Bu gün yerli KİV-in yaydığı bir xəbərdə bildirilir ki, Amerika Birləşmiş Ştatlarına (ABŞ) sığınmış Türkiyəli «vaiz» Fətullah Gülən öz tərəfdarlarına («camaat»ına) yeni «fetva» göndərib: «Böyük savaşa hazır olun və Türkiyədə terror aktları törədin…».Doğru olduğu halda, təkcə bu xəbərin özü Fətullahın nə qədər «İslam vaizi» olduğunu açıb ortaya qoyur. Belə ki, İslam dini terrorun hər cür formasının əleyhinədir! Deməli, müəyyən dairələr Fətullahın gerçək və Türkiyə üçün düşmən fəaliyyətini pərdələmək məqsədilə «vaiz» ünvanından istifadə edir və bununla sadəlövh insanları vicdansızcasına aldadıb, yoldan çıxarırlar…
İndi açıq-aşkar görünür ki, ABŞ-da gen-bol fəaliyyət göstərən və bu zaman ölkənin rəsmi dairələrindən hər cür dəstək alan Gülənin arxasında beynəlxaq sionizm dayanır. Məhz bu səbəbdən dolayı, ABŞ hakimiyyəti Türkiyənin çoxsaylı sorğularına rəğmən, beynəlxalq hüququn ziddinə olaraq, Fətullahı təslim etmədi.
Bu gün yayılan məlumat isə Fətullahın Tramp hakimiyyətinin dəstəyinə tam əmin olaraq, yeni qanlı olaylara baş vurmaq niyyətindən xəbər verir…Fətullah Gülənin beynəlxalq sionizmlə gizli əlaqələri və bu əlaqələrin xidmət göstərdiyi gizli məqsədlərin üzərinə işıq salmaq məqsədilə, İsrailli yazar
Aleksandr Şulmanın «Kürd istiqaməti» adlı məqaləsini (11 mart 2012 il, «AleF» aylıq beynəlxalq yəhudi jurnalı) zəruri ixtisarla hörmətli oxucuların diqqətinə çatdırmaq qərarına gəldim…
Şulman yazır: «Bu gün ictimaiyyət ərəb dünyasında «domino effekti» müşahidə edir – gözlərimiz qarşısında bir-birinin ardınca onilliklər boyu yəhudi dövlətinə qarşı duran diktator və feodal rejimləri dağılır. Son ayların hadisələri göstərir:
ərəb ölkələri süni «yaradılmış»lardır – onların sərhədləri britaniyalılar və türklər tərəfindən müstəmləkəçi imperiyalar dövründə şərti olaraq cızılıb…Çoxsaylı ekspertlərin fikrincə, hazırkı ərəb-müsəlman dünyasının xarabalıqlarında berberlərin, kürdlərin, assuriyalıların və hakim rejimlərin təqib altında saxladığı xalqların və icmaların milli dövlətlərinin yaranması tam real görünür. Onların bir çoxu ümumi düşmənlə qarşıdurmada İsrailə özlərinin təbii müttəfiqi kimi baxır…
Düşmən ölkələrin hakim rejimləri ilə mubarizə aparan xalqlara kömək və dəstək verməkdə İsrailin çoxdankı təcrübəsi var və bu siyahıda ilk yeri kürdlər -
İraq, Suriya, İran və Türkiyə tərəfindən güclə bölünmüş, onilliklər boyu müstəqil dövlətini qurmaq istiqamətində mübarizə aparan 40 milyonluq kürd xalqı tutur…29 avqust 1980-ci ildə İsrailin keçmiş Baş naziri Menaxem Begin ilk dəfə rəsmi olaraq bəyan edib: «1965-ci ildən 1975-ci ilə qədər İsrail ərəb düşmənlərlə mübarizə aparan kürd müqavimət hərəkatını silahla və hərbi müşavirlərlə təmin edib.
İsrail-kürd əlaqələri 1960-cı illərdə –
İsrail kəşfiyyatçısı və diplomatı Are Lov Eliavınİran Kürdüstanına gizli missiyasından sonra (buna qədər Eliav İsrailin Moskvadakı səfirliyində birinci katib postunu tutub) hiss olunacaq dərəcədə fəallaşıb.
İsrailli mütəxəssis Mordexay Nisan
«Yaxın Şərdə milli azlıq» adlı kitabında yazır ki, 1966-cı ildə kürd lideri Mustafa Bərzani İsrailin emissarı Are Lov Eliava deyib ki,
«gerçəkdə kürdlərin qayğısına yalnız yəhudilər qalırlar».Mustafa Bərzani həmin dövrdə iki dəfə İsrailə gizli səfər edib. İraq Kürdüstanı üzərindən 1966-cı ildə İraq pilotu Monir Radfın ailəsi Mossad tərəfindən təxliyyə edilib.
O,İsrail kəşfiyyatı tərəfindən «ələ alınmışdı» və ən müasir, tam məxfi MiQ-21 qırıcısını İsrailə qaçırmışdı…İraq Kürdüstanına dəfələrlə səfər etmiş Mossadın o zamankı başçısı Meir Amitin şəxsi iştirakı ilə
«Parastin» Kürd demokratik partiyası adıyla kəşfiyyat xidməti yaradılıb. İsrailin hərbi təlimatçıları faktiki olaraq «peşmərgə» adlı kürd xalq üsyançılarının əsasında nizami kürd ordusu yaradıblar. İsrail döyüş hazırlığı keçmək üçün həmin kürd birləşmələrinə təkcə silah göndərməklə kifayətlənməyib.
1968-ci iildə polkovnik Rafael Eytan İraq Kürdüstanına göndərilmiş İsrail hərbi təlimatçılarının başçısı təyin olunub.1965-ci ildə «peşmərgə» kürd hərbi birləşmələri İsrailin hərbi müşaviri podpolkovnik Tsuri Saginin (Şeynkinin) komandanlığı altında
«Rəvandüz ətrafında döyüş»adlandırılan savaşda parlaq qələbə çalıb. Həmin döyüşlərdə İraqın 2 diviziyası darmadağın edilib, İraq ordusunun 4-cü piyada briqadası tamamilə məhv edilib, böyük sayda İraq hərbçisi əsir götürülüb…
Kürdlərə yönəlik siyasətində İsrail çox sayda kürdlərin yaşadığı ölkələrdə qurulmuş əlaqələrdən effektlə istifadə edib. Söhbət Türkiyədən və şah İranından gedir. Bu, 1950-1970-ci illərdə İsrailin qonşulara – Türkiyə və İranla ittifaq yaratmaq doktrinasının bir hissəsi olub.
Onu da istisna etmək olmaz ki, İsrail kəşfiyyatı özünün kürd mənbələri və keçmiş şah xüsusi xidməti «SAVAK»-dakı agentləri sayəsində İraqın «Tamuz-1» nüvə reaktorunun yeri barədə çox mühüm məlumat əldə edib. 1981-ci ilin iyununda İsrail hərbi-hava qüvvələrinin aviahücumu nəticəsində həmin reaktor (nüvə obyekti) məhv edilib…
İsrail-kürd əlaqələri 1970-ci illərin əvvəlində hiss olunacaq tənəzzülə uğrayıb. 1970-ci ildə kürdlər İraqla muxtariyyət barədə müqavilə imzalayıb. 1975-ci ildə şah İranı İraqla münasibətləri yaxşılaşdırmaq məsədilə, «Əlcəzair sazişi» adlı sənəd imzalayıb.
Sənədə görə, İraq Şət-əl -Ərəbin şərq sahilini İrana verib, farslar isə sərhədi bağlamaqla, Kürdüstanda «sülhə» kömək etməyə razılıq verdilər.2003-cü ildə, müharibədən sonra Səddam Hüseynin aradan götürülməsi və İraqın şimalında kürd muxtariyyətinin yaradılması yeni İsrail-kürd əməkdaşlığının başlanmasına gətirib çıxartdı. Belə əməkdaşlıq, həm də hərtərəfli əməkdaşlıq, görünür, İranın və bir sıra ərəb dövlətlərinin qarşı çıxmasına baxmayaraq, gələcəkdə yalnız inkişaf edəcək…
2004-cü ilin iyulunda «Haarets» qəzeti Kürdüstan Vətənpərvərlər İttifaqının lideri Cəlal Tələbaninin (İraqın keçmiş prezidenti-red.) İsrailə gizli səfərindən yazıb.Sonradan, bu informasiya rəsmi olaraq, təkzib edildi. Amerikalı publisist Seymur Hirş 2004-cü ilin iyununda təsdiqlədi ki, İraq Kürdüstanında Mossadın yüzlərlə agenti fəaliyyət göstərir – onlar İran hərbçiləri və nüvə obyektləri barədə informasiya toplayırlar. İsrailin ovaxtkı Baş naziri Ariyel Şaron isə İraq kürdləri ilə yaxşı münasibətlərinin olduğunu təsdiqləyib…
2005-ci il dekabrın 1-də «Ndiot axronot» qəzeti belə bir informasiya dərc edib:
«Onarla İsrail mütəxəssisi artıq ilyarımdır ki, İraqın şimalında kürd əsgərlərini terrorla mübarizəyə hazırlayır».İsrail müdafiə ordusunun döyüş hissələrində xidmət keçən onlarla israilli İraqın şimalında terrorla mübarizə aparmaq üçün kürd antiterror birləşmələrinin hazırlığı prosesində iştirak edir. Keçmişdə SAXAL-ın elit hissələrində xidmət keçmiş İsrail təlimatçıları Türkiyə sərhədləri üzərindən, aqronom və mühəndis adı altında İraqa daxil olurlar.
Son vaxtlara qədər onların İraqda olması ciddi sirr pərdəsi ilə örtülmüş olub.İraq Kürdüstanının ən əlçatmaz (kimsəsiz) guşələrindən birində «Z» adı altında baza tikilib və orada kürd təhlükəsizlik qüvvələrinin hazırlanması həyata keçirilir (Ço
x maraqlıdır, otuz ilə yaxındır ki, Türkiyə silahlı qüvvələri İraqın şimalında PKK-ya qarşı antiterror əməliyyatları apardığını car çəksə də necə olubsa, bu bazanı «görüb də məhv etməyib» – M.A.). İsrailli təlimatçılar onlara silahdan istifadə prinsiplərini, özünümüdafiəni və terrorla mübarizəni öyrədirlər. O zaman həmin obyektə lazımi avadanlıq – uniforma, kaskalar, motosikllər və hətta partlayıcı maddələri tapmağa öyrədilmiş itlər də göndərilib.
İsrailin müdafiə nazirliyi İsrail hərbi mütəxəssislərinin İraqa ezam edilməsində öz iştirakını inkar edir. İsrailin müdafiə idarəsində qeyd eliblər ki,
mülki şəxslər tövsiyyələri pozaraq və özlərini təhlükəyə ataraq, öz təşəbbüsləri ilə İraqa gedirlər.2006-cı ilin sentyabrında «BBC» telekanalı İraqın şimalında yerləşən və peşmərgələrin hazırlıq keçdiyi düşərgələrin birindən çəkilmiş bir süjet nümayiş etdirib. Süjetdən görünür ki, İsrailli mütəxəssislər kürd snayperlərinə və xüsusi xidmət döyüşçülərinə, necə təlim keçirlər.
«The New Yorker magazine»-nin məlumatına görə, İsrail kəşfiyyatı İranın, Suriyanın və İraqın kürd rayonlarında fəal fəaliyyət göstərir və bölgə boyu məxfi əməliyyatlar keçirir. İsrail əməliyyatçıları Kürdüstanda işləyirlər və burada kürdlədən ibarət xüsusi dəstələr düzəldir, öyrədir və onların köməyi ilə Suriyaya və İrana nüfuz edirlər. Bundan başqa, İsrail kürd xüsusi təyinatlılarına məşq keçir, onları xüsusi əhəmiyyətli missiyaların yerinə yetirilməsinə hazırlayır.
75 min nəfərdən ibarət kürd hərbi birləşmələri (peşmərgə) İran və İraq ərazisində hərəkət edə bilirlər. Küdüstan Demokratik Partiyasının MDB dövlətləri üzrə nümayəndəsi Xaşavi Babəkr hesab edir ki, kürdlər və israillilər arasında «maraqların üst-üstə düşməsi aşkar müşahidə olunur» və hər iki xalq təbii müttəfiqdirlər…
«Təəssüf ki, taktiki planda bəzi amillər potensialı tam şəkildə realizə etməyə tmkan verməyib» – deyə, nümayəndə bildirib.
İsrailin siyasətində «kürd amili» Türkiyənin anti-İsrail çıxışlarından sonra – 2010-cu ildə İsrailin dəniz sərhədlərini yarmaq məqsədilə islam döyüşçülərindən ibarət flotiliyanı bölgəyə göndərəndən sonra hiss olunacaq dərəcədə güclənib. Həm də Türkiyə Fələstin terrorçularını açıq şəkildə dəstəkləyir və İsraili «dəniz blokadası» ilə hədələyir…
«Türkiyənin Baş naziri Ərdoğan başa düşməlidir ki, anti-İsrail fəaliyyət cavabsız qalmayacaq. İsrail kürd milli-azadlıq hərəkatı ilə öz təmaslarını genişləndirməyə hazırdır. Kürdlər bir neçə onillikdir ki, Türkiyəyə qarşı silahlı mübarizə aparır və bu ölkənin cənub-şərq rayonlarında «öz müqəddəratını təyin etməyi» tələb edir» – deyə, İsrailin xarici işlər naziri Aviqdor Liberman bəyan edib…
Ruscadan çevirdi: Mirzə AĞ
Tarix: 16-05-2018, 09:58