Paşinyandan hiyləgər gediş – Əsl erməni gedişi - RƏY


Paşinyandan hiyləgər gediş – Əsl erməni gedişi - RƏY

"Ermənistanın baş naziri Nikol Paşinyan növbəti hiyləgər gedişini etdi".

Cebhe.info-nun xəbərinə görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

 “Bəllidir ki, Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovu həbs etmək istəyi Kremlin xoşuna gəlməyib və Rusiya rəsmiləri İrəvanın bu qərarına açıq etirazlarını bildiriblər. Ancaq Paşinyan Moskvanın bu etirazı qarşılığında “Səhv etdik, Yuri Xaçaturov fəaliyyətinə davam edə bilər” desəydi, tərəfdarlarının gözündə zəif görünəcəkdi, onun ünvanına “Kremlin xəbərdarlığından qorxdu” ifadəsini səsləndirəcəkdilər. Bəs belə olan halda Paşinyan hansı addımı atdı?

Ermənistanın baş naziri təşkilata Yuri Xaçaturovun əvəzinə Baş katib kimi keçmiş müdafiə naziri Vaqarşak Arutunyanın namizədliyini irəli sürdü”-, deyə o bildirib.

Elxan Şahinoğlu qeyd edib ki,  Kreml Xaçaturovun geri qaytarılmasına etiraz etsə də, Vaqarşak Arutunyanın namizədliyinin əleyhinə də açıq mövqe bildirməkdə çətinlik çəkir: “Çünki Paşinyanın irəli sürdüyü Vaqarşak Arutunyan tam ruspərəstdir, bu general məhz Rusiyanın dəstəyilə Ermənistanda 1990-cı illərdə vacib hərbi postlarda çalışıb. Beləcə, Paşinyan Xaçaturovu geri çağırmaqla Moskvadan çəkinmədiyini, Vaqarşak Arutunyanın namizədliyini irəli sürməklə isə Moskvanın maraqlarını nəzərə aldığını biruzə verir. Tam erməni gedişidir”.

Xatirə

Tarix: 4-08-2018, 16:25
Xəbəri paylaş





Xəbər lenti