Avropa Birliyi Yaxın Şərqdə yaranan gərginliklə əlaqədar olaraq böyük sammit təşkil etməlidir.
Axar.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Almaniya parlamentinin Xarici Siyasət Komitəsinin sədri Norbert Retgen deyib.
“Bu sammitə Yaxın Şərq ölkələrinin nümayəndələri dəvət edilməlidir. Avropa diplomatiyası və xarici siyasətinə hazırda tələb çox yüksəkdir. Yekunda söhbət bizim maraqlarımız, təhlükəsizliyimizdən və stabilliyimizdən gedir. Biz Avropanın təhlükəsizliyini Yaxın Şərqdəki siyasi vəziyyətdən ayıra bilmərik”, – deyə o bildirib.