“Strateq.az” saytının layihəsi olaraq “Strateq baxışı” proqramının budəfəki mövzusu: “Asiya Dövlətləri Birliyi – mümkündürmü?” idi. Müzakirə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin bir müddət əvvəl ictimaiyyətə təqdim etdiyi “İslam dünyasını yeni geopolitik gücə çevirmənin əsas yolu: Asiya Birliyini yaratmaq üçün nələri etməli?” analitik məqaləsi əsas götürərək təşkil olunmuşdu. Müzakirədə “Strateq baxışı”nın daimi ekspertlər qrupu – Sülhəddin Əkbər, keçmiş baş nazir Pənah Hüseyn, “Qlobal İnteqrasiya və Dialoq Mərkəzi”nin prezidenti Yasəmən Qaraqoyunlu və qonağımız, Ümid Partiyasının sədri İqbal Ağazadə iştirak edirdi. Müzakirə olduqca canlı keçdi və tərəflər arasında ciddi fikir müxtəlifliyinin olduğu meydana çıxdı. O qədər ki, İqbal Ağazadə “Avropa Birliyi bir xristian klubu deyil, Asiya Birliyi ideyası mümkün deyil” fikrini müdafiə edərkən, digər ekspertlər Asiya Birliyinin və müsəlmanların yeni bir güc ola biləcəyi yolunda düşüncə bildirdilər. Sülhəddin Əkbər isə tam tərsini söylədi: “Avropa Birliyi bir xristian klubudur!”
Bir saat 30 dəqiqəlik toplantı kəskin fikir ayrılıqları ilə müşayiət olunsa da, maraqlı oldu və ən azından, geniş fikir dartışması alındı. Asiya Dövlətləri Birliyi mümkündürmü, müsəlmanlar yenidən bir araya gəlib qlobal miqyasda güc ola bilərmi, ABŞ-ın, Avropa Birliyinin qarşısına yeni formada bir dünya gücü çıxarmaq mümkündürmü sualarına aydınlıq gətirmək üçün “Strateq baxışı”nın 3-cü verilişini başa vurduq.
Qeyd edək ki, müzakirə Sülhəddin Əkbərin yuxarıda bəhs etdiyimiz məqaləsinin əsasında baş tutdu və biz həmin yazının linkini oxuculara bir daha xatırladırıq: http://strateq.az/manshet/235896/islam-dunyasini-yeni-geopolitik-guc%C9%99-cevirm%C9%99nin-%C9%99sas-yolu.html (İSLAM DÜNYASINI YENİ GEOPOLİTİK GÜCƏ ÇEVİRMƏNİN ƏSAS YOLU:Asiya Birliyini yaratmaq üçün nələri etməli? – ARAŞDIRMA)
Müzakirəni tamaşaçıların diqqətinə təqdim edirik:
Müzakirədən yadda qalan fotolar: