İrina Corbenadze
rosbalt.ru, 06.06.2018
Azərbaycan ordusu Ermənistan sərhədlərinə doğru irəliləyir, DQR-də isə (mətndə bu cürdür-red.) “inqilab” yetişir. Barış şansları yox olur. Deyirlər ki, “hamısının günahkarı Lavrovdur”.
KİV-lərin məlumatına görə, Azərbaycan xüsusi təyinatlı qoşunları Ermənistan hərbçilərinin nəzarətindəki bir neçə yüksəkliyi tutub.
Bakı və İrəvanda Azərbaycan ordusunun münaqişə zonasında strateji yüksəklikləri “götürdüyü” haqda söz-söhbət səngimir. Azərbayan KİV-lərinin məlumatına görə, Naxçıvanda əlahiddə ümumqoşun birləşmələrinin xüsusi təyinatlı bölmələri neytral zona boyu irəliləyib və Ermənistan ordusunun 1992-ci ildən nəzarət etdiyi bir neçə yüksəkliyi azad edib. Nəticədə, Bakı İrəvan-Gorus-Laçın yoluna nəzarət imkanı əldə edib.
Tərəflərin hərbi idarələri bu haqda anlaşıqlı bir xəbər vermir – yalnız eyhamlar, ya da “qismən təkziblər”. Lakin sosial şəbəkələrdə Azərbaycanın həqiqətən də bir neçə yüksəkliyi geri qaytardığı və bir neçə kəndi özündə saxladığından xəbər verən fotoşəkillər geniş yayılıb.
Erməni hərbi eksperti Arkadi Qriqoryanın məlumatına görə, azərbaycanlılar, doğrudan da, “bir-iki yüksəkliyi” tutublar, amma bu, qüvvələr bölgüsünü dəyişmir. “Novosti – Armeniya” ekspertdən sitat gətirir: “Əsas hakim yüksəkliklər Ermənistan SQ-dədir”.
Amma ermənilər bu sakitləşdirici ritorikaya inanırlarmı? Axı İrəvan 2016-cı ilin aprelində dördgünlük müharibə nəticəsində işğal edilmiş ərazilərin bir qismi üzərində nəzarəti artıq itirib və çoxları bunu devrilmiş Serj Sərkisyana bağışlamadılar. Yeni lider Nikol Paşinyana bağışalayacaqlarmı? Çünki cəhbədə sıx atışmalar nəticəsində o cümlədən erməni hərbçiləri də həlak olurlar.
Hazırda münaqişə zonasında baş verənlər düşüncə doğurur ki, Azərbaycan ərazilərin “step by step” (ingiliscə: mərhələli-red.) qaytarılması strategiyası və taktikası yürüdür, halbuki Ermənistanda və tanınmamış Dağlıq Qarabağda köhnəlmiş münaqişənin tənzimlənməsi yolunun aydın görünüşü yoxdur.
Və başlıcası – qarşı tərəflə, habelə Rusiya ilə konsensus əldə edilməsinə siyasi iradə yoxdur. Sonuncu ilə qarşılıqlı münasibətlər və Qarabağ münaqişəsindəki rolu haqda aşağıda danışılacaq.
Ermənistanın öz hökumətini aşkarca əsasən russevməz “Soros uşaqlarıyla” (bəziləri hətta RF və prezidentinin ünvanına ədəbsiz ifadələrlə seçiliblər) formalaşdıran yeni baş naziri Nikol Paşinyan Qarabağ üzrə danışıqlar formatının dəyişdirilməsini tələb edir ki, tanınmamış respublikanın təmsilçiləri ona qatılsınlar. Bakı bununla qətiyyən razı deyil. Bütün bunlar danışıqlar prosesinin davamına güclü ziyan vurur.
Bu fonda Qarabağda inqilabi durum yetişir: görünür, burada İrəvandakı may hadisələrini təqlid etməyi qət ediblər. Stepanakertdə (Xankəndində-red.) mitinqçilər yolları bağlayıb, yüksəkvəzifəli poqonluların vəzifədən uzaqlaşdırılmasını tələb ediblər. Tanınmamış respublikanın müəyyən dairələrində prezident Bako Saakyanın istefası məsələsi də aktuallaşıb. “Rəsmən” isə hər şey iyunun əvvəlində doqquz nəfərin qatıldığı davadan başlanıb – ikisi DQR (mətndə bu cürdür-red.) Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı çıxıb. Qurbansız ötüşülüb, amma ziyan çəkənlər var. Dağlıq Qarabağın Müdafiə Nazirliyi (mətndə bu cürdür-red.) mitinqçiləri daxili durumu süni şəkildə kəskinləşdirən və respublikanın təhlükəsizliyini təhdid edən “təhlükəli addımlar”dan çəkinməyə çağırıb.
Qarabağın hərbi məmurları hesab edirlər ki, mitinq fəallığı münaqişə zonasında və respublika sərhədlərinin yanında duruma mənfi təsir edəcək.
Bütün ermənilərin Katolikosu İkinci Qaregin də Stepanakertdəki (Xankəndi-red.) hadisələrlə bağlı daxili sabitliyə təhdid haqda bəyan edib. Onun sözlərinə görə, güzəştsiz mövqelər yolverilməzdir, çünki Qarabağda sülhü dişbatar edə bilər. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da əsasən hərbi vəziyyətdə olan respublikada kütləvi etirazların fəlakətə dönüşə biləcəyi haqda danışıb. O, Paşinyan, Sərkisyan və digər keçmiş prezident Robert Köçəryanı (sonuncu iki nəfərin – “Qarabağ qəbiləsi” deyilənlərin DQR-də böyük nüfuzu var) durumu sabitləşdirməkdə yardıma çağırıb. Ter-Petrosyanın fikrincə, MTX və Qarabağ polisi rəhbərlərinin istefası” təhlükəsizliyə zamin olan bu qurumlara ağır zərbə olacaq, düşmənlərimiz bundan yubanmadan istifadə edəcəklər”.
Ermənistan hələ 1993-cü ildə özünü DQR-in təhlükəsizliyinin zamini elan edib, belə ki, belə, ya elə, qarışmaq lazım gələcək. Lakin “müstəqil” respublikanın əhalisi Ermənistanın keçmiş və indiki hökumətinə kəskin cavab verə bilər: “Sizə pis rəhbərlərdən qurtulmaq icazəsi verilib, bizə yox?” Burada nəyə etiraz etmək olar? Heç nəyə, çünki qarabağlılarda özünü qorumaq instinkti işə düşüb. DQR hökuməti problemi hələlik etiraz hərəkatının qeyri-formal liderlərilə danışıqlarla müstəqil həll etməyə çalışır.
Düzdür, Paşinyan yenə də pərəstiş bəslədiyi Facebook-da Stepanakertdə etirazları dayandırmağa və məsələləri “uzlaşma şəraiti”ndə həll etməyə çağırıb. Amma o, səmimidirmi? Qarabağın keçmiş baş nazir Serj Sərksiyana yaxın fiqur sayılan lideri Bako Saakyandan yaxa qurtarmaq istəmirmi? Axı Ermənistanın siyasi “havası” birbaşa DQR-dəki siyasi “iqlim”dən asılıdır.
“Mitinqçilər əsas məqsədlərinə çatıblar, – Paşinyan deyib, – və hakimiyyət öz vədlərini ən yaxın vaxtlarda yerinə yetirməsə, yenidən küçələrə çıxmağın mənası var”.
Yəni baş nazir öz inqilabi təcrübəsindən çıxış edərək qarabağlılar üçün inqilabi imkanlar “pəncərəsi”ni bağlamayıb, amma Ter-Petrosyan DQR-də “Ermənistan ssenarisi”nin yolverilməzliyini bildirib.
Dövlət səviyyəsində özünüqoruma instinktindən söz düşmüşkən. O, sanki Ermənistanın yüksək dövlət postunu tutaraq russevməzdən russevərə olmasa da, hər halda Ermənistan-Rusiya münasibətlərinin sarsılmazlığı tərəfdarına çevrilən yeni baş nazirində işə düşüb. Bu, həm respublikanın KTMT və Avrasiya Birliyi kimi “Moskva” təşkilatlarına üzvlüyü və “rus bazası”nı Gümridən qovmağa çağırışların olmamasıdır. Lakin o, Azərbaycana “bir qarış torpaq da” qaytarmamağa çağırandan sonra Ermənistan-Azərbaycan tənzimlənməsinə münasibətdə mövqeyini dəyişibmi? Çox güman ki, xeyr, çünki Stepanakerti (Xankəndi-red.) danışıqlar prosesinə qoşmağa təkidli tələb Ermənistan və Azərbaycanın birinci şəxslərinin Qarabağ üzrə danışıqlar perspektivini təxirə salır. O, bu halda kimə, ya nəyə ümid edir?
Ehtimal ki, Moskvanın Ermənistan nazirlər kabinetinin tərkibi haqda aydın təsəvvürü formalaşıb və güman etmirəm ki, Paşinyan “Qərbyönlü” olmadığına onu inandıra bilsin: “Sorosun qulaqları” Ermənistan hökumətinin, az qala, hər bir kabinetindən boylanır.
Və Moskva bu halda kimə daha çox inanacaq – Paşinyana, ya Əliyevə? “Top” indiki halda Azərbaycanın “meydan”ında olacaq. Lakin bu, Moskvada heç də hamını qane etmir. Bu isə bildirir ki, Rusiya və Azərbaycanı təcili dalaşdırmaq lazım gəlir. Buna görə də Rusiya XİN-də çox ciddi erməni lobbisinin varlığını bildirən və ya eyham vuran Rusiyanın və başqa analitiklərin səs-küylü çıxışları təsdadüfi görünmür.
Bundan savayı, Azərbaycanın Rusiya xarici siyasət idarəsinin təmsilçilərinin ifadələrinə iddiaları sıxlaşıb. Azərbaycanın “Haqqin.az” saytının yazdığına görə, RF XİN “Qarabağ tənzimlənməsində önrəyçi mövqe və ikili standartlar sərgiləyir” və ümumiyyətlə, “Rusiya diplomatlarına Ermənistanı tənqid etmək yasaqlanıb”. Lakin burası da var ki, İrəvanda da – özü də müntəzəm şəkildə – Lavrovun idarəsini və RF Müdafiə Nazirliyini Azərbaycanın maraqlarını yeritməkdə şübhəli bilirlər. Lakin niyə praktik olaraq sual yaranmır ki, Qarabağ birbaşa ABŞ-dan maddi yardım alan sovetsonrası məkanda yeganə tanınmamış dövlətdir?
Bir sözlə, kim kimi dəstəkləyir – demək çətindir. Çox ehtimal ki, Rusiya öz maraqlarını yeridir, amma bu, tez-tez olduqca yöndəmsiz və səmərəsiz edilir.
Maraqlıdır, Lavrovun Ermənistan XİN-in yeni başçısı Zöhrab Mnatsakanyanla iyunun 7-ə Moskvada nəzərdə tutulan görüşü nəylə bitəcək? Danışıqların ayrıntılarının “ictimaiyyətin geniş zümrələrinə”, heç olmasa, təxminən məlum olacağını gözləmək lazım gəlmir. Lakin aydındır ki, tərəflər Qarabağ müşkülünü müzakirə edəcəklər – özü də Stepanakertdə (Xankəndi-red.) son olaylar nəzərə alınmaqla.
Hansı rakursdan – məsələ bundadır.
Bakı tənzimlənmə prosesində irəliləyiş üçün “substansiv” danışıqların keçirilməsinə hazır olduğunu əvvəlcədən bildirib. Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, bu cür danışıqlar vasitəsilə Ermənistan silahlı qüvvələrinin AR-in işğal edilmiş ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz evlərinə qayıtması təmin olunmalıdır. Belə variant İrəvanı qane etmir – o sövdələşəcək. Amma hansı kozırla? Yalnız Stepanakertin (Xankəndinin-red.) danışqılar prosesində iştirak etmədiyi bəhanəsilə ondan çıxmaqla. İkincisi, Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq iqtidarında olduğuna eyhamla(Suriyanın Abxaziya və Cənubi Osetiyanı tanıması siyasi spekulyasiyalar üçün münasib şansdır).
Lakin, çətin ki, məsələ bundan uzağa gedər, əks halda bu, Azərbaycanla çox yaxın müharibəni bildirəcək. Paşinyanın sələfi – Sərkisyan bunu yaxşı anlayırdı. Düşünmək olar ki, Ermənistan baş naziri siyasi məsələlərdə səriştəsiz olsa da, ona məxsus müxalif statusunda ritorikaya, çətin ki, uysun. Bununla belə, hansısa bir müddətdə buna əməl edəcək, çünki onu Ermənistan siyasi Olimpinə məhz bu “yüksəldib”. Yəni, çox ehtimal ki, bir cür danışıb, başqa iş görəcək, vaxtı uzadıb, açılışı gözləyəcək, özünü nə Rusiyaya, nə də Qərbə qarşı qoyacaq. Bir sözlə, Sərkisyanın etdiyi kimi, mümkün qədər dolab gələcək.
Beləliklə, Ermənistana yeni hakimiyyətin gəlişilə tənzimlənmədə “yeni düşüncə”yə ümid etməyinə, çətin ki, dəysin. Çox ehtimal ki, nazir Mnatsakanyan (ARKA agentliyi ondan sitat gətirir) sıradakı şəkildə “aydın gerçəkliyi” izləyəcək: “Münaqişənin adı “Dağlıq Qarabağ münaqişəsidir”, uyğun olaraq DQR “tənzimlənmədə həlledici səsə malikdir”… Dağlıq Qarabağ dəqiq, ehtiyatla, belə deyək, öz ərazisi, əhalisi, strukturu, dövlət sistemi ilə, çətin ki, etinasızlıq ediləsi vahiddir”.
Görünür, Lavrovu erməni həmkarından məhz bunu eşitmək gözləyir. Yəni gözlənildiyi kimi, dalandan çıxmaq üzrə olan tənzimlənmə (Sərkisyan dönəmində bu haqda ehtiyatlı eyhamlar var idi) möhkəm şəkildə ilişib. Lakin Azərbaycan öz ərazilərinin “sürüşkən” qaytarılmasını davam etdirsə, hər şey bir anda dəyişilə bilər.
Tərcümə Strateq.az-ındır.