Ermənistanın “başından böyük danışan” baş nazirinin 2 xətası


Paşinyanın tezliklə cəzalandırılacağına ermənilərin özləri də şübhə etmir; ekspertlər yeni hökumət başçısının savaş ritorikasının Ermənistana fəlakət vəd etdiyini deyirlər; politoloq: “Onu həm içəridən, həm də xaricdən ağır zərbələr gözləyir...”

Ermənistanın baş naziri Nikol Paşinyan qanunsuz olaraq səfər etdiyi Qarabağ torpaqlarından Azərbaycana qarşı yeni cəbhə açmaq istəyərkən özünə qarşı, Ermənistanın daxilində cəbhə açıldı. Özü də ona qarşı çıxanlar əliyalın, sadə ermənilər deyil, orduda kifayət qədər dayaqları olan, üstəlik, illərdir Qarabağdakı sərvətləri talayaraq böyük sərvətlərə sahib olunmuş şəxslərdir.

Söhbət təkcə sabiq prezident, “üç günlük baş nazir” Serj Sərkisyandan getmir. Ermənistanın keçmiş müdafiə naziri Viqen Sərkisyan da artıq küçədən gəlmiş baş naziri dolayısı ilə “yerində olmayan adam” kimi xarakterizə edib. Hələ öz postunda möhkəmlənməyən Paşinyanın dərhal Qarabağa gələrək orada Azərbaycan əleyhinə başından böyük danışmasını hətta Qarabağda törədilən cinayətlərdə əli olan V.Sərkisyan da qəbulolunmaz sayıb. Ermənistanın yeni seçilmiş baş naziri mayın 9-da Dağlıq Qarabağa səfər edib, Xankəndi və Şuşa şəhərlərində olub. N.Paşinyan Dağlıq Qarabağ danışıqlarda tərəf kimi tanınmasa sülh razılaşmasının mümkün olmayacağını bildirib. Sabiq nazir V.Sərkisyan isə N.Paşinyanın Dağlıq Qarabağ münaqişəsi məsələsi ilə bağlı fikirlərini təhlükəli adlandırıb. “Bir neçə gün öncə mətbuat konfransı zamanı baş nazirin söylədiyi fikirlər təhlükəlidir. Əminəm ki, Paşinyan bu fikirləri ilə Ermənistanda vəziyyəti çətinləşdirməyə çalışmayıb. Lakin onun səsləndirdiyi bəyanatlar nəinki Azərbaycanın aqressiv reaksiyasına, hətta beynəlxalq tərəfdaşlarımızın, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin narahatlığına səbəb olub”.

pashinyan yerevan ile ilgili görsel sonucu

Oxu.az xəbər verir ki, bunu Sərkisyan “Ararat” qəzetində verdiyi müsahibədə bildirib. Sabiq müdafiə naziri baş nazirin Ermənistanı münaqişə tərəfi kimi göstərməsini də səhv adlandırıb. “Bu əminliklə hər zaman Azərbaycan tərəfi çıxış edib. Həmçinin beynəlxalq ictimaiyyət Ermənistanın Dağlıq Qarabağda təklükəsizliyinin təminatçısı kimi, danışıqlar tərəfdaşı kimi tanıyır. Münaqişə tərəfi kimi deyil. Bu, pis nəticələnə bilər. Həmçinin baş nazirin danışıqlar prosesində Ermənistan deyil, ”Dağlıq Qarabağ Respublikası" (DQR) çıxış etməlidir, deməsi də anlaşılmazıdır. Belə çıxır ki, danışıqlar zamanı Ermənistan ayrı, “DQR” ayrı çıxış edəcək? İndiyə qədər bu, belə olmayıb. Daha sonra isə baş nazir danışıqlar üçün yeni yanaşmadan bəhs edib. Ola bilsin ki, bu, ön şərtdir. Yəqin ki, baş nazir “DQR” olmadan son qərara nail olunmaz, bildirmək istəyib. Bu mövqe dəfələrlə eks prezident Serj Sərkisyan tərəfindən səsləndirilib. Həmçinin bu yanaşma ATƏT-in Minsk Qrupu həmsədr-ölkələri tərəfindən də dəstəklənir", - deyə eks-nazir bildirib. Həmçinin sabiq nazir Paşinyanın “DQR”in beynəlxalq tanınmasını da “anlaşılmaz” adlandırıb: “Ermənistan hər zaman bəyan edib ki, statusun beynəlxalq tanınması nizamlama prosesinə də uyğun olmalıdır. Hər zaman tanınma ilə bağlı qətnamələri ”DQR" xalqı üçün hörmət əlaməti olaraq alqışlamışıq. Lakin heç vaxt təşəbbüskar kimi çıxış etməmişik". Onun sözlərinə görə, baş nazirin bəyanatlarında danışıqlar prosesindən xəbərsizlik hiss olunur: “Nümunə üçün, sülhməramlıların yerləşdirilməsinin təsdiqi məsələsi heç vaxt günün mövzusu olmayıb. Sülhməramlıların yerləşdirilməsi məsələsi bir sıra sənədlərdə, nümunə üçün, Madrid prinsiplərində öz əksini tapıb”.

paÅinyan yerevan ile ilgili görsel sonucu

Şübhə yoxdur ki, N.Paşinyan S.Sərkisyanın yolu ilə gedərək, diqqəti daxildəki problemlərdən yayındırıb, taxtında möhkəmlənmək üçün sərt ritorikaya üstünlük verib. Amma bəzi erməni ekspertlər özləri də anlayırlar ki, bu eksperiment bundan sonra keçərli deyil, çünki Azərbaycan torpaqlarının sınaq meydanına çevrilməsi ilə barışmayacaq. Elə Azərbaycanın müdafiə naziri Zakir Həsənov Ermənistanın yeni baş nazirinin münaqişə ilə bağlı bəyanatına sərt münasibəti də bunu təsdiqləyir. “Düşmənin bu cür hərəkətləri qəbuledilməzdir və Azərbaycan Ordusu genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır” - cənab Həsənov xəbərdarlıq edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Zakir Həsənov mayın 12-də müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirdiyi xidməti müşavirədə Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edən bəyanatla çıxış edib.

Paşinyanın Qarabağdakı ilk qurbanının adı isə artıq məlumdur. Ermənistan mediası xəbər yayıb ki, erməni hərbçi Şamxal Seyranoviç Petrosyan mayın 13-ü, saat 22.35 radələrində ağır yaralanıb. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, düşmənin təxribatlarına layiqli cavab veriləcək və atəş nöqtələri susdurulacaq. Bu mənada gözləmək olar ki, tezliklə erməni anaları özgə torpağında qanı tökülən erməni hərbçilərin hesabını Paşinyandan istəyəcəklər, baş nazir sonuncu sərt mövqeyi ilə əslində erməni əsgərlərin ölümünə fərman vermiş olub.

Bu arada Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti Politologiya Departamentinin dosenti Qevorq Mirzayanın son açıqlamaları da diqqət çəkir.Virtualaz.org-a açıqlamasında o deyib ki, Ermənistanda rəhbərliyin ötürülməsinin yumşaq formada reallaşması fikri ilə razılaşmır və Nikol Paşinyanı əhalinin kütləvi etiraz aksiyalarının təzyiqi altında hakimiyyəti qəsb etməkdə ittiham edir. “Bu, yumşaq formalı ötürülmə deyil, Paşinyan tərəfindən hakimiyyətinin qəsb edilməsidir. Özü də qanunsuz və haqsız. O, ölkədə texniki baş nazir təyin etmək və özünün dövlət başçısı olmaq haqqını seçkilərdə sübut etmək əvəzinə, tərəfdarlarının qanunsuz aksiyaları vasitəsilə parlamentə birbaşa təzyiq göstərib hakimiyyəti qəsb etdi”, - ekspert vurğulayıb. Politoloq hesab edir ki, Ermənistan-Rusiya münasibətlərinin sonrakı düzümündə sistemli dəyişikliklər olmayacaq. Onun fikrincə, Paşinyan Qərb dairələri tərəfindən dəstəklənir, ancaq indiki halda onlar onun arxasında durmurlar: “Onlar onu dəstəkləyirlər, amma çətin ki, arxasında dursunlar. Mən hətta əlavə edərdim ki, Paşinyan tərəfindən hakimiyyətin qəsb edilməsi onlar üçün əlverişli deyil - onlar istəyərdilər ki, hər şey konstitusiya çərçivəsində olsun”.

Erməni-Azərbaycan münaqişəsinin nizama salınması mövzusuna toxunarkən, ekspert bu istiqamətdə müsbət addımların atılacağı ehtimalını istisna edib. Onun sözlərinə görə, mənfi variantlar da ola bilər. Məsələn, əgər Paşinyan reytinqini qaldırmaq xatirinə populist addımlara, tutaq ki, “DQR”in “müstəqilliyinin” birtərəfli qaydada tanınmasına gedərsə. Burada artıq Bakının hərbi yolla cavab verməkdan başqa heç bir variantı qalmayacaq. Ən azı öz simasını qorumaq üçün", - deyə politoloq bildirib.

“Ermənistanın baş naziri Nikol Paşinyan işə başlayan kimi iki böyük xətaya yol verdi. Birinci xəta onun dərhal Dağlıq Qarabağa gəlişi idi. O bununla sübut etmək istəyirdi ki, Dağlıq Qarabağın işğalının davamı xələfləri kimi onun üçün də vacibdir. Halbuki o, Serj Sərkisyanı Qarabağ siyasətinə görə yıxmamışdı, iqtisadi və sosial problemlərin həll olunmaması və korrupsiyaya görə istefaya məcbur etmişdi”.

Bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi. Siyasi ekspertin sözlərinə görə, Paşinyanın ikinci böyük xətası Xankəndində başından böyük açıqlamalar verməsiydi:“Hələ bir nümayişkaranə şəkildə Xankəndinə özü ilə xarici jurnalistləri də aparmışdı. O, Xankəndində dedi ki, birinci Dağlıq Qarabağın ”tanınmasına" çalışmaq lazımdır, ikincisi Bakı birbaşa separatçılarla danışıqlar aparılmalıdır. Bunu Serj Sərkisyan və Robert Köçəryan da deyirdilər, ancaq bir nəticə hasil etmədilər. Azərbaycan heç bir halda Paşinyanın dediyini etməyəcək, biz əbədiyyətə qədər savaşmağa hazırıq, nəinki onların xəyal etdiyi bu “iki şərti” yerinə yetirməyə. Nikol Paşinyanın Qarabağla bağlı açıqlamalarını tək biz tənqid etmirik, səhvlərini keçmiş hakimiyyət nümayəndələri də üzünə deyirlər".

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

E.Şahinoğlunun sözlərinə görə, Paşinyandan Moskvadakı dairələr də ehtiyat etməyə başlayıblar: “Məsələn, Nikol Paşinyan yeni hökumətdə əsas vəzifələri Qərblə əməkdaşlığa üstünlük verən şəxslərə etibar edir ki, bu da Rusiyanın bəlli mərkəzlərində narazılıq doğurur. Görünən isə Rusiyanın televiziya kanallarında və radio efirlərində Ermənistanı açıq-aşkar tənqid etməyə, hətta aşağılamağa başlayıblar, haqları da var, qul ağasına qarşı etiraza baş qaldırıb. Özü də söhbət o quldan gedir ki, vaxtilə boynundakı zəncirləri özü könüllü şəkildə ağasına təhvil verib. Buna görə də Nikol Paşinyanı həm içəridən, həm də xaricdən ağır zərbələr gözləyir. Azərbaycan rəsmilərinin, o cümlədən müdafiə naziri Zakir Həsənovun da Paşinyanı xəbərdar etməsi yerindədir. Separatizm və onu dəstəkləyənlər güc görməlidirlər ki, ağılları başlarına gəlsin”.

Belə getsə, hakimiyyətə küçədən gəlmiş N.Paşinyanın özü də küçə mitinqləri ilə üzləşəcək. Elə yazı çapa hazırlanarkən Ermənistan paytaxtında növbəti etiraz aksiyasının keçirildiyi xəbəri yayıldı. Məlumata görə, etirazçılar Ermənistanın baş prokuroru Artur Davtyanın istefasını tələb edirlər. Onlar bu məqsədlə Baş Prokurorluğun binası qarşısında toplaşıb, etiraz şüarları səsləndirirlər. Şüarlarda və plakatlarda siyasi məhbusların və “Sasna Tsrer”in məhkum olunmuş üzvlərinin azadlığa buraxılması tələbləri də yer alır. Sözügedən qruplaşma İrəvanda polis alayını silahlı yolla ələ keçirməkdə ittiham olunub. Silahlı qiyamçıların azadlığını tələb edənlərlə üz-üzə gəlmək heç də yaxşı perspektiv vəd etmir. Əgər N.Paşinyan xəbərdarlıqlara məhəl qoymasa, onu ağır tale gözləyir... 

Tarix: 15-05-2018, 10:37
Xəbəri paylaş





Xəbər lenti