Putinə etibar yoxdur” – Politoloqdan ilginc iddia

 “ABŞ-Türkiyə münasibətlərində yaranan soyuqluq dövlətlərin starteji əməkdaşlığına təsir edə bilməzdi. Bu əməkdaşlığın dərin kökləri var və hər iki tərəfin maraqları çərçivəsindədir.Yaranmış soyuqluq yalnız liderlərin mənəm-mənəmlik davası idi”.
Hurriyyet.org-un məlumatına görə, ABŞ-ın “Patriot” raket sistemlərinin Türkiyəyə satışına icazə verməsi qərarını Teleqraf.com-a şərh edən politoloq Vasif Əfəndi belə deyib. Onun sözlərinə görə, NATO çərçivəsində müttəfiq olan ABŞ və Türkiyə bundan sonra da əməkdaşlığı davam etdirəcək: “Digər yandan, ABŞ-ın yenidən Türkiyəyə silah satışını bərpa etməsinin istiləşən Rusiya-Türkiyə münasibətlərini pozmaq cəhdi olduğunu düşünmürəm.
Ümumiyyətlə, Putinə etibar yoxdur. Çünki Rusiya indiyədək üzərinə götürdüyü öhdəlikləri və hətta rəsmi tədbirlərdə səs-küylə imzaladığı heç bir razılaşmanı sona qədər yerinə yetirməyib. Bu, Suriya ilə bağlı məslələrdə də öz əksini tapıb”.
Türkiyənin NATO üzvü olan yeganə müsəlman ölkəsi olduğunu deyən Vasif Əfəndi qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişindən sonra Türkiyədə radikal İslam yenidən yüksəlməyə başlasa da, bu hal müvəqqətidir.
Politoloq ABŞ-ın Türkiyəni etibarlı müttəfiq kimi qəbul edəcəyini diqqətə çatdırıb
Tarix: 21-12-2018, 10:18
Xəbəri paylaş





Xəbər lenti