Amerikaya inandıq, “ağzımız yandı” – ABŞ-ın demokratiya fiaskosu


Nəzakət Məmmədova: “ABŞ ondan demokratiya gözləyən beynəlxalq birliyi məyus etdi”; Mübariz Əhmədoğlu: “Amerika öz ambisiyalarını nümayiş etdirir... Heç vaxt dövlətlərə yaxşılıq arzulamayıb”

Tarix göstərir ki, ABŞ demokratiya qurmaq adı ilə girdiyi ölkələri, sonradan xarabalığa çevirərək çıxır. Əfqanıstan, İraq, Liviya buna nümunə sayıla bilər. Bu ölkələrdə sabitlik hələ də tam bərqərar olunmayıb, insanlar əvvəlki vəziyyətlərində də çətin durumdadırlar.

ABŞ həmin ölkələrə daxil olan zaman dünyada yanaşma fərqli idi. Əksər dövlətlər ABŞ-a dəstək olurdu. Hətta adıçəkilən ölkələrin xalqları da demokratiya  eşqinə düşüb, vəziyyətlərinin daha da yaxşı olacağına ümidli idilər. Amerikanın əsas hədəfində hazırda İrandır. Lakin əvvəllər olduğu kimi, indi ABŞ-a bu məsələdə dəstək olanlar çox deyil.

“Yeni Müsavat”a danışan politoloq Nəzakət Məmmədova hesab edir ki, “Ərəb baharı”, Yaxın Şərqdə baş verənlər ABŞ-ın əsl məqsədini üzə çıxarıb: “1991-ci ildə ABŞ İraqa demokratiya gətirmək adı ilə müharibəyə başladı. O dövrdə dünya ”soyuq müharibə"dən yeni çıxmışdı və bu müharibə ABŞ-ın qələbəsi ilə başa çatmışdı. Amerikanın bundan sonrakı siyasəti demokratiyanı yaymağa yönəlmişdi. Çünki artıq kommunizm məğlub olmuşdu və ABŞ demokratiya, liberal dəyərlərin yayılması istiqamətində fəaliyyətə başlamışdı. Lakin 1991-ci ildən bu yana ABŞ ondan demokratiya gözləyən beynəlxalq ictimaiyyəti məyus etdi.

“Soyuq müharibə” dövründə Amerika müharibə edib ölkələrin ərazisinə girə bilmirdi. Çünki onun qarşısında duran SSRİ var idi. Lakin 1991-ci ildən sonra ABŞ-ı cilovlayan, ona müqavimət göstərən ikinci bir supergüc qalmadı. Ona görə də ABŞ-ın dünyada xarici siyasətini genişləndirmək imkanları genişləndi. ABŞ da bundan sui-istifadə etdi. Gedən prosesləri təhlil edəndə görürük ki, əslində heç bir demokratiyadan söhbət getmir. Demokratiya dövlətlərin ərazisinə qırıcı təyyarələrin qanadlarındakı bombalarla tökülmür. Demokratiya bir dəyərdir və onu qəbul edən cəmiyyət buna hazır olmalıdır. Bu da tarixi təkamül prosesində baş verir. Müəyyən proses getməli və cəmiyyətin şüurunda demokratiya inkişaf etməlidir. Afrikada bədəvi ərəblərin içərisində gedib demokratiya yaratmaq olmaz. Yaxud da Yaxın Şərqin özünün ənənələri var. Yəni hər dövlətin keçdiyi yol var. Bunu Amerika və heç bir supergüc əldə edə bilməz. ABŞ demokratiya ixracı sayəsində fiaskoya uğrayıb. Artıq nəinki ona müqavimət göstərən Çin, Rusiya, eyni zamanda onun öz müttəfiqləri, Avropa Birliyi ölkələri ABŞ-ı tənqid edirlər. ABŞ və Avropanın dünya siyasətində yanaşmaları fərqlidir. ABŞ hər bir işi “kovboy”sayağı həll etməyə çalışır. Yəni birbaşa hərbi müdaxilə edir. Avropa isə inandırma vasitələrinə üstünlük verir. Yəni Avropa o məsələləri problem hesab edir ki, onu maliyyə ilə həll etmək mümkündür. Avropa Birliyi ABŞ kimi hərbi müdaxiləyə meylli deyil".

NÉzakÉt MÉmmÉdova ile ilgili görsel sonucu

Politoloq bildirib ki, Avropanın da ABŞ-ı tənqid etməsi təsadüfi deyil: “Bütün maraqların əsasında geosiyasi mövqe əldə etmək dayanır. Demokratiya, sadəcə olaraq, bir bəhanədir. Avropa ölkələri, ABŞ elə bir yol keçiblər ki, onların cəmiyyətlərinin şüurunda demokratiya formalaşıb. Yaxın Şərqdə isə bu, belə deyil. Ona görə ABŞ-ın yanaşması doğru deyil. ABŞ bunu yaxşı başa düşür. Orada yüzlərlə ”beyin mərkəzləri" var və hər ölkənin məişətindən tutmuş, problemlərinə qədər araşdırırlar. Bu, sadəcə olaraq, xarici siyasətdə bir bəhanədir. Demokratiya bir üzlükdür, bu ad altında dünya ölkələrinə müdaxilə edib, onların resurslarına nəzarət edib, rəqiblərini oradan sıxışdırırlar. ABŞ da bu bəhanəni demokratiya adı altında edir. ABŞ hegemonluq yolunda addımlayır. Ona görə də yaxın müttəfiqləri tərəfindən tənqid olunur. ABŞ-a qarşı dünyada artıq güc mərkəzləri formalaşır və o, buna qarşı çıxmaqda çətinlik çəkir. Demokratiya milyonlarla insanların öldürülməsinə, qaçqın düşməsinə səbəb olursa, artıq bu ideologiyadan əl çəkmək lazımdır. Deməli, bu, insanlıq üçün lazımsız bir şeydir".

Politoloq Mübariz ÆhmÉdoÄlu ile ilgili görsel sonucu

Politoloq Mübariz Əhmədoğlu “Yeni Müsavat”a açıqlamasında bunu söyləyib: “Nə qədər paradoks olsa da, deyim ki, Amerika və İran Yaxın Şərqdə öz ambisiyalarını nümayiş etdirir. Heç biri Yaxın Şərqdəki dövlətlər üçün yaxşılıq arzulamayıb. Bəlkə də İranın müdaxiləsi olmasaydı, ABŞ-ın Yaxın Şərq dövlətlərində apardığı siyasət indikindən tamamilə əks nəticələrə gətirib çıxarardı. Sadəcə olaraq, ABŞ Yaxın Şərqə girən zaman İranın oynaya biləcəyi oyunu düzgün hesablaya bilmədi. Ona görə də Amerikanın planı faş oldu. İran ABŞ-ın Əfqanıstan planına aşkar şəkildə kömək edib. İran dəqiq bilirdi ki, Əfqanıstanda hansı nazirlərin Amerika ilə əlaqəsi var. İndiki halda Tehran Amerika ilə böyük sazişə gedir. İran prezidenti Həsən Ruhani Trampın anti-İran bəyanatına reaksiya verən zaman bildirdi ki, ya bizim regionda bütün müharibələrin anası olan müharibə olacaq, ya da bütün müqavilələrin anası hesab edilən müqavilə imzalanacaq. Dünya mətbuatı, sadəcə, buradan birinci frazanı işıqlandırdı. İran da Amerikanın regionda jandarmı olmağa hazırdır və bu yaxınlarda iki dövlət arasında gizli danışıq gedəcək, ardınca isə müqavilə imzalanacaq. Ona görə də ”ABŞ İranı demokratik ölkə edəcək" kimi deyimlərə inanmaq lazım deyil. Baş verənlərin demokratikləşməyə zərrə qədər də dəxli yoxdur".

Tarix: 2-08-2018, 09:13
Xəbəri paylaş





Xəbər lenti