Əli Kərimlinin KXCP-ni parçalamaq planı: Oktay Gülalıyevə partiya sədri olmaq tapşırığı verildi – Özəl


Əli Kərimlinin KXCP-ni parçalamaq planı: Oktay Gülalıyevə partiya sədri olmaq tapşırığı verildi – Özəl

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) daxili çəkişmə gərginləşməkdədir. Baş verən proseslər isə KXCP-nin parçalanmasına doğru getdiyindən xəbər verir.

Avropa.info-nun əldə etdiyi məlumata görə, AXCP sədri Əli Kərimli KXCP-nin sabiq funksioneri Oktay Güləliyevə təşkilatı ələ keçirmək üçün xüsusi tapşırıq verib.

Oktay Gülalıyevə yaxın olan şəxslərdən biri Avropa.info-ya bildirib ki, KXCP sədrliyinə sədrlik iddiasını ortaya qoyan Oktay Gülalıyev son bir neçə ayda partiya sədri Mirmahmud Mirəlioğluna qarşı hücumlara başlayıb.

“O.Güləliyev niyyətinə çatmaq üçün uzun müddətdir ki, istər KİV-ə açıqlamalarında, istər sosial şəbəkələrdə yazdıqlarında, istərsə də insanlarla, partiya üzvləri ilə fərdi söhbətlərində M. Mirəlioğluya qarşı təbliğat aparır və onu gözdən salmaq üçün kəskin ittihamlar səsləndirir. O.Gülalıyev M. Mirəlioğluna qarşı həyata keçirdiyi təbliğat kampaniyası zamanı hiyləgər bir taktikadan məharətlə istifadə edir. Bu da ondan ibarətdir ki, O.Gülalıyev guya partiya daxilində baş verən proseslər və təşkilat rəhbərləri haqqında səsləndirdiyi fikirlərə M. Mirəlioğlu tərəfindən təqiblərə məruz qalır. Təqibə məruz qalmasını da sosial şəbəkədə tirajlayır. Bunu O.Gülalıyevin may ayında facebook səhifəsində yazsında da aydın görmək olar”, deyə həmin şəxs bildirib.

Mənbə qeyd edib ki, O.Gülaliyev may ayında öz Facebok səhifəsində də partiya sədrinə qarşı ittihamlar səsləndirərək, özünə tərəfdar toplamaq niyyəti açıqca ortadadır: “O.Gülalıyev həmin yazısında partiya sədrliyinə qarşı yuşmaq formada çıxaraq KXCP-yə sədr seçiləcəyi təqdirdə öz planlarını açıqlayır. Bildirib ki,məqsədim KXCP- nin sədri seçilərək partiyanı Elçibəy prinsiplərinə uyğun olaraq mübarizənin önünə çıxarmaq, ölkənin aparıcı qüvvəsinə çevirməkdir: “Mən inanıram ki partiyamızın çoxsaylı fədakar, mübariz üzvlərinin iştirakı, xalqımızın dəstəyi ilə məqsədlərimizə nail olacayıq”.

O.Gülalıyev bundan cəmi iki ay sonra mübarizə fonunu da ha kəskinləşdirərək, partiya sədri M. Mirəlioğluna qarşı daha sərt və ciddi ittihamlar irəli sürüb. O, M. Mirəlioğlunu hakimiyyətin əlinə oynamqda, Elçibəyə dönük çıxmaqda ittiham edib. O.Gülalıyev M. Mirəlioğlunun bir vətəndaş və siyasətçi olaraq dövlətçilik maraqlarına uyğun olaraq “Yeni Müsavat” qəzetinə Gəncə olayları ilə bağlı verdiyi açıqlamadan ona qarşı əks-təbliğat kimi istifadə etməyə başlayıb.

Avropa.info-ya danışan şəxsin sözlərinə görə, KXCP sədri Mirmahmud Mirəlioğlunun müsahibəsində “Gəncədə baş verən hadisə cinayətdir. Bu cinayəti törədənlər cəzasını çəkməlidir” fikri O.Gülaliyevi bərk qəzəbləndirib: “O.Gülalıyev M. Mirəlioğluya ittiham edir ki, guya Gəncə olayının əsas səbəbkarı Azərbaycan dövlətçiliyinin əleyhinə olan xarici güclərin deyil, Elmar Vəliyevin olduğunu deməməsidir. O.Gülalıyev Mirəlioğlunu Gəncə hadisələrinə görə Elmar Vəliyevi tənqid etməməkdə, onun xalqa zidd qanunsuz, nəlayiq, harın hərəkətlərdə ittiham etməməkdə günahlandırıb. O.Gülalıyev qeyd edib ki, həmişə çalışıram müxalifət daxili məsələlər barədə danışmayım, yazmayım: “Bizim üçün əsas hədəf və məsələ hakimiyyətdir. Amma bəzən elə olur ki, yazmasan olmur…”

O.Gülalıyev M. Mirəlioğlunun müsahibəsində partiya sırlarından uzaqlaşdırılan gənclərin “xaric səslər” fikrinə diqqət çəkərək onu tənqid edib: “Yaxşı olar ki, o bu suala cavab versin; Elçibəyə dönük çıxıb hakimiyyətin yanında yer alanlar, maddiyyat qarşılığında susub mübarizədən imtina edənlər KXCP üçün “xaric səs”- dir, yoxsa həbsə düşüb, ehtiyacla, ailəsi ilə sınağa çəkilən, amma Elçibəy- Rəsulzadə ideyalarından, avtoritarizmə qarşı mübarizədən dönməyən insanlar? O, təşkilatda “xaric səs” deyəndə kimləri və nəyi nəzərdə tutur?”

Bununla belə O.Gülalıyev M.Mirəlioğlunun “Yeni Müsavat” qəzetinin rəhbəri R.Arifoğlu haqqında səsləndirdiyi ifadəni də onun əleyhinə istifadə etməyə çalışıb. O.Gülalıyev yazır:

“Maraqlıdır, M. Mirəlioğlu Elçibəyin sağlığında daim ona şər- böhtan atıb onu aşağılayan, İlham Əliyevdən orden- medal alan Rauf Arifoğlunu medal aldığına görə təbrik edərək bildirir ki, “Həsən bəy Zərdabinin ruhu “Yeni Musavat” qəzetinin fəaliyyətində təzahür edir” (!?). Yazıq Həsən bəy… Sonra da ölkədə “milli birliyin və vəhdətin formalaşmasında göstərdiyi xidmətə görə” qəzeti təbrik edir (!?)…”

O.Gülalıyev M. Mirəlioğlunu həmçinin BXCP sədri Qüdrət Həsənquliyev və Nemət Pənahlı ilə əməkdaşlıqda ittiham edir.

Avropa.info-ya məlumat verən şəxs bildirib ki, Oktay Gülalıyev yaxın vaxtlarda KXCP sədrinə qarşı hücumlarını daha da artıracaq: “O, qısa zamanda partiyanın qurultayının çağrılmasına nail olmaq istəyir. O.Gülaliyev niyyətinə nail ola bilmədikdə isə KXCP-ni parçalamaq planı da ortadadır. Partiyanı parçalayaraq, özünü KXCP-nin hüququ varisi elan edəcək”.

Qeyd edək ki, bu il KXCP-nin növbəti qurultayı keçirilməlidir.

Avropa.info

Tarix: 19-07-2018, 15:40
Xəbəri paylaş





Xəbər lenti