Ziya Məmmədovla Fazil Məmmədovdan sonra növbə Kərəm Həsənovda - Detallar

Ziya Məmmədovla Fazil Məmmədovdan sonra növbə Kərəm Həsənovda - Detallar 2017-ci ildə iki nazir vəzifəsindən azad edildi. Nəqliyyat naziri Ziya Məmmədov və vergilər naziri Fazil Məmmədov işlərini itirdilər

Palitika.Az xəbər verir ki, prezidentin həyata keçirdiyi struktur və kadr islahatları, idarəçiliyin mobilə edilməsi davam edəcək.

Əhalinin və iş adamlarının ciddi şəkildə narazılıq etdiyi iki nazirin postundan uzaqlaşdırılmasından sonra digər sektorlarda da dəyişikliklər aparılacaq.

Hakimiyyət seçkiqabağı təhlillər aparır. Xalqı narazı salan, bürokratik əngəllər yaradan qurumlarla bağlı islahatlara başlanır.

Hazırda əhalini narahat edən, rüşvətə bulaşan, vətəndaşları incidən bir sıra dövlət qurumları qalıb. Onlardan biri də Əmlak Məsələləri üzrə Dövlət Komitəsidir.

Mülkiyyətin sənədləşməsi, reyestri, qeydiyyatı işlərində vətəndaşlar ciddi problemlərlə üzləşirlər. Ona görə də komitə sədri Kərəm Həsənovun da Z.Məmmədovla F.Məmmədovun aqibətini yaşayacağı istisna edilmir.

Hər iki sabiq nazir kimi komitə sədrinin də adı müxtəlif qanunsuz işlərə, MTN çetesinə, rüşvət və korrupsiyaya qarışıb.

Mətbuatda gedən yazılara görə, Kərəm Həsənov Eldar Mahmudova o qədər arxayın imiş ki, hətta Prezident Administrasiyasını belə eşitmirmiş.

Ona görə də yaxın aylarda Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov da istefaya göndərilə bilər.

Prezident İlham Əliyevin mayın 19-da dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı fərman Kərəm Həsənovun "vurulması” prosesinin başlanğıcıdır.

Bu fərmanla faktiki olaraq Kərəm Həsənovun səlahiyyətləri əlindən alınıb. Komitə sədri özəlləşdirmə prosesindən kənarda saxlanılıb.

Palitika.Az xəbər verir ki, bir müddət əvvəl komitənin bəzi səlahiyyətlərinin alınaraq ASAN xidmətə verilməsi uğurla həyata keçirilib.

ASAN xidmətin vətəndaşların müraciətlərini qanuni səviyyədə görməsi, komitədə tüğyan edən rüşvətin birdəfəlik yığışdırılması hökümətin yekun qərar verməsinə səbəb olub.

Çünki komitə sədri hazırda əlində olan xidmət sahələri ilə bağlı ASAN xidmət kimi çalışmağa çalışsa da, onun bu istəyi baş tutmayıb.

Vətəndaşların müraciəti üzrə komitənin əlində çox azsaylı səlahiyyətlər qalıb. Bu isə formal olaraq komitənin mövcudluğunu qorumaq üçün idi.

Kərəm Həsənov hakimiyyətdən vaxt istəmişdi və o vaxt artıq bitdi. Çünki verilən heç bir vəd yerinə yetirilmədi və əksinə şikayətlərin sayı günü-gündən artdı.

Bundan başqa komitə sədrinin altında imzası olan minlərlə problemli sənəd bu gün məhkəmələrdədir.

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəhbərliyinə gəlmiş-getmiş demək olar ki, bütün şəxslərin bu illər ərzində hansı qanunsuzluqlarda, cinayətlərdə iştirak etdiyi, nələrə sahib olduğu və sairlə bağlı geniş dosyelər var.

Bundan əlavə ƏMDK-da, onun tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin istər Bakı Şəhər Ərazi İdarəsində, istərsə də digər rayon və şəhər ərazi idarələrindəki qanunsuzluq, korrupsiya, rüşvətxorluq faktlarına dair geniş məlumatlar təqdim edilib.

Hətta son illər Əmlak Komitəsindəki korrupsiya və qanunsuzluqlar beynəlxalq təşkilatların hesabatlarına belə düşməyə başlayıb.

Bu cür geniş miqyaslı qanunsuzluqların baş verməsi təbii ki, ƏMDK-nın rəhbərliyinin, o cümlədən sədr Kərəm Həsənovun, müavinləri Rafiq Cəlilovun və Rüstəm Şahbazovun da fəaliyyətini diqqət mərkəzinə gətirir.

Onların ƏMDK-nın strukturlarında, o cümlədən Rafiq Cəlilovun birbaşa nəzarətində olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ərazi idarələrində yığılan milyonlarla manat rüşvətdən xəbərləri yoxdurmu? İnandırıcı deyil…

K.Həsənov özəlləşdirməyə açıq elan olunmuş, lakin hələ özəlləşdirilməmiş Bakı, Sumqayıt, Gəncə şəhərində yerləşən müəssisələrdən aylıq, əvvəlki baş idarəsi ləğv olunmuş komitənin tabeliyində olan müəssisələrdən, müştərək müəssisələrdən, səhmlərinin 30 % -i və ya daha çox hissəsi özəlləşdirilməmiş ASC-lərdən, həmçinin səhmlərinin müəyyən hissəsi özəlləşdirilmiş, lakin səhm sahibi naməlum olan ASC-lərdən rüblük "haqq” yığılması mexanizmini işə salıb.

Palitika.Az
Tarix: 7-12-2017, 08:29
Xəbəri paylaş





Xəbər lenti