Aİ ölkələri və İran nüvə proqramına dair fəaliyyət planı üzrə razılığa gəliblər


Fransa, Böyük Britaniya, Almaniya və İranın nümayəndələri İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət planının saxlanılması üçün əlaqələri aktivləşdirməyi razılaşdırıblar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda görüşün nəticəsinə dair görə Avropa Birliyi diplomatiyasının rəhbəri Federika Moqerini bildirib.

"Avropa Birliyi və İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət planının saxlanılması üçün bütün səviyyələrdə dialoqu aktivləşdirməyi razılaşdırıb. Artıq gələn həftə Vyanada adi formatda siyasi direktorların görüşünü keçirəcəyik", - deyə Moqerini bildirib.

Mayın 8-də Birləşmiş Ştatlar İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət planının saxlanılması üzrə razılaşmanı tərk etdiyini elan edib.

Tarix: 16-05-2018, 06:32
Xəbəri paylaş





Xəbər lenti