Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirak etməsi ilə bağlı fikirləri növbəti sayaqlamasıdır
Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
T.Kərimli qeyd edib ki, N.Paşinyan bu açıqlama ilə bir daha özünü itirdiyini və siyasi təcrübəsizliyini sübuta yetirir:
"Paşinyan Ermənistanın Dağlıq Qarabağ məsələsinə qarışmadığını və münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlarda qondarma rejimin iştirak etməli olduğunu deyirsə, onda Ermənistan ilk növbədə Dağlıq Qarabağdan qoşunlarını geri çağırmalı və Dağlıq Qarabağ işğaldan azad edilməlidir. Digər tərəfdən, Paşinyan dediklərində israrlıdırsa, o zaman 1989-cu ildə Ermənistan parlamentinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı qərarını ləğv etməlidir. İlk növbədə məsələ bundan başlamalıdır. Ondan sonra Dağlıq Qarabağın erməni icmasının münaqişənin həlli ilə bağlı tərəf kimi çıxış etməsi məsələsinə baxıla bilər.
Paşinyan hazırda başını itirmiş vəziyyətdədir və bilmir ki, nə hərəkət edir, hansı açıqlamalar verir, hansı qərarlar qəbul etməyə çalışır".
Deputat bildirib ki, N.Paşinyan özü də öz bəyanatlarının real olmadığını anlayır:
"Əgər Paşinyan Ermənistanın Dağlıq Qarabağ məsələsinə qarışmadığını iddia edirsə, niyə aprel döyüşlərində məhv edilən erməni hərbçilərin şəkillərini paylaşır, məzarlarını fəxrlə ziyarət edir? O özü də bilir ki, işğal olunmuş ərazilərimizdə yaradılan qondarma rejim heç vaxt müstəqil ola bilməz, bu rejim Ermənistanın büdcəsindən asılıdır. Əgər Paşinyan Dağlıq Qarabağın erməni icmasının münaqişənin nizamlanmasında iştirakını istəyirsə, özü kənarda dayanmalıdır, Azərbaycan öz daxili işi kimi Dağlıq Qarabağ məsələsini həll etməlidir. Paşinyanın bu bəyanatı status-kvonu saxlamaq və danışıqlardan yayınmaq istəyindən başqa bir şey deyil".