Ermənistanın yeni rəhbərliyinin Qarabağ dilemması


Nikol Paşinyan qəliz seçimlə üz-üzə: Dağlıq Qarabağ məsələsində sələflərinin yoluna davam etmək, yoxsa...; ekspertlərdən 2019 proqnozları

Belarus prezidenti Aleksandr Lukaşenkonun Dağlıq Qarabağ mövzusunda söylədiyi fikirlər son günlərin müzakirə mövzularından biridir. Onun xüsusən də Ermənistanın keçmiş prezidenti Serj Sərkisyana kommunikasiyaların və sərhədlərin açılması qarşılığında işğal altındakı 5 rayonu qeyd-şərtsiz boşaltmağı təklif eləməsi, Qarabağ ermənilərinin təhlükəsizliyi üçün azad edilən ərazilərə Rusiya-Belarus qoşunlarını yeritməyə hazır olduğunu deməsi diqqət çəkib.

Bəzi iddialara görə, bu açıqlamalar həm də anons xarakteri daşıyır. Hətta 5 rayon məsələsinin tezliklə, daha doğrusu, mart ayında təzədən gündəməqayıda biləcəyi, köhnə həll prinsiplərinin danışıqlar masasına qoyulacağı barədə iddialar səslənib. Onu da nəzərə alsaq ki, 2019-cu illə bağlı Dağlıq Qarabağ mövzusunda nikbin proqnozlar artıb, o zaman sual ortaya çıxır: gələn il Dağlıq Qarabağla bağlı köhnə danışıqlara və ya həll prinsiplərinə qayıdış nə dərəcədə inandırıcı görünür? 

*****

“Dağlıq Qarabağla bağlı gündəmə gətirilən kompromis variantı Bakı birdəfəlik rədd edib”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri  axar.az-a sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Belarus lideri Aleksandr Lukaşenkonun Qarabağa dair bəyanatının Ermənistanın qeyri-konstruktiv mövqeyinin ifşası baxımından əhəmiyyətli hesab etdiyini düşünür.

paÅinyanın hakimiyyÉti ile ilgili görsel sonucu

“Paşinyanın KTMT-dəki son uğursuz siyasətindən sonra üzv dövlətlərin Ermənistanla bağlı mövqeyində sərtlik müşahidə olunur. Xüsusilə də Minskin Dağlıq Qarabağ istiqamətində İrəvana təzyiqləri diqqətdən yayınmır” deyən ekspert, bununla belə, sözügedən bəyanatdakı bəzi məqamlarla razılaşmır: “Danışıqlar və Minsk prosesində dəfələrlə qeyd edilib ki, sülh olacağı və Azərbaycan qəbul edəcəyi təqdirdə bölgəyə sülhməramlı qüvvələr yeridilə bilər. Sülhməramlı missiya isə Azərbaycana yaxın olan İran, Türkiyə və həmsədr dövlətlərin qoşunlarından ibarət ola bilməz. Bu, illərdir danışıqlar prosesində təsdiq edilmiş bir faktdır. Yəni Dağlıq Qarabağa sülhməramlı qüvvələr adı altında Belarus və Rusiyanın qoşunları heç cür yeridilə bilməz. Bakı irəli sürülən bu variantı birdəfəlik rədd edib”.

Politoloq onu da vurğulayıb ki, Dağlıq Qarabağa keçici statusun verilməsi və yaxud bölgəyə sülhməramlı qüvvələrin yeridilməsi heç cür Bakının mövqeyinə uyğun deyil: “Sülh olacağı təqdirdə Dağlıq Qarabağın statusunu Azərbaycan özü müəyyənləşdirəcək. Bakı İrəvana heç bir güzəştə getməyəcək, çünki Azərbaycanın kompromis limiti çoxdan bitib”.

Xatırladaq ki, Lukaşenko Rusiyanın media nümayəndələri ilə görüşü zamanı Qarabağ münaqişəsinin həllinə dair Sərkisyanla söhbətinin məzmununu açıqlayıb. Sitat: “Açıq şəkildə dedim: Serj, 5 rayonu geri qaytar. Qaytarmamaq üçün nə kimi səbəb ola bilər, axı onlar boş qalıb. O isə dedi: ”əgər qaytarsam, onlar yolu kəsəcəklər, Qarabağı tutacaqlar" və sair. Biz isə Putinlə açıq şəkildə söz verdik ki, belə olan halda biz öz qoşunlarımızı yeridər və buna imkan vermərik. Sərkisyan isə dedi: “Yox, biz buna getməyəcəyik, bunu istəmirik”".

*****

paÅinyanın hakimiyyÉti ile ilgili görsel sonucu

Lukaşenkonun söylədikləri, əslinə qalsa, qeyri-adi sayılmaz. Fakt budur ki, işğalçı Ermənistanda 20 il hakimiyyətdə olan Qarabağ klanı heç vaxt ədalətli sülhə hazır olmayıb, bu yöndə əlini ağdan-qaraya vurmayıb, yalnız erməni xalqına şirin vədlər verib. Çünki “müharibə partiyası” olaraq, kiçicik “güzəşti” belə öz hakimiyyətinə təhlükə sayıb. Nəticədə işğalçı ölkənin blokadası ilbəil güclənib, ölkədən kütləvi köç sürətlənib, Ermənistan Rusiyadan daha güclü siyasi-hərbi və iqtisadi-maliyyə asılılığına düşərək, olan-qalan müstəqilliyini də, faktiki, itirib.

paÅinyanın hakimiyyÉti lukaÅenko ile ilgili görsel sonucu

İndi Nikol Paşinyan bu asılılığı azaltmaq və Ermənistanı guya normal dövlətə çevirmək niyyətindədir. Ancaq heç bir şübhə yox ki, Dağlıq Qarabağ məsələsində qonşu Azərbaycanla, Türkiyə ilə tezliklə anlaşma olmazsa, sərhədlər və kommunikasiyalar tezliklə açılmazsa, nəinki Rusiyadan siyasi-iqtisadi asılılıq azalmayacaq, bütövlükdə nəzərdə tutulan iqtisadi islahatlar boşa çıxacaq.

paÅinyanın hakimiyyÉti lukaÅenko ile ilgili görsel sonucu

Azərbaycanla anlaşmaq üçünsə ilk növbədə işğalçı siyasət durdurulmalıdır. Paşinyan sələfləri kimi, tezliklə bunu anlayacaq. Əks halda, islahatlara daha bir real təhlükə -  müharibə riski ilə üzləşməli olacaq. Ermənistanın inqilabçı baş nazirinin hansı yolu seçəcəyi yaxın aylarda bilinəcək. Hər halda, Paşinyan “hərb partiyası”nı təmsil eləmir, Qarabağ savaşında da iştirakçı olmayıb. Bu isə ona Azərbaycanla sülh danışıqlarını müəyyən mənada  daha inamla və arxayın aparmaq şansı verir.

Hər halda, kövrək də olsa, ümid qalır ki, Nikol Paşinyan Qarabağ məsələsində sələflərinin üstünlük verdiyi və ölkəni çıxılmaza soxan dalan yolundan imtina edəcək. Bir şeyi əminliklə söyləmək olar ki, Ermənistanın yeni rəhbərliyi Qarabağla bağlı ağır bir seçim qarşısındadır. Bu seçimdən ən əvvəl Ermənistanın inkişafı, taleyi, onun ağır izolyasiyadan çıxıb-çıxmayacağı, nəhayət, Paşinyanın öz xalqına verdiyi vədlərin aqibəti asılıdır.

Politoloq Fikrət Sadıqov hesab edir ki, 2019-cu ilin Qarabağ münaqişəsinin həllində dönüş ili olması Ermənistanın mövqeyindən asılı olacaq: “Dövlət başçımız çıxışında bildirdi ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Onlarda hakimiyyət dəyişikliyi baş verib, yeni, təcrübəsiz hökumət formalaşır, Dağlıq Qarabağ klanı hakimiyyətdən tamamilə uzaqlaşdırılıb. Əvvəlki hökumət faktiki olaraq, 25 il ərzində əllərindən gələni edib ki, bu məsələ həll olunmasın. İndi Ermənistanda hakimiyyətə gələn yeni hökumətdən çox şey asılıdır. Çünki onlar düşdükləri çətin, mürəkkəb vəziyyətdən çıxmaq istəyirlərsə, işğal siyasətinə son qoymalıdır. Onlar keçmiş hökuməti tənqid edirlər. Ermənistanın belə bir vəziyyətə düşməsinin səbəbkarları məhz kriminal Qarabağ klanıdır. Ona görə də yeni gələn hakimiyyət əlindən gələni etməlidir ki, bu vəziyyətdən çıxsın. Çıxış yolu isə odur ki, Azərbaycan torpaqlarının azad olunma prosesi başlansın. Əsas şərt budur. Belə bir yanaşma müşahidə etsək, əlbəttə ki, əlimizdən gələni etməliyik ki, bu məsələ həll olunsun”.

Onun fikrincə, 2019-cu ildə müəyyən bir irəliləyişin baş verməsi istisna deyil. “Azərbaycan həm diplomatik səylərini, həm siyasi addımlarını bu məqsədlərə yönəldəcək. Ölkə başçısı İlham Əliyev elə Lavrovla görüşündə bu barədə çox ətraflı danışdı. Prezident vurğuladı ki, burada Azərbaycan-Rusiya strateji tərəfdaşlıq formatı öz sözünü deməlidir. Rusiya Minsk Qrupunun həmsədri kimi bu məsələdə Ermənistana müəyyən təzyiq göstərməlidir. Çünki Rusiyadan çox şey asılıdır”, - deyə o, əlavə edib.

Siyasət şöbəsi

Tarix: 19-12-2018, 09:53
Xəbəri paylaş





Xəbər lenti