Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü - YENİLƏNDİ


Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü

Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bir araya gəlib.

Publika.az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev şəxsi Tvitter səhifəsində yazıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər.

***

Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilir.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tvitter hesabında yazıb.

Görüşdə ATƏT Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edir.

Tarix: 11-07-2018, 23:58
Xəbəri paylaş





Xəbər lenti