“ABŞ Prezidenti Donald Trampın nüvə sazişindən çıxdığını açıqlamasından sonra bizə Rusiyadan deyil, Türkiyədən dəstək gəldi”.
“Qafqazinfo” İran parlamentinin rəsmi orqanı ICANA-ya istinadən xəbər verir ki, bunu iranlı millət vəkili İzzətullah Yusifiyan bildirib.
O, ölkəsinin Rusiya və Çinə ümid bəsləməməsinin vacib olduğunu söyləyib:
“Həssas zamanlarda Rusiya və Çinə görə addımımızı hesablamamalıyıq”.