Putindən apokalipsis ANONSU, Türkiyəyə müharibə ELANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

 
Paşinyan gələn həftə Rusiyaya gedəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İran lideri Həsən Ruhani arasında Ankarada görüş keçirilib. Yunanıstan Müdafiə Nazirliyinin baş qərargan rəisi Evangelos Apostolakis Türkiyə haqqında təhdid xarakterli açıqlamalar verib
. Rusiya prezidenti Vladimir Putinin ənənəvi illik mətbuat konfransı keçirilib. Vladimir Putin amerikalı həmkarı Donald Trampla mümkün görüşü haqqında danışıb. Şimali Koreyadan ABŞ-a təhdid məzmunlu növbəti xəbərdarlıq edilib.
Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan gələn həftə Rusiyaya gedəcək. Bunu jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin deyib.
“Biz münasibətlərin inkişafını yaxın zamanlarda Paşinyanla müzakirə edəcəyik. O, gələn həftə Rusiyaya səfər etməlidir”, – deyə o bildirib.
Türkiyə ABŞ ekspertlərinə Ankaranın onu almasından sonra Rusiyanın S-400 kompleksini tədqiq etməyi təklif edib. Bu məlumatı “Blomberq” agentliyi yayıb. Məlumata görə, Ankara bunun sayəsində S-400 alışı ucbatından ABŞ-la yaranmış konflikti yoluna qoymağa cəhd edib.
Qeyd edək ki, ABŞ hökuməti Türkiyəyə “Patriot” sistemlərinin satışına izn verib. Satış razılığını Senatın təsdiqləməsi lazımdır.
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İran lideri Həsən Ruhani arasında Ankarada görüş keçirilib.
Yunanıstan Müdafiə Nazirliyinin baş qərargan rəisi Evangelos Apostolakis Türkiyə haqqında təhdid xarakterli açıqlamalar verib. General Türkiyə ordusunu yerlə-yeksan edəcəklərini deyib.
“Yunan Silahlı Qüvvələri bölgədəki sülh və sabitliyi qorumaq vəzifəsini daşıyır. Türklər qayalıqlarımıza çıxarsa, onları yerlə-yeksan edərik. Hökumətimiz də bizimlə eyni fikirdədir”,- baş qərargah rəisi bildirib.
O, Türkiyənin bölgədəki fəaliyyətindən narahat olduqlarını, eyni zamanda, qonşu ölkələrə qarşı təkbaşına vuruşa biləcəklərini deyib:
“Kipr adasının Yunanıstana aid hissəsi Türkiyənin Şərqi Aralıq dənizi bölgəsində tətbiq etdiyi təzyiqlərə qarşıdır. Bununla belə, İsrail və Misir ilə qurulan ittifaq sayəsində bölgədə balansı təmin etmişik. Əgər savaşacaq olsaq, bizim tərəfimizdə heç kim savaşmayacaq. ABŞ və Avropa İttifaqı ilə birlikdə Türkiyənin bu məsələni müharibəyə qədər uzatmayacağına əmin olmaq istəyirik. ABŞ əsla, Türkiyədən vaz keçməyəcək. Öz strateji maraqlarına görə Türkiyəni bölgədə yaxın müttəfiqi olaraq görməyə davam edəcək”.
“Deməli, Əfqanıstan artıq əsas hədəf olacaq. Əfqanıstan üzərindən Mərkəzi Asiyaya da təsir göstərmək istəyəcəklər”. Bunu ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə bağlı Vaşinqtonun qərarını şərh edən Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Frans Klinseviç bildirib.
O həmçinin, Suriyadakı çoxlu sayda döyüşçünün ABŞ tərəfindən Əfqanıstana aparıldığını söyləyib.
İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı hücumları artıracaqlarını deyib. Buna səbəb ABŞ-ın hərbi qüvvələrini Suriyadan geri çəkməsidir.
“İranın Suriyada yerləşməsi cəhdlərinə qarşı çox aqressiv davranmağa davam edəcəyik. İşlərimizi azaltmayacağıq. Bunu ABŞ-ın tam dəstəyi və bizə arxa çıxması ilə edəcəyik” – Netanyahu bildirib.
ABŞ-ın Suriyadan çəkiləcəyini açıqlamasının ardınca Fransadan kritik bir bəyanat gəldi. Fransanın Avropa İttifaqı naziri Natali Luazo Suriyada qalmağa davam edəcəyini bildirib.
Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılması barədə göstəriş verib. Donald Tramp özünün Tvitter səhifəsində İŞİD qruplaşmasının məğlub edildiyini və qoşunların Suriyada mövcudluğunun yeganə səbəbinin bu olduğunu yazıb.
ABŞ Müdafiə Nazirliyi Trampın onlara hərbi kontingenti Suriyadan geri çəkmək barədə əmr verdiyini təsdiqləyib.
Bu gün Rusiya prezidenti Vladimir Putinin ənənəvi illik mətbuat konfransı keçirilib.
Rusiya silahlanma üzrə beynəlxalq sistemin dağılmasını müşahidə edir. ABŞ-ın Orta və yaxın mənzilli raketlərinin məhvi haqqında Müqavilədən çıxışını xatırladan Putin deyid edib ki, Moskva bundan sonra öz silahlarını müasirləşdirməyə məcburdur. Bunu Rusiya prezidenti Vladimir Putinin ənənəvi illik mətbuat konfransında deyib.
Dövlət başçısı vurğulayıb ki, söhbət ancaq paritetin saxlanılmasından gedir. Putinin sözlərinə görə, sivilizasiyanın, hətta planetlərinin məhv olmasına gətirib çıxara biləcək ssenari təhlükəsi var.
“Silahın tətbiqi ehtimalının artması tendensiyası mövcuddur. Və bu çox təhlükəlidir. Bu, qlobal nüvə faciəsinə gətirib çıxara bilər. İkinci problem, qeyri-nüvə planında ballistik raketlərin tətbiqidir. Amerika partnyorları bundan imtina etdilər, amma ideyanın özü mövcuddur”, - Putin deyib.
ABŞ-ın Suriyada mövcudluğu qanunsuzdur. Bu sözləri Rusiya lideri Vladimir Putin bu gün keçirdiyi böyük mətbuat konfransında deyib.
“Suriyadan ABŞ qoşunlarının çıxarılmasına gəlincə, ABŞ hər il Əfqanıstandan da ordularını “çıxarır”. Suriyada hərbçilərin çıxarılması da hələlik görünmür. Hər bir halda bu da baş verəcək. Əgər indi belə qərar qəbul ediblərsə, bu, doğru addımdır”.
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla mümkün görüşü haqqında danışıb.Ənənəvi illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Kremlin başçısı Trampla görüşün nə vaxt baş tutacağını bilmədiyini deyib.
“Mən dəfələrlə demişəm ki, biz hazırıq”, - o əlavə edib.
Prezidentin sözlərinə görə, amerikalı həmkarı ilə müzakirə olunmalı çox məsələ var.
Şimali Koreyadan ABŞ-a təhdid məzmunlu növbəti xəbərdarlıq edilib.
Ukrayna ilə sərhəddə, Krımda və Donbasın işğal edilmiş hissələrində Rusiya hərbi texnikasının miqdarı kəskin artıb. Bu haqda 72-ci briqadanın hərbçiləri ilə görüş zamanı Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.
Prezident qeyd edib ki, sentyabr-dekabr ayları ərzində tankların miqdarı təxminən üç dəfə artıb.
“Kosmik kəşfiyyatın məlumatına görə, təcavüzkar tankları Ukrayna sərhədlərindən 18 kilometr məsafədə yerləşdirib. Ukrayna sərhədləri boyu, həmçinin Krımda və Donbasda 28 batalyon taktik qrupu, 1120-dən çox tank, 2600 zirehli maşın, 1230 artilleriya sistemi, 442 reaktiv yaylım atəş sistemi və 6 operativ-taktik raket kompleksi var”, - Ukrayna prezidenti deyib.
Ömər Dağlı
Tarix: 20-12-2018, 23:45
Xəbəri paylaş





Xəbər lenti