Deputatlar yeni seçki gözləyir? - ÖZLƏRİ AÇIQLADI

 


Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı müzakirələr gedir. Mövcud qanunvericiliyə əsasən, Azərbaycanda növbəti - 6-cı çağırış parlament seçkiləri 2020-ci ilin payızında keçirilməlidir. Amma prezident seçkilərinin oktyabrdan aprelə çəkilməsi ölkədə erkən parlament seçkilərinin keçirilə biləcəyinə dair müzakirələrə də rəvac verib. 

Millət vəkili Araz Əlizadə Cebhe.info-ya açıqlamasında Milli Məclisə növbədənkənar seçkilərin keçirilməyəcəyini bəyan edib. Milli Məclisin üzvü Vahid Əhmədovun sözlərinə görə isə növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyac yoxdur: 

“Düzdür, Mili Məclisdə hazırda 6 deputat yeri boşdur. Həmin boş qalmış kürsülərə seçkilər keçirilə bilər. Amma Milli Məclis siyasi fəaliyyətini davam etdirir. Elə bir problem və qanun boşluğu yoxdur. Qanunlar qəbul edilir. Yəni, növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyac yoxdur. Dövlət başçısı bu məsələdə ola bilər ki, müəyyən qərarlar qəbul etsin. Bu, onun səlahiyyətində olan məsələdir. İndiki şəraitdə prezident seçkiləri yeni keçirilib. Yenidən parlament seçkilərinin keçirilməsinə lüzum görmürəm”. 


Tarix: 7-05-2018, 21:50
Xəbəri paylaş





Xəbər lenti