Düşmənə Naxçıvandan “uzaqvuran” xəbərdarlıq


Politoloq: “Bu, o deməkdir ki, Dağlıq Qarabağda müharibə başlasa, Naxçıvan da bu müharibədə iştirak etməyə hazırdır”

Prezident İlham Əliyev mayın 16-da Naxçıvana səfəri zamanı “N” saylı hərbi hissədəki Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə də tanış olub və bir sıra vacib mesajlar verib. Prezident qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan ordusu ən müasir silahlar, texnika ilə təchiz edilib: “Biz son illər ərzində Azərbaycan ordusunu böyük dərəcədə gücləndirə bilmişik.

Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın yerləşməsinə, coğrafi relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir. Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər”.

Prezident qeyd edib ki, Naxçıvan strateji yerdə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır.“Naxçıvanın təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük işlər görülüb. Siz burada düşmənlə üz-üzə yaşayırsınız, yaradırsınız. Əlbəttə ki, ilk növbədə, Naxçıvan Muxtar Respublikasının uğurlu inkişafı üçün təhlükəsizlik tədbirləri ön planda və prioritet məsələ olmalıdır. Biz bunu belə də qəbul edirik. Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb”, - deyə, prezident bildirib.

Azərbaycan dövlət başçısının ordumuzun gücü və Naxçıvanın önəmi haqda dedikləri şübhəsiz ki, işğalçı ölkənin yeni rəhbərliyinə xəbərdarlıqdır. Baş nazir Nikol Paşinyanın Azərbaycana nəyisə diktə etmək cəhdinə prezident bu dəfə Naxçıvandan cavab verdi, faktiki olaraq onu ağıllı olmağa çağırdı. Ekspertlər də bu xəbərdarlığa xüsusi önəm verirlər.

Politoloq Elçin MirzÉbÉyli ile ilgili görsel sonucu

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, prezident İlham Əliyevin səfəri çərçivəsində səsləndirdiyi fikirlərin, verdiyi bəyanatların hər biri həm Ermənistana, həm də onun havadarlarına xəbərdarlıq xarakteri daşıyır:“Eyni zamanda Azərbaycanın və onun ayrılmaz bir parçası olan Naxçıvanın inkişaf perspektivlərini göstərir. Bu gün ümumilikdə Azərbaycan Silahlı Qüvvələrinin gücü Ermənistanı ciddi şəkildə narahat edir. Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusu isə Ermənistanın kabusuna çevrilib. Çünki Naxçıvanın yerləşdiyi ərazi mühüm strateji əhəmiyyətə və mövqeyə malikdir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Ermənistanın başı üzərindən asılmış ”Domokl qılıncı"dır və bu qılıncın işə düşməsi Ermənistanı sözün əsil mənasında başsız qoya bilər".

âAtlasâ AraÅdırmalar MÉrkÉzinin rÉhbÉri, politoloq Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Azərbaycan-Ermənistan münaqişəsi başladıqdan bu yana Naxçıvan blokadadır: “İlham Əliyev Naxçıvana budəfəki səfərində iki istiqamətə önəm verdi. Birincisi, İlham Əliyev Naxçıvanda yeni iqtisadi və enerji obyektlərinin açılışında iştirak etdi. İlham Əliyev hər dəfə Naxçıvana getdikdə bir neçə mərkəzin açılışında iştirak edir. Bu sırada yeni məktəblərin və yolları açılışı da var. İkincisi, İlham Əliyev Naxçıvanda hərbi hissələrdə olub. Prezident dedi ki, Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. İlham Əliyev Naxçıvanda niyə belə bir açıqlama verdi? Məsələ burasındadır ki, Dağlıq Qarabağda vəziyyət gərginləşən kimi Ermənistan Naxçıvan ərazisini də atəşə tutmağa başlayır. Ona görə də Bakı Naxçıvanın təhlükəsizliyinə diqqəti artırır. Azərbaycanın xarici ölkələrdən aldığı müasir hərbi texnikanın bir hissəsi Naxçıvanda yerləşdirilir. Bu, o deməkdir ki, Dağlıq Qarabağda müharibə başlasa, Naxçıvan da bu müharibədə iştirak etməyə hazırdır”. Politoloq xatırlatdı ki, 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda müharibə gedəndə Naxçıvan ərazisi də atəşə tutulurdu: “O zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Bakıdan gərəkli dəstək almadığına görə müxtəlif vasitələrlə Naxçıvanı qorumalı idi. Ermənistan daha sonra Naxçıvana təzyiq etmədi. Ermənistan rəhbərliyi Naxçıvanla sərhəddə yerləşdirdiyi hərbi hissələri Dağlıq Qarabağın işğalına yönəltdi”.

E.Şahinoğlu bildirdi ki, bu dəfə vəziyyət fərqli ola bilər: “Naxçıvanın kifayət qədər hərbi gücü və hərbi texnikası var. Dağlıq Qarabağda müharibə başlayarsa, Naxçıvan da döyüşlərdə iştirak edə bilər. Bu, Ermənistan üçün çətin vəziyyət yarada bilər. Ermənistan üçün iki istiqamətdə Azərbaycanla müharibə aparmaq çətin olacaq. Elə İlham Əliyev də ”Naxçıvanda yerləşdirilən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər" deməklə İrəvana mesaj yollayır ki, Ermənistan Naxçıvan üzərindən də zərbə ala bilər. İlham Əliyevin bir başqa məqsədi Naxçıvanı blokadadan çıxarmaqdır. Azərbaycan hazırda Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə ciddi məşğuldur. Azərbaycan ərazisində bu layihə ilə bağlı bütün işlər görülüb. Rəsmi Bakı bu layihənin tamamlanması üçün böyük maliyyə vəsaiti ayırıb. Gələcək 3 il ərzində bu layihə tam istifadəyə veriləcək. Bu halda Azərbaycan iki məqsədə nail olacaq. Birincisi, Azərbaycan bu dəmir yolu vasitəsilə Avropa ilə Asiya arasında körpü rolunu oynayacaq. İkincisi, Naxçıvan dəmir yolu ilə Azərbaycanın əsas hissəsi ilə birləşəcək və beləliklə, blokadadan, mühasirədən çıxacaq. Çünki İrana uzanan dəmir yolunun bir hissəsi Naxçıvana istiqamətlənəcək".

Cavid TURAN

Tarix: 18-05-2018, 10:16
Xəbəri paylaş





Xəbər lenti