Politoloq: “Moskva bunu İrəvana bağışlamayacaq”


Ermənistan hökuməti “Rus NATO-su”nun baş katibi ilə bağlı bir addım geri çəkildi - ilginc gəlişmə

Ermənistanın yeni hakimiyyəti tərəfindən keçmiş hakimiyyətdəki siyasi rəqiblərini təqib etməyə başlaması Moskva tərəfindən özünəməxsus “sanksiyaları” gündəmə gətirə bilər. Musavat.com bununla bağlı xarici mediaya istinadən xəbər verib.

Rusiyanın “Kommersant” qəzetinin Kremldəki mənbələrinə istinadən verdiyi xəbərə görə, Rusiya Robert Köçəryanın həbsini və KTMT baş katibi Yuri Xaçaturovun istintaqa çağırılmasını qəzəblə qarşılayıb. Xüsusulə sonuncu gəlişməni Rusiyada KTMT-nin imicinə vurulan ağır zərbə kimi dəyərləndirirlər və artıq blokun baş katibi postunun Ermənistanın əlindən alınması perspektivi doğub. Yuri Xaçaturovun vəkili Miqran Poqosyanın “RiaNovosti”yə bildirdiyinə görə, o, Ermənistanın Xüsusi İstintaq Xidmətinin qarşısında vəsatət qaldıraraq müvəkkli üzərinə qoyulan ölkə xaricinə getməmək haqqında verilən qərarın götürülməsini istəyib. Vəkilin dediyinə əsasən, müdafiə etdiyi şəxs beynəlxalq bir təşkilata rəhbərlik edir və onun bir sıra vəzifələri var. Hər bir halda bu məsələnin noyabrın 8-də KTMT-nin ən ali orqanı - Kollektiv Təhlükəsizlik Şurasının iclasına qədər açıq qalacağı bəllidir. Təşkilata daxil olan üzv dövlətlərin dövlət başçılarının iştirakı ilə keçirilən bu toplantıda baş katib postunun növbədənkənar surətdə Ermənistanın əlindən alınıb əlifba sırası ilə Belarus Respublikasına verilməsi gündəmə gələ bilər. Moskvanın Ermənistana tətbiq edəcəyi ən böyük zərbələrdən biri də silah satışı sahəsindədir.

“Kommersant”ın Rusiyanın hərbi-sənaye kompleksinin iki yüksək vəzifəli şəxsinə istinadən verdiyi məlumatda Ermənistanın silah alması üçün nəzərdə tutulan 100 milyon dollarlıq kredit məsələsinin də “böyük sual altına düşdüyü” qeyd olunub.

Xatırladaq ki, Rusiya və Ermənistan arasında 200 milyon dollarlıq kreditin verilməsi ilə bağlı baş tutan silah satışına dair ilk paket artıq reallaşdırılıb. Buna görə Ermənistan “Smerç” tipli yaylım atəşinə malik reaktiv sistemli qurğularını, “İqla-S” zenit-raket komplekslərini, “Avtobaza-M” yerüstü radiotexniki kəşfiyyat  kompleksini, “TOS-1A” ağır atəşsaçan sistemlərini (nəqliyyat və doldurucu maşınlarla birlikdə), “9M113M” idarə olunan raketləri (bu raketlər “Konkurs-M” tank əleyhinə  raket kompleksləri üçündür), “RPG-26" minaatanları, ”Draqunov" snayper tüfənglərini, “Tiqr” zirehli maşınlarını əldə edib. İkinci müqavilə isə atıcı silahların, mühəndis rabitə vasitələrinin və şəxsi heyətin daşınması üçün nəqliyyat maşınlarının tədarükünü nəzərdə tuturdu. Bundan başqa, Ermənistanın əvvəlki rəhbərliyi “İsgəndər-E” operativ taktiki komlekslərinin ikinci divizionunu da əldə etməyə çalışırdı (ilk divizionda 8 buraxılış qurğusu Ermənistana verilib). Həmçinin Moskvanın Ermənistana yeni “Su-30" SM qırıcı təyyarələrinin satması gündəmdə var idi. ”Kommersant"ın xəbərinə görə, indi bütün bunlar havada asılı qalıb.

Kremlin gərilən əsəblərini sakitləşdirmək üçün Xaçaturovu girov qarşılığında sərbəst buraxsa da, Rusiya çətin ki, məsələnin üstündən sakitliklə keçsin. Çünki faktiki olaraq Ermənistan öz ağasının üzünə ağ olub və cavabını artıqlaması ilə almalıdır.

Yazı çapa hazırlanarkən məlum oldu ki, İrəvan Yuri Xaçaturovun fəaliyyətini davam etdirməsi üçün Moskvaya geri dönməsinə izn verib. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan deyib. Ohancanyan Xaçaturova Ermənistan ərazisini müvəqqəti tərk etməyə izn verildiyini bildirib.

Qeyd edək ki, Xaçaturov 1 mart qırğınlarında iştirakda ittiham edilir. O, 10 min dollar girov müqabilində azadlıqdadır.

Görünən budur ki, Rusiya XİN başçısı Sergey Lavrovun Ermənistan hökumətinə xəbərdarlığı öz nəticəsini verdi. Düzdür, Xaçaturova qarşı qaldırılan cinayət işi ləğv edilməyib. Amma onun ölkədən kənara çıxmasına izn verilməsi artıq “cinin şüşədən çıxması” anlamını verir. Çətin ki, erməni general Moskvadan qayıtsın, yaxud qayıtsa da, həbs olunsun. Əks təqdirdə, Moskva yeni sürprizlər edə bilər. Ötən müddətdə Kreml Ermənistanın müraciətinə məhəl qoymayaraq, KTMT-nin yeni baş katibi ilə bağlı hər hansı addım atmadı. Əslində Paşinyan Xaçaturovu başqa bir erməni hərbçi ilə əvəzləmək istəyirdi, lakin Moskva bu təşəbbüsləri eşitməzliyə vurdu. Bununla da İrəvana “sən kimsən ki, mənim təsis etdiyim qurumda rəhbər dəyişikliyi edirsən” mesajını verdilər. 

“Ermənistanda baş verən son hadisələr onu göstərir ki, həqiqətən Paşinyanın konkret planı yoxdur və mitinq eyforiyası yenə də onun əsas kredosudur. Hakimiyyəti əldə saxlamaq üçün və gələcəkdə seçkilərdə qələbə çalmaq üçün sabiq prezident Köçəryan, səhra komandiri Manvelyan və onun yaxın ətrafı həbs edilir”.

Politoloq Arzu NaÄıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev bunu “Yeni Müsavat”a dedi. Ekspertin sözlərinə görə, hətta kilsə dövləti olan Ermənistanda görünməyən bir hadisədir ki, kilsənin rəhbərliyinə qarşı cinayət işi qaldırıla bilər: “Bu proseslər əsasən yerli format daşısa da ən mühüm məsələ KTMT-nin fəaliyyətdə olan baş katibi Xaçaturovun həbsinin gündəmdə olmasıdır. Onun vəzifəsi Rusiyanın ”mini NATO-su" üçün çox ali və mühüm əhəmiyyətlidir və birbaşa təmsil olunan dövlətlərin başçılarının daxil olduğu şura tərəfindən təsdiq edilir. Rusiyanı narahat edən odur ki, ümumiyyətlə, Ermənistan Xacaturova cinayət işi qaldırmaqla onun yaratdığı təşkilatın imicinə böyük zərbə vurur. Xaçaturov 10 il əvvəl İrəvan qarnizonunun rəisi olub və indi həmin əməllərinə görə həbs edilir. Hələ ki 10 min dollar müqabilində girovla azadlığa buraxılıb. Lavrovun bəyanatı da əsasən onunla bağlıdır ki, cinayətkar adlandırılan bu şəxs necə baş katib ola bilər və bunu da əsasən vassal olan bir dövlət deyir. Rusiya bunu cinayət kimi deyil, siyasi əqidəsinə görə təqib kimi qələmə verir. Ermənistan da bunu başa düşür və dərinə getməkdən çəkinir. Yəni onsuz da problem yaranıb və Rusiya təlim və digər addımlarla mesaj verib, buna görə də hələlik Xaçaturovu sərbəst buraxır".

Politoloq Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a bildirdi ki, KTMT baş katibinin barəsində cinayət işinin qaldırılması və həbs ehtimalı Moskvanı ciddi narahat edir: “Ermənistanın baş katibi Nikol Paşinyan rəqiblərini zəiflədərkən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibini həbs etməklə təşkilata ciddi zərbə vurur. Bu təşkilatı Rusiya NATO-ya alternativ kimi yaradıb və kiçik Ermənistan indi təşkilatın imicinə zərbə vurur. Bunu Moskva İrəvana bağışlamayacaq. Əlbəttə, İrəvan başqa generalı təşkilata baş katib kimi göndərə bilər. Ancaq istənilən halda Rusiyanın yaratdığı qurumun baş katibinin həbsi tezliklə unudulmayacaq. NATO və ABŞ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin həbsinə sevinməyə bilməzlər. Bu da Moskvanı əsəbiləşdirir”.

E.Şahinoğlunun sözlərinə görə, KTMT-də baş katib dəyişə bilər, ancaq buna Moskvanın icazəsi lazımdır: “Moskva rotasiya prinsipi ilə bu dəfə hesablaşmayaraq başqa ölkənin namizədini baş katib kimi seçdirə bilər”.

Tarix: 3-08-2018, 09:08
Xəbəri paylaş





Xəbər lenti