“Baş nazirin yeni müavinlərinin təyin olunması gözlənilir”

 Prezident İlham Əliyev aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib.

Hazırda hökumətə rəhbərlik edən Baş nazir Novruz Məmmədovun üç müavini var: Baş nazirin birinci müavini Yaqub Eyyubov; baş nazirin müavinləri Əli Əhmədov, Əli Həsənov, Hacıbala Abutalıbov.

Yeri gəlmişkən, hökumətin əvvəlki tərkibində Baş nazirin 6 müavini vardı: birinci müavin Yaqub Eyyubov, müavinlər Əli ƏhmədovƏli Həsənov, İsmət Abasov, Abid Şərifov, Elçin Əfəndiyev.

İndi isə yenilənmiş tərkibdə 4 müavin qalıb. Bəzi məlumatlara görə, baş nazirin müavinləri ixtisar olunub, digər xəbərlərə görə isə əksinə, iki yeni təyinat da gerşəkləşə bilər.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az-a deyib ki, Nazirlər Kabinetinin strukturu ölkə rəhbəri tərəfindən müəyyənləşdirilir:

"Hökumətin mühüm nazirliklərinə və komitə rəhbərliklərinə olan təyinatları görmüşük. Eyni zamanda baş nazir və onun müavinləri də təsdiq olunublar. Lakin Nazirlər Kabinetinin tərkibində müəyyən vakansiyalar mövcuddur.  Bununla bağlı parlament üzvlərinin mülahizə söyləməsi bir qədər yanlış olardı. Keçmişdə o fikri çox vurğulayırdıq ki, hökumət kompakt olmalıdır, onun dəqiq tərkibi elə formada qurulmalıdır ki, burada əlavə məmur sayına ehtiyac olmasın, paralelçiliklər özünü göstərməsin. Digər tərəfdən baş nazirin müavinləri müxtəlif sahələri kurasiya edirlər. Bu isə özü-özlüyündə hökumətdə daha fəal  bir şəkildə nəzərdə tutulan müxtəlif sahələri nəzarətdə saxlamağa, dövlət rəhbəri tərəfindən irəli sürülən tapşırıq, tövsiyyə, qarşıya qoyulıan vəzifələrin yerinə yetirilməsinə şərait yaradır”.

Deputat Nazirlər Kabinetinin ləğv edilməsini və yaxud Prezident Administrasiyası ilə birləşdirilməsi istiqamətində səsləndirilən fikirləri düzgün hesab etmir:

"Hesab edirəm ki, bu bir tərəfdən qarışıqlıq yaradar. Digər tərəfdən isə arzu etdiyimiz səmərəni verməz.  Uzun illər ərzində sınaqdan çıxmış modellər var. Dövlət idarəçiliyi sadəcə arzularla, təsadüfi düşüncələrlə, hisslərlə qurula bilməz. Nəzərə almayıq ki, hökumətin üzərinə müxtəlif xarakterli vəzifələr düşür. Bizə bəllidir ki, müəyyən zamandan sonra öz fəaliyyətlərini doğrultmayan şəxslərlə bağlı ölkə rəhbəri tərəfindən kəskin qərarlar verilir. Xatırlayırsınızsa, bu ilin martında hökumətin hesabatı zamanı mən demişdim ki, 1 ilə qiymət verilmir.  Çünki seçkidən sonra hər bir nazirin fəaliyyəti ötən 5 ilin konteksində dəyər alacaq. Bu çox vacib bir məsələdir. Baş nazir və onun müavinləri çox yaxşı başa düşürlər ki, ölkə rəhbəri bu çevik sistemdə yer almayan və yaxud etimadı  doğrultmayan hər kəsi uzun müddəti gözləmədən dəyişdirəcək”.

Zahid Oruc deyib ki, baş nazirin yeni müavinlərinin təyin olunmasını gözləniləndir:

"Amma əhalinin 100 min nəfərinə düşən məmur sayı nəzərə  alınmalıdır. Bu çox olmamalıdır. Yalnız büdcə vəaitləri hesabına fəaliyyətini quran strukturlardan uzaq olmalıyıq. Hər bir təşkilat, hökumət qurumu özünü sübut etdirməlidir. Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin nə səmərə daşıdığını söyləyirdim. Gürdünüz ki, bu başqa bir qurumla birləşdirildi. Bunu mən  ilk olaraq Modern.az saytında ifadə etmişdim. Eləcə də digər qurumlar haqqında da mövqeyimi bildirmişəm. Ona görə də baş nazirln müavinləri dövlətin o sfera üzrə işlərini tənzimləməlidir.  Ümidvaram ki, bununla bağlı dövlət rəhbəri tərəfindən bu məsələyə aydınlıq gələcəkdir”.
Tarix: 6-05-2018, 15:03
Xəbəri paylaş





Xəbər lenti