aparılsın. Əgər belə bir hal baş verərsə, KTMT Ermənistanın hərbi-siyasi rəhbərliyinin təkidi ilə onları müdafiə edəcək hansısa addımlar ata bilər. Hansı ki, proseslərin bu məcrada cərəyan etməsi Azərbaycan tərəfindən real sayılmır. Çünki hərbi əməliyyatların işğal edilmiş torpaqlarda, Qarabağda həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan müharibənin Ermənistan ərazisində keçirilməsini hərbi planına daxil etməyib. Odur ki, KTMT-in Qarabağ münaqişəsinə birbaşa qatılması üçün heç bir əsas yoxdur”.



Seymur Əliyev
Tarix: 4-01-2017, 16:42
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}