İQTİDARDA İÇ SAVAŞ YENİDƏN ALOVLANIR!!!


QARŞIDA İSTİ YAY, SƏRT PAYIZ VƏ ŞAXTALI QIŞ VAR…

YAZA KİM ÇIXA, KİM ÇIXMAYA !!!

—————————–

Sərdar ƏLİBƏYLİ

——————————

Bir müddət öncədən başladılan və bu gün də gündəmdə tutulmağa çalışılan Rüstəm İbrahimbəyov şousunun hədəflərinin deyilənlərdən, danışılan və yazılıb-çizilənlərdən çox uzaq olduğunu, genəldə isə, son zamanlar daha tez-tez təzahür edən və daha da qabarıq şəkildə sezilən, həmçinin də getdikcə şiddətlənən iqtidadrdaxili açıq-gizli savaşların olduğunu əvvəldən də söyləmişdim. Bu günlərdə daha bir müəmmalı, amma görünən səviyyədə tendensilalı və məqsədli bir kampaniyayaya da start verildi. Yenə də, hədəflər də, məqsədlər də deyilənlərdən, yazılanlardan savayı hara desən tuşlanıb və çoxbaşlı oyunların tərkib hissəsi kimi ortalığa atılıb. Zira, o da hardan çıxdı ki, Sərdar Cəllaloğlu Azərbaycandakı, Qurban Məmmədov da Avropadakı müxalifəti yönləndirirmiş. Buna, necə deyərlər, qarğalar da gülər. Üstəlik də Sərdar Cəlaloğlu böyük çaplarda reketçiliklə və şantajla məşğul olan nüfuzlu  media quruluşlarının pərdə arxası patronuymuş (https://ru.oxu.az/politics/260887)…

Mənim fikrimi bulmək istəyənlər üçünsə, onu deyim ki, əslində bu kampaniyaya, Rüstəm İbrahimbəyovla bağlı aparılan kanpaniyanın qarşı hənləsi kimi baxmaq lazımdır…

Araz Əlizadənin və Hacı Əbdülün bu qara piarın önünə çıxarılması da, özlüyündə oyunların harda dəzgahlandığını və qazanların qaynadıldığı mətbəx sahiblərinin kimliyini ortalığa çıxarmaqdadır. Demək istədiyim odur ki, önə çxarılan adlar, tətikdə kimin barmağının olduğunun göstəricisi olmaqla bərabər, məqsədlərin nə olduğunu, hədəflərin haralara tuşlandığını apaçıq ortaya qoyur. Qarşı tərəf olaraq isə Məmmədov qardaşlarının seçilməsi də təsadüf deyil. Oyun qurucuları qafaları qarışdıra bilmək üçün, bilərəkdən bir az uzaqdan gəlirlər sadəcə, necə ki, qarşı tərəf də, az öncə, başlardıqları oyunda daha uzaqdan gəlməklə, az qala cəmiyyət tərəfindən unudulmuş Rüstəm İbrahimbəyovun üzərindən oyun qurmaq vacibiyyətini hiss etmişdilər. Düşünürəm ki, yaxın zamanlarda bu savaşların daha dərin qatlara varacaq yöntəmlərdə davamnın şahidi olacağıq. Hələliksə, yalnızca dekorasiyanın fasad hissəsini və bu fasada uyğun personajları görməkdəyik.

Bu arada artııq tutuqlu olan Hüseyn Abdullayevin və AXCP ilə bağlı son həbslərin də gerçək səbəbləri və vara biləcəyi nəticələrin doğuracağı sonuclar çox maraqlı gəlir mənə. Hesab edirəm ki, hər iki halın hakimiyyətdə alovlanan iş savaş(lar)la birbaşa əlaqəsi var. Ki, zamanla ora(lar)dan da ciddi sürprizlər gözləməyə dəyər. Belə …

———————————————————————————–

P.S.

HACI ƏBDÜLDƏN SENSASSİON AÇIQLAMALAR:

“Sərdar Cəlaloğlu ölkədə, Qurban Məmmədov isə xaricdə müxalifətə nəzarət edir” 

“Tövbə” cəmiyyətinin sədri hacı Əbdül Əbdülov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və hazırda İngiltərədə sığınacaq alan qardaşı Qurban Məmmədov haqqında sensasion fikirlər səsləndirib.

Hacı Əbdül Əbdülov “Ölkə.Az”-a açıqlamasında deyib ki, Sərdar Cəlaloğlu xarici dövlətlərin agenti olmağa iddialıdır:

“Sərdar Cəlaloğlu şeytana qulluq edən adamdır. O, özünə aid olmayan və bilmədiyi məsələlərə başını soxur. Onun bu cür hərəkətləri camaatı da çox narahat edir. Adını “müstəqil siyasətçi” qoyub, amma yüz yerə işləyir. Sərdar Cəlaloğlunun heç partiya sədri səviyyəsində elektoratı yoxdur. Ona xüsusi vəzifə verilib. Bu vəzifə də müxalifəti parçalamaqdır. Sərdar Cəlaloğlunu yalnız dırnaqarası müxalifət hesab etmək olar. O, əsl müxalifət deyil. Ümumiyyətlə, Azərbaycanda əsl müxalifət yoxdur. Əsl müxalifət odur ki, iqtidarın görə bilmədiyi çatışmazlıqları diqqətə çatdırasan. Azərbaycanda əsl müxalifət olmadığı üçün bunu edən yoxdur. Ona görə də bu adamlar saxta müxalifətdir”. 

Deputat Qüdrət Həsənquliyevin Sərdar Cəlaloğlunun hər ay Prezident Administrasiyasından 10 min dollar pul alması ilə bağlı ittihamlarına da toxunan cəmiyyət sədri qeyd edib ki, Sərdar Cəlaloğlu bir neçə yerə xidmət edir:

“Ola bilsin ki, Sərdar Cəlaloğlunun şeytanlarla əlaqəsi var. Sərdar Cəlaloğlunun hərəkətləri onu agentə bənzədir. O iddia edir ki, guya təmiz müxalifətdir. Amma bu gün Azərbaycanda qəlbi, əməli düz olan əsl müxalifət yoxdur. Mən bunu hələ Milli Məclisin deputatı olanda söyləmişdim. Özlərini müxalifət kimi göstərənlər isə müxalifət deyil, hamısı satqınlardır. Sərdar Cəlaloğlu deyir müxalifətəm. Rəsul Quliyevdən pul alan bu adam necə müxalifət ola bilər? Vaxtilə Rəsul Quliyevin yanında idi, onun pullarını xərcləyirdi. Sonra partiya yaratdı və başqa yerlərdən pul almağa başladı. Məqsədi əsl müxalifətin yaranmasına imkan verməmək idi. İndi də şeytanın yanında yer alıb öz əməllərini davam etdirir”.

Hacı Əbdül Əbdülov iddia edib ki, hazırda Böyük Britaniyaya sığınan Sərdar Cəlaloğlunun qardaşı Qurban Məmmədov da hakimiyyətin tapşırıqlarını yerinə yetirir:

“Ümumiyyətlə, Sərdar Cəlaloğlu ilə Qurban Məmmədov hər zaman hakimiyyətə xidmət ediblər. İkisi də bir-birinin tayıdır. Bir qardaş xaricdəki müxalifətə, bir qardaş isə ölkədəki müxalifətə nəzarət etmək üçün fəaliyyət göstərir. Buna görə onlara vəsait verilir. Qurban Məmmədov qəfil Londona nə üçün getdi? Çünki Avropada müxalifət fəallaşmağa başlayırdı. O da sifariş alıb Londona göndərildi. Yəni, bunlar müxalifətçilərə nəzarət etmək üçün iş aparırlar. Bunlar müstəqil adamlar deyil, tapşırıq qullarıdır”.

Məsələ ilə bağlı qarşı tərəflərin də mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərimizə cavab verən olmayıb. 

Zaur Əziz
Ölkə.Az 

Tarix: 10-06-2018, 22:45
Xəbəri paylaş





Xəbər lenti