Navalnıdan erməni maqnata: Fahişə jurnalist… – VİDEO

                       Rusiyalı məşhur bloger Aleksey Navalnı erməni media maqnatı Aram Qabrelyanovla bağlı maraqlı araşdırma aparıb.

Axar.az xəbər verir ki, Navalnı “Putinin təbliğatçısı Bulon meşəliyində” adlandırdığı araşdırması zamanı Qabrelyanovun Fransada gizli mənzilinin olduğunu ortaya çıxarıb. 149 kv/metr olan mənzilin Parisin Bulon meşəliyi yaxınlığında yerləşdiyi bildirilib. Bu ərazidə əsasən fahişələrin toplaşdığını bildirən Navalnı Qabrelyanovun bu ərazini bəlkə də qəsdən seçdiyini vurğulayıb.

Parisdəki mənzildə Aramla bərabər, oğlu Aşotun qeydiyyatda olduğunu müəyyən edən Navalnı media maqnatın bunun üçün 1,8 milyon avro ödədiyini bildirib. Aram Qabrelyanovun keçmişdə xaricdə hansısa mənzilinin olmaması və bunu aşkar edənlərə mənzilini hədiyyə edəcəyi ilə bağlı paylaşdığı tvitləri misal göstərən Navalnı ondan Parisdəki mənzilini tələb edib.

Qabrelyanovu fırıldaqçı və Putinin məddahı adlandıran bloger ona qarşı çox sərt ifadələrdən də istifadə edib:

“Putin rejiminin ən çirkli media fəaliyyəti üçün hər zaman bütün xidmətlərə hazır olan Aram Aşotoviç var. Pul üçün bu adam elə şeylər etməyə hazırdır ki, bizim bunları düşünməyimiz belə iyrəncdir. Rusiyadan olan fahişə jurnalist yaxşı başa düşür ki, ən böyük pulları Kremlin baş fırıldaqçısını tərif edərək qazanır”.

Qeyd edək ki, Aram Qabrelyanov əslən Dərbənddəndir. O, “Nyus Media” holdinqinin baş direktoru, “İzvestiya” qəzetinin Direktorlar Şurasının sədri və “Baltika” media qrupunun prezidentidir. Kəskin rusiyayönlü siyasəti müdafiə edir və hakimiyyət qurumlarına yaxınlığı ilə seçilir.


Tarix: 16-05-2018, 17:10
Xəbəri paylaş





Xəbər lenti