ABŞ Gözəl Bayramlını azad etməyə çağırdı

ABŞ Gözəl Bayramlını azad etməyə çağırdı “ABŞ Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının həbsi barədə məlumatdan narahatdır”, – ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi “Turan” agentliyinin müxbiri ilə söhbətində bildirib.

“Biz təkidlə Azərbaycan hakimiyyətini təkcə Gözəl Bayramlını yox, öz fundamental hüquqlarını, o cümlədən ifadə azadlığı hüququnu gerçəkləşdirdiyinə görə həbs olunan hər kəsi azad etməyə çağırırıq. Biz dinc siyasi iştirak üçün şəraitin yaradılmasına çağırırıq”,- o əlavə edib.

Gözəl Bayramlı mayın 25-də Gürcüstandan gələrkən 12 min dollar qaçaqmalçılığında ittiham olunaraq saxlanılıb.

Mayın 26-da AXCP sədrinin müavini Gözəl Bayramlı Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə azadlıqdan məhrum edildib.
Tarix: 27-05-2017, 16:33
Xəbəri paylaş





Xəbər lenti