Poroşenkonun NATO fiaskosu, yoxsa Moskvadan gələn montaj?


Brüsseldə keçirilən NATO sammitində Ukrayna prezidenti Petro Poroşenkonun baş katib Yens Stoltenberqlə birgə fotosu müzakirələrə səbəb olub.

Cebhe.info xəbər verir ki, Poroşenko və Stoltenberqin birgə mətbuat konfransının görüntüləri ukraynalı jurnalist Yuri Tkaçev tərəfindən yayılıb. 

Kadrda Poroşenko və Stoltenberq səhnədə dayanıb, ancaq zalda cəmi bir neçə jurnalist və fotoqraf var. 

Tkaçev fotoya "Ukrayna-NATO" deyə qeyd də yazıb.
Sosial şəbəkədə paylaşına fotoya çıx sayda rəy gəlib. 

Əksər sosial şəbəkə istifadəçiləri bu görüşdən daha çox futbolla maraqlandıqlarını yazıblar. Bununla belə bəzi şəbəkə istfadəçiləri görüntüləri montaj adlandıraraq, sifarişin Rusiyadan gəldiyini yazıb. 

Tarix: 15-07-2018, 07:46
Xəbəri paylaş





Xəbər lenti