"İsrail qondarma "erməni soyqırımı"nı tanıya bilməz, çünki..." - Azərbaycanlı politoloq

Xəbər verdiyimiz kimi bu gün İsrail parlamentində qondarma "erməni soyqırımı”nın tanınması üçün təklif irəli sürülüb. 

 
Maraqlıdır, İsrail hökuməti bu təklifi qəbul edərsə, nə baş verəcək. Türkiyə - İsrail münasibətlərinin Azərbaycana təsiri də müzakirə predmetidir.

Sfera.az-a bu barədə açıqlama verən politoloq Arzu Nağıyev bu təklifin parlamentdən keçməyəcəyini bildirib:


"Tamamilə əsassız söhbətlərdir. Nazirin belə bir çıxış edərək, "erməni soyqırım”ını tanımağı tələb etməsi o demək deyil ki, İsrail bu qərarı qəbul edəcək. İsrail belə bir qərar qəbul etməz. Bu gün İsrail – Azərbaycan arasında müəyyən əlaqələr var. Bəzi dövlətlər İsraillə olan münasibətlərin korlanmasında, nifaq salınmasında maraqlıdır”. 

Politoloq bildirib ki, Mavi Mərmərə ilə bağlı iki dövlət arasında münasibətlər korlansa da, daha sonra gərginlik aradan qalxmışdı: 

"Dövlətlər yenidən münasibətlərini bərpa etdi. Dağlıq Qarabağla bağlı Azərbaycan balanslı siyasət yürüdür. Burada hər hansı təhdiddən söhbət gedə bilməz”.
Tarix: 17-05-2018, 13:47
Xəbəri paylaş





Xəbər lenti