Rusiya Ermənistana 200 milyon dollarlıq “nisyə” silah təslimatını tamamladı - Azərbaycana silah satışından milyardlarla dollar vəsait əldə edən Rusiyanın ikitərəfli oyunu

 Hurriyyet.org xəbər verur ki, Ermənistanın müdafiə naziri David Tonoyan bazar günü jurnalistlərə verdiyi açıqlamada Ermənistanla Rusiya arasındakı kredit razılaşması əsasında 200 milyon dollarlıq silah tədarükünün bitdiyini bildirib. Düşmən ölkənin müdafiə naziri deyib: “Müasir silahlar verilib. Bu cür silahların heç Rusiya ordusunda da olmadığı istisna deyil”.
Tonoyan erməni-rus dostluq münasibətləri bir çox müqavilələrlə möhkəmləndiyini deyib, lakin zərurət olacağı təqdirdə, bəzi müddəaların dəyişdirilə biləcəyini istisna eləməyib.
2015-ci ilin iyununda Rusiya ilə Ermənistan arasında Rusiya istehsalı olan hərbi məhsulların Ermənistana verilməsi üçün 200 milyon dollarlıq eksport krediti ilə bağlı razılaşma imzalanıb.
2017-ci il oktyabrın 24-də imzalanmış hökumətlərarası müqaviləyə görə, Rusiya Federasiyası hərbi təyinatlı məhsulların təqdim edilməsinin maliyyələşdirilməsi üçün erməni tərəfinə 100 milyon dollarlıq dövlət ixracı təqdim edir.
“RİA Novosti” informasiya agentliyinin yazdığına görə, erməni tərəfi kreitdən bu müqavilələrin hər birinin 90% məbləğinin maliyyələşdirilməsi üçün istifadə edir. Müqavilə layihəsində göstərilir ki, kredit 15 il müddətinə (2023-2037-ci illər arasında ödənilməklə), illik 3%-lə verilir. Ermənistan kredit vəsaitindən 2018-2022-ci illərdə istifadə eləməlidir.
Xatırladaq ki, ötən il martın 6-da İrəvanda səfərdə olmuş rus media nəhəngləri Rusiyanın Azərbaycana silah satışından narahat olan ermənilərin sualının cavabında Rusiyanın Azərbaycana silah satışının məhz Ermənistan üçün sərfəli olduğunu bildirmişdilər.
“Rossiya seqodnya” Rusiya dövlət agentliyinin baş direktoru Dmitri Kiselyov demişdi: “Azərbaycan silah alınmasına milyardlarla dollar ödəyir. Rusiya Azərbaycandan sabit valyuta alır, öz hərbi sənayesini inkişaf etdirir və Ermənistanı silahlandırır. Bu mənada Rusiya ilə Azərbaycanın əlaqələri Ermənistanın xeyrinədir”.
Siam.az
Tarix: 23-07-2018, 19:32
Xəbəri paylaş





Xəbər lenti