“Ermənənistan kiçik ölkədir, Rusiya isə…” – Paşinyan Peterburqda özünü alçaltdı



Bizim Ermənistanda həyata keçirdiyimiz inqilab hansısa geosiyasi marağın tərkib hissəsi deyildi.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyada (Sankt-Peterburq) səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyanın sözlərinə görə, inqilabi prosesdə heç bir xarici siyasi qüvvə iştirak etməyib: “Rusiyada keçirdiyim görüşlərdə də bu haqda danışdım. Ümid edirəm ki, rusiyalı siyasətçilər mənim səmimiyyətimə inandılar.

Lakin Rusiya mediasında tez-tez komandamız haqda analitik materiallar dərc edilir ki, guya bizi hakimiyyətə Qərb gətirib. Bu iddialar reallığı əks etdirmir. Biz Moskvanın xoşuna gəlməyəcək heç bir addım atmamışıq. Ümid edirik ki, Rusiya da bizə qarşı belə addım atmayacaq. Rusiya supergücdür, biz isə kiçik ölkəyik və biz bunun nə olduğunu başa düşürük”.

Tarix: 27-07-2018, 14:47
Xəbəri paylaş





Xəbər lenti