İrəvan şərtini “unudub” Bakı ilə danışıqlara başladı


 

Brüsseldə XİN rəhbərlərinin 4 saatlıq müzakirəsi; politoloqlar sülh prosesinin yenilənməsindən müsbət nəticə gözləmir; politoloq: “İlham Əliyev hələlik Nikol Paşinyana şans tanıyır, ancaq bu, uzun müddət davam etməyəcək...”

Uzun fasilədən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri bir araya gəlib Dağlıq Qarabağ problemini müzakirə etdilər. Bu görüş iyulun 11-də Brüsseldə, NATO sammiti çərçivəsində baş tutdu. Görüşün detalları ilə bağlı hələlik geniş məlumat verilmir.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri - Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında Brüsseldə keçirilən görüş 4 saata yaxın davam edib (unikal.org). “Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi qeyd olunub. Həmçinin danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb”, - deyə H.Hacıyev qeyd edib.

Məmmədyarov və Mnatsakanyan arasında ilk təmas ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilib. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib. Bundan əvvəl Elmar Məmmədyarovla həmsədrlər arasında ayrıca görüş olmuşdu.

Beləliklə, Ermənistanın yeni hökumət başçısı Nikol Paşinyanın Qarabağa separatçılarını da danışıqlara qoşmaq cəhdlərinin iflasa uğradığını demək olar. Baş nazir seçiləndən sonra Qarabağ gələn və oradakı brifinqdə şərtlər diktə etməyə cəhd göstərən Paşinyan iddia etmişdi ki, o, yalnız Ermənistanı təmsil edə bilər, Dağlıq Qarabağ keçirilən tənzimləmə prosesində “tərəf” kimi iştirak etməlidir. Onun bu iddiasına rəsmi Bakının  sərt təpkisinin ardınca həmsədrlər də danışıqların formatının dəyişilməz olduğunu erməni hökumətinə başa saldılar.

MÉmmÉdyarov vÉ Mnatsakanyan ile ilgili görsel sonucu

Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyev son çıxışlarında Ermənistanın keçmiş rəhbərliyini sərt şəkildə tənqid etsə də, işğalçı ölkənin yeni hökumətinə səhvlərdən nəticə çıxartmaq, konstruktiv mövqe sərgiləyib öz hakimiyyətini kataklizmlərdən, erməni xalqını isə qarşıdakı fəlakətlərdən xilas etmək üçün ona faktiki olaraq şans verib.  

“Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir” - Azərbaycan prezidenti çıxışlarından birində bildirib. Dövlət başçısı qeyd edib ki, nəhayət, indi erməni xalqı onlara 20 il ərzində kriminal xunta rejiminin rəhbərlik etdiyini anlayıb.

MÉmmÉdyarov vÉ Mnatsakanyan ile ilgili görsel sonucu

“O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdür, o rejim ki, onun yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb”. Prezident Əliyev Paşinyana ünvanlı xəbərdarlığını aşağıdakı qaydada ifadə etmişdi: “Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək, imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik. Biz münaqişənin həllini tələb edirik. Bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər”.

BMT TÉhlükÉsizlik Åurası ile ilgili görsel sonucu

Ölkə başçısı iyulun 8-də, Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bir daha bəyan etdi ki, münaqişənin həlli üçün əsas BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunub. “Qəbul olunmuş sənədlər Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistanın yeni hökumətinin konstruktiv mövqeyinə ümid edirəm”, deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev deyib ki, Ermənistanda 20 il ərzində kriminal və korrupsioner hakimiyyət tam iflasa uğrayıb:“Ermənistanda 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir”.

*****

Danışıqların bərpası ilə bağlı şərt irəli sürən Paşinyanın artıq əvvəlki mövqeyini unudaraq konstruktiv görünməyə cəhd etməsi maraqlı məqamdır. Ola bilər ki, texnoloqlar ona S.Sərkisyanın taleyindən dərs götürməsini məsləhət görüblər. Ancaq danışıqlarda uğurların əldə olunacağını gözləmək, sadəcə, sadəlövhlük sayıla bilər, hər halda, Paşinyanın təmtəraqla öz oğlunu Qarabağa əsgər göndərməsi də bundan xəbər verir. Üstəlik, bir sıra ekspertlər iddia edir ki, Sərkisyan hökumətini Qarabağı güzəştə getməyə hazır olduğu üçün deviriblər. Belə olan təqdirdə N.Paşinyan çətin ki, güzəşt yolu seçsin, müxalifət partiyasının üzvü olmasa belə...

Politoloq Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, həqiqətən də prezident İlham Əliyev hələlik Nikol Paşinyana şans tanıyır: “Ancaq bu, uzun müddət davam etməyəcək”.

Ermənişünas alim Qafar Çaxmaqlı da N.Paşinyanın düzgün nəticə çıxaracağını gözləmir. Eyni zamanda danışıqların müsbət nəticə verəcəyini güman etmədiyini bildirən ekspert qeyd etdi ki, vasitəçilərin əsas məqsədi iki ölkə başçılarının görüşünü razılaşdırmaq olacaq: “Bunu isə Minsk Qrupu istəyir. Paşinyan deyir ki, onlar ”Dağlıq Qarabağ Respublikası" deyilən qondarma qurumun bu danışıqlarda iştirakına israr edəcəklər. Bu isə bizimkilər tərəfindən rədd ediləcək".

Avropa İttifaqının diplomatiya rəhbəri Federika Moqerini də Dağlıq Qarabağ münaqişəsi tərəflərini ilkin şərtlər olmadan danışıqlara çağırıb. Bu barədə Avropa İttifaqının diplomatiya xidməti Federika Moqerini və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüşdən sonra açıqlama yayıb. “Görüş əsnasında F.Moqerini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini bir daha  dəstəkləyib. Bu kontekstdə tərəflərin Minsk Qrupunun həmsədrlərinin himayəsi altında ilkin şərtlər olmadan tam şəkildə danışıqlarda iştirak etməsi son dərəcə vacibdir”, - deyə bəyanatda vurğulanıb.

Belə çağırışlar sözsüz ki, hərbi qüdrətini nümayiş etdirən Bakını öz torpaqlarını azad etməkdən yayındırmağa, vaxtı uzatmağa yönəlib.

*****

Bu arada Brüsseldə NATO-nun 29-cu sammitində ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı sənədin qəbulu toplantıya böyük bir nümayəndə heyəti ilə qatılan Ermənistan üçün heç də xoş olmayıb. Əslində belə bir sənədin qəbul ediləcəyini işğalçı ölkədə əvvəldən gözləyirdilər və narahatlıq var idi. “Biz Azərbaycan, Gürcüstan, Ermənistan və Moldova Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyimizə sadiqliyimizi bir daha vurğulayırıq”- NATO-ya üzv ölkələrin liderlərinin Brüsseldəki sammitinin yekunlarına dair bəyənnaməsində bildirilir. Bundan əvvəl isə ATƏT PA-nın yay sessiyası çərçivəsində siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi  Kristian Vigeninin hazırladığı hesabat və qətnamə layihəsi müzakirə olunaraq təsdiqlənmişdi. Ermənistan nümayəndə heyəti qətnamə ilə bağlı narazılığını bildirsə də, bu vacib sənəd Azərbaycan tərəfinin təklif etdiyi formada qəbul olunmuşdu.

İstənilən halda, beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarına cavab verən sənədlərin qəbulu torpaqlarımızın azad olunması istiqamətində şansımızı artırır, düşmən də bundan narahatdır.

Tarix: 13-07-2018, 10:36
Xəbəri paylaş





Xəbər lenti