Ermənistan üçün tək xilas düsturu - Bakı və Ankara ilə anlaşmaq...


İşğalçı ölkənin Azərbaycan və Türkiyə əleyhinə Rusiya ilə müttəfiqliyi onun inkişafını və rifahını təmin edə bilmədi, çünki...

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya ikinci səfəri ərəfəsində İrəvanda “Exo Moskvı” radiosuna verdiyi müsahibə işğalçı ölkənin xarici siyasət kursu, Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyindən dolayı bəzi qənaətləri daha da möhkəmlətmiş oldu. Səfər öncəsi Paşinyan növbəti dəfə Rusiyaya, Putinə ənənəvi erməni yaltaqlığı ilə reveranslar edib, sədaqət andı içdi. İşğalçı Ermənistanın vassal və forpost statusunda qalacağına söz verdi.

Paşinyan eyni zamanda müharibə xofunu gizlədə bilmədi. Azərbaycanla böyük hərbi toqquşmadan qaçmaq üçün yenə müstəsna olaraq, Moskvaya ümid bəslədiklərini, ondan mərhəmət gözlədiklərini dilə gətirdi. Bununla da, faktiki, Rusiyasız Ermənistan adında dövlətin varlığının sual altına düşəcəyini etiraf elədi.

Ən önəmlisi, erməni baş nazir Dağlıq Qarabağ məsələsinin dinc yolla həllində maraqlı olmadığını bir daha ortaya qoydu. Aydın oldu ki, onun sülh haqda təsəvvürü başdan-ayağa absurd, reallıqdan uzaq, diletant, müharibə qoxusu verən bir yanaşma üzərində qurulub. Buradaca əslində məntiqli bir sual ortaya çıxır ki, Kremlin vassal asılılığında olan Ermənistanın indiki baş naziri Qarabağ məsələsində hansı müstəqil qərarı verə bilər? Bu, heç gözlənilmir də.

*****

ErmÉnistan türkiyÉ sÉrhÉddi ile ilgili görsel sonucu

Paşinyan Ermənistanın formal dövlət kimi Türkiyə ilə sərhədlərin Rusiya hərbçiləri tərəf qorunmasına da toxunub. Bu sərhədləri Ermənistanın özünün müdafiə eləmək gücündə olmadığını söyləyib. “Bu yükü (Türkiyə ilə sərhədləri qorumağı - red.) biz götürə bilmərik” deyib.

Türkiyə sarıdan xoflanmağa isə əsaslar var. Çünki qardaş ölkə Dağlıq Qarabağ məsələsində həmişə Azərbaycanın yanındadır, yanında olacaq. Bu da sülh danışıqlarında Rusiyanın belə ciddiyə almalı olduğu vazkeçilməz faktordur, olaraq da qalacaq.

Türkiyə həmçinin Azərbaycan ordusunun döyüş qabiliyyətinin artırılması üçün əlindən gələni edir. Vaxtaşırı hər iki ölkədə ortaq hərb təlimlər keçirilir. Paralel surətdə Azərbaycanın silah arsenalında Türkiyə silahlarının və hərbi sistemlərinin payı ildən-ilə artır. Sevindiricidir ki, qardaş ölkə özünün hərbi-sənaye kompleksini ilbəil daha da modernləşdirir və sürətlə silah alıcısından silah satıcısına çevrilir. Əsas alıcılardan biri də təbii ki, Azərbaycandır. Bunu əcnəbi siyasi və hərbi ekspertlər də vurğulamağa başlayıblar.

âAltay" tankları ile ilgili görsel sonucu

“Türkiyənin müasir ”Altay" tanklarının Azərbaycana ixracı tamamilə mümkündür". Bu sözləri erməni mətbuatına müsahibəsində rusiyalı hərbi ekspert Aleksandr Xramçixin deyib. Türkiyənin ötən əsr boyu SSRİ, Almaniya, Böyük Britaniya, Fransa kimi ölkələrdən tank almağa məcbur olduğunu qeyd edən ekspert maşınqayırma sənayesində əldə olunan nailiyyətlər nəticəsində Türkiyənin öz tanklarını və digər hərbi texnikalarını yaratmağa müvəffəq olduğunu bildirib. O, yüksək keyfiyyətli “Altay” tanklarının potensial müştəriləri arasında ölkəmizlə yanaşı, Pakistan və Fars körfəzi ölkələrinin də olduğu vurğulanıb.

*****

PaÅinyan ile ilgili görsel sonucu

Təbii ki, işğalçı Ermənistanı qorxudan həm də budur - Türkiyənin regional hərbi və siyasi güc olaraq bölgədə daha ciddi oyunçuya çevrilməsi. Türkiyənin artan gücü isə Azərbaycanın artan gücü, onun gücünə güc qatılması deməkdir. Bundan əlavə, qardaş ölkə rəsmiləri dəfələrlə bəyan ediblər ki, Qarabağ məsələsində Azərbaycanın razı olmadığı sülh sənədinə Türkiyə də razı olmayacaq. Bunu son olaraq, Bakı səfəri zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu növbəti dəfə açıq və “net” şəkildə bəyan elədi.

Belə bir prinsipial mövqe öncəliklə işğalçı ölkəyə aydın mesajdır. Həm də o anlamda ki, Qarabağ konflikti ədalətli şəkildə nizamlanmayınca Ermənistanla sərhədlər bağlı qalacaq, işğalçının blokadası davam edəcək. Bu xüsusda Nikol Paşinyanın müsahibədə Türkiyə ilə sərhədlərin qeyd-şərtsiz açılmasının tərəfdarı olduğunu söyləməsi də absurd, heç bir siyasi çəkisi olmayan, sırf erməni ictimai rəyinə hesablanmış ucuz gedişdir.

Aydın məsələdir ki, Ermənistan əsas qonşularla normal münasibətlərdə olmaq, ağır blokada rejimindən çıxmaq, sərhədlərin açılmasını istəyirsə, o zaman özünü işğalçı kimi deyil, normal aparmalı, Azərbaycan və Türkiyənin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalıdır. Ermənistanın xilasının, inkişafının yeganə düsturu budur, nəinki Azərbaycan və Türkiyə əleyhinə heç bir quru sərhədi olmayan Rusiya ilə müttəfiqliyi. Belə müttəfiqlik erməni xalqına xoşbəxtlik gətirsəydi, 30 ildə gətirərdi.

*****

Şübhə yox ki, Azərbaycan indiki status-kvonu, işğal rejimini sonsuzadək seyr eləmək niyyətində də deyil. Sülh danışıqları erməni tərəfinin üzündən dalanda qalmaqda davam edərsə, günün birində Azərbaycan hərbi gücünü mütləq işə salmalı olacaq - təbii ki, bəzi geosiyasi şərtlər nəzərə alınmaqla. Hələ ki Azərbaycan sülh ümidlərini sonadək itirmədiyi üçün gözləmə mövqeyindədir.

Əfsus ki, bu mövqe Rusiyanın arxasında gizlənən düşmən ölkə tərəfindən yanlış anlaşılır. Guya Azərbaycanın heç vaxt atəşkəsi pozmayacağı, böyük müharibəyə risk etməyəcəyi kimi yozulur. 2016-cı ilin “4 günlük” aprel müharibəsi və Azərbaycan ordusunun o vaxt əldə elədiyi blits-hərbi uğur, nəhayət, bu ilin iyununda Naxçıvan istiqamətində silahlı qüvvələrimizin irəliləyərək, daha əlverişli mövqelərə sahiblənməsi, 11 min hektar ərazini azad eləməsi bu təsəvvürün nə dərəcədə yanlış və illüziya, eyni zamanda erməni xalqı üçün nə dərəcədə təhlükəli olduğunu ortaya qoyur.

Müharibə olacaqsa, işğalçını heç Rusiya da xilas edə bilməyəcək. Çünki Moskvanın bölgədə erməni maraqları ilə üst-üstə düşməyən daha böyük maraqları var. Bu maraqlar ən azından diktə edir ki, Azərbaycan və Türkiyə ilə münasibətlər korlanmasın. Xüsusən də indiki qəliz dünyamızda heç kim, öncəliklə də Qərbin sanksiyaları altında olan Rusiya dost itirmək istəmir. O ki ola Azərbaycan, Türkiyə kimi sadiq, etibarlı dost-tərəfdaşlar...

Tarix: 28-07-2018, 10:15
Xəbəri paylaş





Xəbər lenti