Putin Azərbaycanın dostu olan rus politoloqu yanından uzaqlaşdırdı


Ölkəmizi müdafiə edən Maksim Şevçenko Prezident yanında Şuradan çıxarıldı; məşhur jurnalist erməni lobbisinin hədəfindəydi

Rusiya prezidenti Vladimir Putin Millətlərarası Münasibətlər Şurasının tərkibinin dəyişdirilməsi haqqında əmr imzalayıb. Putin şuranın tərkibinə təhsil naziri Mixail Kotyukov, baş nazirin müavini Vitali Mutko və Rusiya Xalqlar Assambleyasının rəhbəri Svetlana Smirnovanı daxil edib. Əmrə əsasən şuradan baş nazirin keçmiş müavini Aleksandr Xloponin və jurnalist Maksim Şevçenko çıxarılıb. Onların şura üzvlüyündən çıxarılma səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, bundan öncə Şevçenko Moskvada keçirilən mitinqlər zamanı kazakların etirazçılara hücumuna cavab olaraq Prezident yanında İnsan Haqları Şurasından çıxdığını elan etmişdi.

Maksim Åevçenko ile ilgili görsel sonucu

Sözügedən şuranın rəhbəri Putindir...

Şevçenko Rusiyada Azərbaycanın mövqeyini xüsusilə Qarabağ məsələsində müdafiə edən jurnalist və politoloq kimi tanınır. O, iki həftə əvvəl bir qrup rusiyalı politoloqlar, deputatlar və jurnalistlərlə birlikdə ölkəmizə səfər edib və cəbhə xəttində, Cocuq Mərcanlıda, Lələtəpədə olub, Azərbaycan əsgərləri ilə görüşüb, Qarabağın Azərbaycan ərazisi olduğunu və işğaldan azad edilməsinin vacibliyini açıq şəkildə dəfələrlə bəyan edib. Səsləndirdiyi bu cür fikirlərdən sonra Şevçenko Rusiyada ermənilər və erməni lobbisi tərəfindən təzyiqlərə məruz qalıb.

Maksim Åevçenko putin ile ilgili görsel sonucu

“Rossiya 1" telekanalında ”Vladimir Solovyovla axşam" siyasi tok-şousunda çıxış edən erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasarov  Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı, “Dağlıq Qarabağ Azərbaycan ərazisidir” deyən Dmitri Savelyevi və jurnalist Maksim Şevçenkonu Azərbaycanı müdafiə etdikləri üçün məhv etməyə çağırıb.

Baş verənlərdən az sonra Şevçenkonun Millətlərarası Münasibətlər Şurasının üzvlüyündən xaric edilməsində Qarabağ məsələsində Azərbaycanı müdafiə etməsi faktorunun da rol oynadığı müzakirə mözvusuna çevrilib. Siyasi təhlilçi, AMİP katibi Əli Orucov bu barədə “Yeni Müsavat”a şərhində bildirib ki, Şevçonkonu tənqidi fikirlərinə görə Rusiyada yaxşı tanıyırlar: “O, Rusiya prezidenti Yanında Millətlərarası Əlaqələr Şurasının üzvü ola-ola hakimiyyətin etniklərlə bağlı siyasətini hər zaman tənqid edib. Xüsusən də Rusiya telekanallarında Qafqaza dair qeyri-sağlam, vəhşi və sair kimi rəy formalaşdırılmasının qəti əleyhinə çıxıb. Şevçenko Rusiya hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra da barışçı mövqe sərgiləyib. Həmçinin  Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun həyatına qəsd ediləndə də sağlam mövqedən çıxış edib. Ən əsası o, Dağlıq Qarabağ probleminin həllində ədalətli mövqedədir və Rusiyanın Azərbaycanla əlaqələrinin daha da inkişaf etdirilməsinin tərəfdarı olub. Onun Azərbaycana cəbhə xəttinə səfəri və məlum açıqlamaları verməsindən az sonra şura üzvlüyündən xaric edilməsi suallar yaradıb. Burada erməni lobbisinin, Rusiya hökumətində kök atmış ermənilərin və ermənilərə dəstək verən şəxslərin apardıqları işin də təsiri ola bilər”.

Ə.Orucov vurğuladı ki, Maksim Şevçenkonun şuradan kənarlaşdırılması Azərbaycan üçün itkidir: “Burada yalnız erməni lobbisinin rolunu şışırtməzdim. Şevçenkonun siyasi baxışları və mövqeyi Putin hakimiyyətinin regional və millətlərarası siyasətinə uyğun gəlmirdi. Xüsusən də Kremlin Azərbaycanla və Şimali Qafqazla bağlı planları və siyasəti ilə Şevçenkonun mövqeyi toqquşurdu. Bu ciddi və kəskin ziddiyyətlər tanınmış jurnalistə Rusiya prezidenti yanında fəaliyyət göstərən Millətlərarası Münasibətlər Şurasının 47 üzvündən biri kimi fəaliyyətini davam etdirməsinə imkan vermədi. Erməni lobbisi də Maksim Şevçenkonun Kremlin gözündə düşmən obrazını yaratmaq istiqamətində çalışırdı.  Məncə, Azərbaycan Maksim Şevşenkonun arxasında durub, ondan faydalanmalıdır. Çünki Şevçenko Rusiya ictimai rəyinin formalaşmasında təsiredici rola malik şəxsdir. Rusiya, onun ictimai rəyi ilə işləmək məsələsində görüləsi işlərimiz çoxdur. Oradakı tərəfdarlarımıza dəstək olmalıyıq. Onları qorumaqla yanaşı, Rusiyanın aparıcı ekspert dairələrində, ziyalı elitasında dost-tərəfdarlarımızın sayını artırmağa çalışmalıyıq”.


Tarix: 14-07-2018, 10:14
Xəbəri paylaş





Xəbər lenti