Putin Qərbə Kudrinlə mesajı verir
Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin Hesablama Palatasına rəhbərlik etməyə razılaşıb.Axar.az xəbər verir ki, bu barədə RBK bir neçə mənbəyı istinadla məlumat yayıb. Məmurlardan biri isə Kudrini “dəyərli namizəd” adlandırıb və qərarın hökumətdə dəstəkləndiyini bildirib.“İnterfaks” Kudrinin parlament fraksiyaları ilə məsləhətləşmələrdən sonra son qərarı verəcəyini yazıb.“Hesablama Palatası sədrliyinin təklifi Kudrin üçün gözlənilməz olub. Buna görə də o, düşünmək üçün vaxt istəyib”, - agentlik qeyd edib.
Kudrin özü ötən gün “Vahid Rusiya”dan belə bir təklif aldığını, bu təklifin gözlənilməz olduğunu və ciddi düşünmək lazım gəldiyini bildirmişdi.Qeyd edək ki, bundan öncə Kudrinin Rusiya Prezident Administrasiyasının rəhbəri olacağı ilə bağlı informasiya yayılmışdı. Qərb mətbuatı Putinin qərbyönümlü Kudrinə vəzifə verməklə Qərbə danışıqlara hazır olduğu mesajını göndərəcəyini bildirmişdi.
Tarix: 12-05-2018, 07:51