Dözümlü xalq bu qiymət artımı anonsuna reaksiya verməlidir

Dözümlü xalq bu qiymət artımı anonsuna reaksiya verməlidir AXCP sədri Əli Kərimli facebook səhifəsində SOCAR-ın qiymət artımı anonsundan yazıb. Yazını təqdim edirik:

“SOCAR rəhbərliyi deyib ki, şirkət ziyanla işləyir, belə getsə, qiymətləri yenidən artıracaqlar. Axı necə ola bilər ki, ölkənin əsas sərvətinə – neftinə və qazına sahib olan bu şirkət ölkəni dolandırmaq əvəzinə, özü müflisləşsin? Ölkənin xalq tərəfindən seçilmiş dövlət və hökumət başçısı olsaydı, dərhal şirkətdə audit təşkil edərdi. Müəyyənləşərdi ki, SOCAR-ın “ziyanla işləməsinə” səbəb ildə 1 milyon kubmetr – Azərbaycanın bütün əhalisinin istifadə etdiyinin 1/3-i qədər qazı sadəcə şəbəkə daxilində “itirməsidir”. Şirkətdə mükəmməl korrupsiya pramidası formalaşıb. Mal və məhsulların alınmasında, tikinti və təmir işlərində qiymətlər dəfələrlə şişirdilir. Qohumbazlıq, yerlibazlıq tüğyan edir. Şirkət rəhbərliyinin başı qarışıb ələ keçirdiyi yüzlərlə ev və villanın tikintisinə, təmirinə, icarəyə verilməsinə. Bu miqyaslı talana nəinki şirkət, heç dövlət də dözə bilməz. Necə ki dözmədi.

Bəli, bunlar tək SOCAR-ı deyil, bütövlükdə Azərbaycanı müflis etməkdədirlər. SOCAR rəsmisinin “qiymətləri artırmaq üçün müraciət edə bilərik” bəyanatı isə nəbz yoxlamasıdır. Dözümlü xalq bu qiymət artımı anonsuna da reaksiya verməsə, qiyməti yenə artıracaqlar. Növbəti qiymət artımı anonsuna etiraz etmək lazımdır. Necə etiraz etmək lazım olduğunu növbəti yazıda yazacam”.
Tarix: 17-01-2017, 23:00
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}