«Fələstinliləri müdafiə üçün bölgəyə sülhməramlılar göndərilsin» – Türkiyədən təklif
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə fələstinlilərin müdafiəsini təşkil etmək məqsədilə, bölgəyə sülhməramlıların göndərilməsini təklif edib.«Anadolu» agentliyinin məlumatna görə, Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğan İsraili Qəzza sakinlərinə qarşı terror torətməkdə ittiham edib.
Bazar ertəsi Qəzza sektoru ilə sərhəddə Fələstin sakinləri ilə İsrail hərbçiləri arasında şiddətli toqquşmalar alovlanıb. Buna səbəb, Amerika Birləşmiş Ştatlarının (ABŞ) səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi olub.
Toqquşmalar nəticəsində 60-dan artıq fələstinli həlak olub, 3 minə yaxın insan isə yaralanıb.
Maraqlıdır ki, ABŞ Dövlət Departamenti baş verənlərə görə, məsuliyyəti HƏMAS-ın üzərinə atıb.
Tarix: 20-05-2018, 03:38