Cənubi Qafqazda qlobal MÜHARİBƏ MEYDANI: ABŞ kəşfiyyatı dəhşətli SSENARİLƏRİ AÇIQLADI

 


 

ABŞ Rusiya və Çinlə güclənən qarşıdurma fonunda öz qlobal strategiyasını yenidən səmtləşdirmək üçün işləyir.
Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın tez-tez “MKİ-nin kölgəsi” adlandırılan “Stratfor” kəşfiyyat-analitik şirkətinin materialında deyilir.
Yeni istiqamətin axtarışı
Sovet İttifaqının dağılmasından sonra - 2001-ci ildə terrorizmlə müharibənin meydana çıxması müdafiə sferasında ABŞ-ın strateji mövqeyinin dəyişikliyinə gətirib çıxardı. Vaşinqton Avrasiya dövləti ilə qarşıdurmadan əsas diqqətini qeyri-dövlət subyektləri ilə mübarizəyə dəyişdirdi.
“ABŞ bu transformasiya çərçivəsində Yaxın Şərq və Şimali Afrikada mövcudluğunu əhəmiyyətli dərəcədə möhkəmləndirdi, Cənubi Asiya və Afrikada Saxaradan cənubda təlimlərin strukturunu dəyişdirdi və hərbi sferada prioritetləri müəyyən etdi. Eyni zamanda ABŞ Avropada gücünü əhəmiyyətli dərəcədə azaltdı, Sakit okeanda gücləri məhdudlaşdırdı və Rusiya ilə potensial müharibə üçün nəzərdə tutulmuş böyük miqdarda qərargahı bağladı”, - “Stratfor”un analitikləri danışırlar.
Amma bu, uzun illərdən sonra qlobal strateji balansda özünü dərindən göstərməyə başladı. Çinin artan gücünü müşahidə edən Barak Obama administrasiyası Asiyada güclərin yerləşdirilməsinə çalışdı. 2014-cü ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi həmçinin ABŞ-ın Avropada vektorunu tamamilə dəyişdirdi. Vaşinqton yenidən qitəyə əlavə gücləri yerləşdirdi.
Amerika ekspertlərinin fikrincə, Vaşinqton super dövlətlərlə qarşıdurmanı müəyyən edən ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasına uyğun olaraq yeni coğrafi prioritetləri yaradır.
“Şimal Atlantika Rusiya ilə rəqabətdə hərəkətlərin mərkəzi teatrı oldu. Buna görə də Amerika hərbi məmurları 2011-ci ildə dağıdılmış ABŞ-ın 2-ci donanmasının dirçəldilməsi planını elan etdi. 2-ci donanmanın əsas missiyası Rusiyanın sualtı gəmilərinin artması fonunda okeanda ABŞ-ın hərbi dəniz donanmasının hökmranlığının təminatı olacaq. Atlantikanın şimalında sualtı gəmilərin aşkar edilməsi və ələ keçirilməsi üçün strateji mövqeyə sahib olan İslandiyaya ABŞ-ın diqqətı artır", - materialda deyilir.
Cənubi Qafqaz qlobal müharibə meydanı kimi
Avropanın başqa bir tərəfində əsas diqqət Ankaranın roluna ayrılacaq. Amerikanın kəşfiyyat-analitik şirkətinin mütəxəssisləri yazırlar ki, qitənin başqa regionları - Baltikyanı ölkələr, həmçinin Polşa, Ukrayna, Belarus və Gürcüstan ABŞ və Rusiya arasında döyüş meydanları kimi daha əhəmiyyətli rol oynamağa başlayıb.
Vaşinqtonun yüksək diqqəti həmçinin Arktikaya strateji yaxınlığına görə Skandinaviya ölkələrinə, xüsusilə Norveçə ayrılacaq. Bundan başqa, ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin 6-cı donanması Baltika və Qara dənizlərdə təsirini artırıb.
Analitiklər qeyd edirlər ki, Sakit okeanda Çinin artan arsenalı və başqa regionlarla müqayisədə ABŞ-da təyyarə bazalarının çatışmazlığı Pekinlə qarşıdurmada Vaşinqtonun mövqeyini ağırlaşdırır.

“ABŞ Yaponiya və Sinqapurla münasibətlərinə xüsusi diqqət ayırmalıdır. ABŞ artıq Cənubi Koreyada əhəmiyyətli hərbi gücə malikdir, amma bu güclər önəmli ölçüdə Şimali Koreya ilə mümkün münaqişəyə yönəldilib və hətta Ştatlar üçün yük ola bilər, çünki, mümkün döyüş əməliyyatları halında Çinin böyük quru gücləri əlçatan məsafədədirlər”, - “Stratfor”da hesab edirlər.
Analitiklər bildirirlər ki, Vaşinqton həmçinin Çinin təsirini məhdudlaşdırmaq üçün müttəfiqi olmayan Asiya-Sakit okeanı regionunun bir neçə ölkəsi ilə öz münasibətlərini möhkəmləndirməyə çalışır. Hindistan, Vyetnam, Malayziya və İndoneziyanı belə ölkələrdəndir.
“Çin çətin ki, bu cəbhədə passiv qalacaq. Pekin cavab olaraq cənubi-şərqi Asiya ölkələri ilə münasibətlərin möhkəmləndirilməsi üçün səylərini artıracaq”, - ekspertlər hesab edirlər.
“Stratfor”da Tayvanı ciddi problem adlandırırlar:
“ABŞ Tayvana həssas hərbi avadanlıqlar sataraq, həmçinin diplomatik və müdafiə əlaqələrini gücləndirərək Çinin adaya qarşı qəzəbini provokasiya etməyə çalışır. Tayvan məsələsi, ehtimal ki, Vaşinqton və Pekin arasında qarşıdurmanı münaqişənin aktiv mərhələsinə itələyəcək”.
Başağrıdıcı amillər
Vaşinqton super dövlətlərin yeni yarışını qəbul etməsinə və müvafiq yolla hərəkət etməyə başlamasına baxmayaraq, “Stratfor” güman edir ki, bir neçə şey ABŞ-ın diqqətini yayındıra bilər. Söhbət hər şeydən əvvəl terrorizmlə qlobal müharibədən gedir. Ştatlar bu mübarizəyə resursların əhəmiyyətli hissəsini yönəldib. Bu, Amerika hərbçilərinin döyüş hazırlığında mənfi təsir edib.
Amerika ekspertləri hesab edirlər ki, Çinlə və Rusiya ilə qarşıdurma ABŞ-ı İran və ya Şimali Koreya, yaxud da hər ikisi ilə müharibələrdən yayındıra bilər:
“İran ABŞ-ın nüvə sazişindən çıxışına cavab olaraq nüvə proqramını yeniləməsi Yaxın Şərqdə münaqişə ilə nəticələnə bilər. Şimali Koreyaya gəlincə, Vaşinqton və Pxenyan arasında yüksək səviyyədə görüş haqqında ilkin optimizm var. Lakin danışıqlarda hər hansı sıçrayış olmadığı halda, optimiz yerini tezliklə müharibəyə hazırlığa güzəşt gedə bilər”.

İran və ya Şimali Koreya ilə müharibə böyük miqdarda güc və vəsait tələb edəcək. Bu müharibələr həmçinin Fars körfəzi və Koreya yarımadasına güclərin uzunmüddətli və mürəkkəb çatdırılmasını zəruri edir. Analitiklər hesab edir ki, İranla gərginlik əhəmiyyətli dərəcədə artarsa, Birləşmiş Ştatlar Yaxın Şərqdə hərbi gücünü azaltmaq qərarından tezliklə imtina edə bilər. Bildirilir ki, Yaxın Şərqə böyük miqdarda gücün qayıdışı ABŞ-ın Rusiya və Çinə qarşı mübarizəsinə mane olardı.
“Soyuq müharibə” taktikasına qayıdış
Analitiklər proqnozlaşdırırlar ki, daha mübahisəli rəqabət “soyuq müharibə” vaxtlarını xatırladacaq:
“Üsyançı hərəkətlərin və kukla güclərin dəstəklənməsi bütün dünyada belə qarşıdurmanın fərqləndirici əlaməti olacaq. Bu, rəqibi bədxərc münaqişələrə çəkə bilər. Faktiki olaraq Rusiya Əfqanıstanda taliblərin birləşməsini dəstəkləyərək artıq bu yeni mübarizənin bəzi qaydaları ilə hərəkət etməyə başlayıb. ABŞ daha əvvəl Suriyada anti-Rusiya qruplaşmaları dəstəkləyirdi. Bu kontekstdə, əgər ABŞ və İran arasında qarşıdurma daha təcavüzkar olarsa, Moskva və Pekin öz mövqelərinin yaxşılaşması üçün Tehrana birbaşa kömək göstərə bilər”.
Analitik materialın müəllifləri qeyd edirlər ki, ABŞ-ın Rusiya və Çinlə qlobal qarşıdurmanı özünün əsas prioriteti hesab etməsi resursların yenidən bölüşdürülməsi və strateji istiqamətin dəyişdirilməsini tələb edir.
“Pentaqon artıq bu cəhətdən addımlara təşəbbüs etməyə başlayıb. Amma bu sadə proses deyil. ABŞ-da yayındırıcı amillər kifayət qədərdir, xüsusi halda İran və Şimali Koreya ilə böhranlar, daha qlobal planda isə terrorizmlə müharibə. Sonda ABŞ, şübhəsiz ki, super dövlətlərin mübarizəsində öz diqqətini cəmləyəcək, amma bu yayındırıcı amillərdən yan keçmək çətin olacaq. Digər tərəfdən, Çin və Rusiya çətin ki, ABŞ-ın bu amillərdən yan keçmək cəhdlərini yüngülləşdirəcək”, - “Stratfor”un analitikləri yekunlaşdırıblar.
Tarix: 5-06-2018, 23:56
Xəbəri paylaş





Xəbər lenti