Lukaşenkodan Paşinyana ŞOK ZƏRBƏ: Minsk 4 ölkə ilə razılaşdı


Lukaşenkodan Paşinyana ŞOK ZƏRBƏ: Minsk 4 ölkə ilə razılaşdı

Belarus prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna təyinatı haqqında qərar layihəsini imzalayıb.

Publika.az xəbər verir ki, bu haqda Belarus prezidentinin saytında bildirilir.

“Belarus Təhlükəsizlik Şurasının dövlət katibi artıq Qırğızıstan, Qazaxıstan, Tacikistan və Rusiyaya baş çəkdi. Bu dövlətlərin başçıları Belarus nümayəndəsinin KTMT-nin baş katibi postuna namizədliyini bəyəndilər. Aleksandr Lukaşenko, həmçinin rəsmən Stanislav Zasın təyinatını dəstəklədi”, - xəbərdə deyilir.

Lukaşenko cümə günü Zasla işçi görüşü keçirdi. Zas KTMT-yə üzv dövlətlərinin başçıları ilə öz görüşləri haqqında Belarus prezidentinə məlumat verib. Zas dövlət başçıları ilə görüşdə təşkilatın baş katibi postuna namizədliyini uyğunlaşdırmalı idi.

Daha əvvəl Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirmişdi ki, noyabrın 7-də KTMT-nin Astana sammitdə Ermənistanın nümayəndəsindən sonra təşkilatın baş katibi postuna Belarus nümayəndəsinin tutması məsələsi həll edilib. Daha sonra Belarus lideri bildirdi ki, Minskdə bu vəzifəyə üç mümkün namizəd var. Lukaşenkonun sözlərinə görə, KTMT-nin baş katibi postunad istedadlı general olmalıdır.

Qeyd edək ki, KTMT-nin noyabrın 7-də Astanada keçirdiyi sammit Ermənistan üçün uğursuzluqla nəticələndi. Sammitdə təşkilatın yeni baş katibinin seçilməsi gözlənilirdi. KTMT-nin prosedur və rotasiya qaydalarına və əlifba sırası ardıcıllığına uyğun olaraq, 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistanın nümayəndəsi daşımalı idi. Yerevan KTMT-nin ali orqanı olan kollektiv təhlükəsizlik şurasının qərarı ilə vəzifəsindən azad edilən Ermənistanın nümayəndəsi Yuriy Xaçaturovun əvəzinə başqa bir nümayəndəsinin təyin edilməsini istəyirdi, lakin Ermənistanın yeni namizədinin təşkilatın baş katibi olmasına icazə verilmədi.

KTMT-nin baş katibi postuna namizədlik haqqında qərarın dekabrın 6-da Sankt-Peterburqda verilməsi gözlənilsə də, bu qərarın qəbulu Ermənistanda baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinə xahişi işə təxirə salınmışdı.

Ömər Dağlı

Tarix: 21-12-2018, 15:55
Xəbəri paylaş





Xəbər lenti