Paşinyanın “Qərb maraqları” – Rusiya Ermənistanı necə cəzalandıracaq?


Elxan Şahinoğlu: “Rusiyadan qopmaq Paşinyan üçün çətin olacaq”

Məlumdur ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyanı Qərb dairələri, xüsusən xüsusi xidmət orqanları hakimiyyətə gətirib və indi də yeni baş nazir onun qarşısında qoyulan şərtləri yerinə yetirir. İlk həmləsi Rusiyadan uzaqlaşmaq və ona verilən tapşırıq əsasında “məxməri inqilab”ların əsas maliyyəçisi olan Corc Sorosun “uşaqlarını” hakimiyyətə gətirməkdir. Paşinyan artıq ilk addımlarını atıb - Əmək və sosial məsələlər naziri Mane Tandilyan ABŞ universitetində təhsil alıb. Daha sonra ABŞ kompaniyalarından birinə rəhbərlik edib. Elm və təhsil naziri Araik Arutunyan “Transparency International” -da işləyir. Təhlükəsizlik Şurasının başçısı Armen Qriqoryan da orada çalışıb. Müdafiə naziri Toroyan isə NATO-da çalışıb və ABŞ xüsusi xidmət orqanları tərəfindən kəşfiyyata cəlb edilib. Deməli, Ermənistanda militarist və kəşfiyyatla bağlı bir hakimiyyət komandası formalaşdırılır. 

Ekspertlər hesab edir ki, Paşinyanın bu addımlarında əsas 2 məqsədi var. Bunlardan birincisi Türkiyə və Azərbaycana nifrət bəsləyən hakimiyyət komandası və Rusiyanı Ermənistandan uzaqlaşdırmağa cəhd edən siyasi hakimiyyət formalaşdırmaqdır. Türkiyə və Azərbaycanın mövqeyi və münasibəti aydındır. Ermənistanda militarist və monoton bir dövlət formalaşdırmaq istəyən hakimiyyətlə heç bir əlaqə yoxdur. 

Ancaq Rusiyanın bu prosesi hələ ki, sakit izləməsi ciddi suallar yaradır. Maraqlıdır, Rusiya niyə Paşinyanın bu addımlarına dözür? Rusiyanın Ermənistana cavabı nə ola bilər?

Prosesləri Cebhe.info-ya şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi-şərhçi Elxan Şahinoğlu deyib ki, Paşinyanın qərbyönümlü gəncləri yüksək vəzifələrə gətirməsinin arxasında Qərbdən kredit almaq istəyi dayandır:

“Paşinyana bəllidir ki, o, Rusiyadan kredit ala bilməyəcək. Çünki Rusiyadan nəsə alanda, Moskvanın çox ciddi, ağır şərtləri olur. Görünən odur ki, Paşinyan da bu şərtləri yerinə yetirmək istəmir. Ona görə də ABŞ və Avropadan bu kreditləri almaq niyyətindədir. Artıq Amerikaya belə bir müraciət də olub. Əlbəttə bu Rusiyada ciddi narazılıq doğrur və doğuracaq. Çünki Paşinyan faktiki olaraq Koçaryan və Sarkisyandan fərqli olaraq Rusiyadan uzaqlaşmaq istəyir. Baxmayaraq ki, Soçiyə getdi və Putin ona müəyyən təcrübələri izah etdi. Amma yenə də Paşinyan anlayır ki, Ermənistanın indiki ağır vəziyyətindən çıxması üçün Rusiya ona kömək etməyəcək. Rusiya güclü deyil, qul, asılı vəziyyətdə olan Ermənistan lazımdır. Ona görə də Paşinyan Qərbdə təhsil görmüş və ya Qərb təşkilatlarında, maliyyə fondlarında çalışan erməniləri yüksək vəzifələrə çəkməklə maliyyə yardımları alsın. Amma məsələ bundadır ki, Qərb də pulu havayı verməyəcək, onların da müəyyən şərtləri olacaq. Bu şərtlərdən biri də qeyri-rəsmi olaraq Paşinyan və Ermənistanın Rusiyadan məsafə saxlamasıdır. Bunu da yerinə yetirmək Paşinyan üçün çətin olacaq. Yəni, Paşinyan hər iki istiqamətdə basqı, təzyiq altındadır. Amma Paşinyan üçün Rusiyadan qopmaq daha ağır olacaq. Çünki Rusiya Ermənistana tamailə nəzarət edir. Ermənistanın İran və Türkiyə ilə sərhədlərini Rusiya qoşunları qoruyur. Rusiyanın Ermənistanda hərbi bazası var. Əsas zavad və fabriklərin səhmlərinin böyük hissəsi Rusiya şirkətlərinin əlindədir. Ucuz qazı da Rusiyadan alırlar. Ermənistan bütün bunlardan belə asanlıqla imtina edə bilməz. İmtina edərsə, çox ağır vəziyyətə düşər. Digər tərəfdən Rusiyanın Ermənistanda başqa təcrübəsi də var ki, bu da siyasi hakimiyyətlərin devrilməsidir. Paşinyan bundan da ehtiyat edir. Amma bunula yanaşı Paşinya bilir ki, mövcud problemləri həll etmək üçün Qərblə əməkdaşlığını davam etdirməlidir. Bu da Rusiyada qıcıq yaradır”.

E.Şahinoğlu hesab edir ki, Paşinyana hakimiyyətdə qalmaq heç də asan olmayacaq: 

“Paşinyanın vəziyəti onsuz da çox ağırdır. Parlamentdə əsas səs çoxluğu keçmiş hakim partiyanın əlindədir. Serj Sarkisyanın rəhbəri olduğu Respublika Partiyası Parlamentdə çoxluğa malikdir ki, istənilən vaxt Paşinyana ciddi problemlər yarada bilərlər. Ona görə də Paşinyan çalışır ki, ilin sonuna qədər növbədənkənar Parlament seçkiləri keçirsin. Fakt ondan ibarətdir ki, Paşinyan divi şüşədən buraxıb və Ermənistanda xaos və anarxiya davam edir. Bir qrup öz maaşını, bir qrup məhbusların azad olunmasını tələb edir. Dünən də hansısa şəhərin meri hakimiyyətə qarşı qiyam qaldırıb. Ermənistanda bu proseslər uzun müddət davam edəcək və Paşinyana hakimiyyətdə qalmaq çətin olacaq”.(Cebhe.info)


Tarix: 2-06-2018, 13:10
Xəbəri paylaş





Xəbər lenti