Paşinyandan Ankaraya inanılmaz Qarabağ MESAJI: "Azərbaycansız..."



 

Ermənistan ilkin şərtlərsiz Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına hazırdır.
Publika.az “news.am” saytına istinadən xəbər verir ki, bu haqda Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndidə mətbuat konfransında bildirib.
“Siz bilirsiniz ki, şərtləri Türkiyə irəli sürür. Türkiyənin tələbi məntiqsizdir. Ona görə ki, hər hansı ölkə ilə münasibətlərin qurulması üçün üçüncü ölkə barədə şərtləri irəli sürmək məntiqsizdir. Biz öz mövqeyimizdə qalırıq və şərtlərsiz münasibətləri qurmağa hazırıq. Eyni zamanda, erməni soyqırımının beynəlxalq tanınmasına sadiq qalırıq”, - Paşinyan vurğulayıb.
Qeyd edək ki, rəsmi Ankaranın mövqeyinə görə, Dağlıq Qarabağ problemi həll olunmadan və Azərbaycanın işğal edilmiş torpaqları azad edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması mümkün deyil.
Tarix: 9-05-2018, 21:15
Xəbəri paylaş





Xəbər lenti