ABŞ-ın yüksəkvəzifəli zabitindən İNANILMAZ SÖZLƏR: “Nə qədər ki, Güney Azərbaycan və Qarabağ...” - VİDEO
Bir neçə gün öncə ABŞ Müdafiə Nazirliyində F-35 tipli sonuncu nəsil döyüş təyyarələrinin beynəlxalq satışlar departamentində baş inteqrator və heyət başçısı təyin edilən Azərbaycan əsilli Nəimi Amiral Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsi ilə bağlı maraqlı fikirlər səsləndirib.
Publika.az xəbər verir ki, azərbaycanlı zabit fikirlərini Feysbuk hesabında paylaşıb.
O, həmçinin, Cənubi Azərbaycandakı soydaşlarımızın vəziyyətinə də toxunub.
“Bəzən məndən soruşurlar ki, “sən Naxçıvanda doğulmusan, bəs niyə çox yerdə Qarabağdan olduğun yazılır?”. Və yaxud “niyə Güney Azərbaycandan olduğun yazılır?”. Dostlar, nə qədər ki, Qarabağ işğal altındadır, hamımız Qarabağlıyıq. Nə qədər ki, Güneyli qardaşlarımızın azadlığı yoxdur, hamımız Güneyliyik”, - deyə o vurğulayıb.