İctimai-siyasi fəallar Gözəl Bayramlının həbsinə görə toplanır

İctimai-siyasi fəallar Gözəl Bayramlının həbsinə görə toplanır AXCP sədrinin müavini, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gözəl Bayramlının həbsi ilə bağlı ictimai toplantı keçiriləcək. Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat paylaşıb.

O.Gülalıyev bildirib ki, G.Bayramlının həbsinə etiraz etmək, mübarizəni gücləndirmək və görüləcək işləri müzakirə etmək üçün 27 may, saat 12.00-da Siyasi Məhbusları Müdafiə Mərkəzinin təşəbbüsü və ictimai-siyasi fəalların iştirakı ilə toplantı keçiriləcək.

“Gözəl xanımla və onun timsalında şərlənib həbs olunan siyasi məhbuslarla bağlı etiraz səsini qaldıran, bu həbsə göz yummayan hər kəsi toplantıda iştirak edib onlara dəstək olmağa çağırıram!”, – deyə O.Gülalıyev toplantıya qatılmaq istəyənlərdən şəxsən onun özünü aramağı xahiş edir.

O.Gülalıyev xanım siyasətçinin həbsinə də təkrar münasibət bildirib.

“Gözəl Bayramlını çox primitiv və eybəcər şəkildə şərləyib həbs etdilər. Az öncə Səbail rayon məhkəməsi onun haqqında 3 aylıq həbs qəti-imkan tədbiri seçdi. Biz bu həbsə göz yummaq və susmaq fikrində deyilik. Bu hakimiyyət özünün də dediyi kimi anoloqu olmayan siyasət yürüdür. Bütün qırmızı xətləri keçməkdədir. İndi də fədakar xanım siyasətçi, dürüst insan Gözəl Bayramlını şərləyib həbs etdi. Hakimiyyət bu hərəkəti ilə sübut edir ki, onun üçün heç bir sərhəd, milli- mənəvi dəyər qalmayıb. Biz nə qədər ki, bu qeyri- əxlaqi, eybəcər siyasətə qarşı hamılıqla “dur” deməyəcəyik, sıra hamımıza çatacaq və daha böyük bəlaların, faciələrin şahidi olacayıq” deyə o, yazıb.
Tarix: 27-05-2017, 09:47
Xəbəri paylaş





Xəbər lenti