Paşinyana 4 ölkədən ZƏRBƏ, ən BÖYÜK QORXU... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Aleksandr Lukaşenko Stanislav Zasın KTMT-nin baş katibi postuna təyinatı haqqında qərar layihəsini imzalayıb. Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə “Blomberq” agentliyinin “S-400” zenit-raket sistemləri ilə bağlı informasiyasını təkzib edib. Pentaqonun rəhbəri Ceyms Mettis gələn ilin fevral ayının sonunda istefaya gedəcək. Ukrayna Ali Radasın deputatı Vitali Kupriy Rusiyaya müharibə elan etmək xahişiylə prezident Pyotr Poroşenkoya müraciətin layihəsini parlamentə təqdim edib.

“ABŞ-ın qoşunlarını Suriyadan çıxarması və Türkiyənin regionda aktivləşməsi Dağlıq Qarabağ məsələsinə təsir edə bilər”. Bu barədə erməni türkoloq Ruben Safrastyan deyib.

Onun sözlərinə görə, Azərbaycan regionda güclənən Türkiyənin dəstəyindən istifadə edərək, Qarabağda status-kvonu dəyişdirmək istiqamətində hərəkətə keçə bilər.

“Ümid edirəm ki, bu olmayacaq və Minsk qrupu çərçivəsində sülh danışıqları davam edəcək”, - deyə o bildirib.

Belarus prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna təyinatı haqqında qərar layihəsini imzalayıb. Bu haqda Belarus prezidentinin saytında bildirilir.




ABŞ prezidenti Donald Trampın Amerika qoşunlarının Suriyadan çıxardılması haqqında qərarı qəbul etməsinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həlledici təsiri olub. “Hürriyyət” nəşrinin yüksək vəzifəli türk məmuruna istinadən yazdığına görə, Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarın ilə telefon danışığı zamanı onu Türkiyənin İŞİD terror təşkilatına qarşı mübarizə aparacağına dair söz verib.




ABŞ prezidenti Donald Trampın Suriyadan çəkiləcəyi barədə bəyanatı terror təşkilatlarına verilən silahların taleyi ilə bağlı sualı ortaya çıxardı. Bu suala cavab verən siyasi şərhçilər eyni zamanda, Fransanın “ABŞ-ın boşaldacağı yerlərə biz gələcəyik” şərhinin nə anlama gəldiyini və Türkiyəni bölgədə nələrin gözlədiyini də qiymətləndiriblər.




ABŞ prezidenti Donald Tramp ilə Suriya məsələsində bir çox nöqtədə eyni fikri paylaşırıq.Bu sözləri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bütün etirazlarımıza baxmayaraq, Fəratın şərqində qurulmağa çalışılan terror dəhlizi bizi hər cür riski almağa itələyir. Barak Obamanın dövründəki problemlər Tramp üçün pis bir miras olaraq qaldı. Qarşıdakı aylarda Suriyada PKK və İŞİD-in qalıqlarını təmizləyəcək bir hərəkat tərzi izləyəcəyik. Bu gün Türkiyəyə diz çökdürmək dünəndə qat-qat çətindir”, - Ərdoğan söyləyib.

Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə “Blomberq” agentliyinin “S-400” zenit-raket sistemləri ilə bağlı informasiyasını təkzib edib. Mənbə bu haqda “RİA-Novosti” agentliyinə açıqlamasında bildirib.

“İkitərəfli əlaqələrin gedişatında Amerika tərəfinə çatdırılıb ki, “S-400” sistemləri NATO sistemlərindən asılı olmayaraq istifadə olunacaq. Beləliklə, “F-35” qırıcılarına zərər verməyəcək, həmçinin onlarla bağlı həssas informasiya açılmayacaq”, - agentliyin həmsöhbəti bildirib.

Xatırladaq ki, daha əvvəl “Blomberq” agentliyinin yazdığına görə, Türkiyə ABŞ ekspertlərinə Ankaranın onu almasından sonra Rusiyanın S-400 kompleksini tədqiq etməyi təklif edib. Məlumata görə, Ankara bunun sayəsində S-400 alışı ucbatından ABŞ-la yaranmış konflikti yoluna qoymağa cəhd edib.

ABŞ qoşunların çıxarılmasına qədər Suriyaya zərbələr vurmağa davam edəcək. Bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat xidmətinin əməkdaşı Rebekka Rebarix bildirib.

Qeyd edək ki, dekabrın 19-da ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılması barədə göstəriş verib. Donald Tramp özünün Tvitter səhifəsində İŞİD qruplaşmasının məğlub edildiyini və qoşunların Suriyada mövcudluğunun yeganə səbəbinin bu olduğunu yazıb.

ABŞ Müdafiə Nazirliyi Trampın onlara hərbi kontingenti Suriyadan geri çəkmək barədə əmr verdiyini təsdiqləyib.

ABŞ İŞİD-lə Suriyada vuruşmaq yerinə özünə diqqəti artırmalıdır. Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

“Senator Lindsi Qrehemin əsgərlərin həyatının xilası və milyardlarla dollara qənaət edilməsinə qarşı çıxmasına inanmaq çox çətindir. Niyə biz Suriyada düşmənimizin xeyrinə savaşıb, İŞİD-çiləri Dəməşqə, Rusiyaya və İrana görə öldürməliyik? Ölkəmizə diqqət ayırmağın və gəncləri evlərinə gətirməyin vaxtı çatıb”, – deyə o bildirib.

Pentaqonun rəhbəri Ceyms Mettis gələn ilin fevral ayının sonunda istefaya gedəcək. Bu barədə ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.

“Ceyms Mettis fevralın sonunda istefaya gedəcək. Ceymsin vəzifədə olduğu müddətdə xüsusən ABŞ Silahlı Qüvvələri üçün hərbi texnika alınması sahəsində böyük uğura nail olundu”, - Tramp bildirib.

ABŞ prezidenti həmçinin yaxın vaxtlarda Mettisin yerinə namizədin kimliyinə də aydınlıq gətiriləcəyini söyləyib.

ABŞ prezidenti Donald Tramp demokratları Meksika ilə divarın inşasına pul ayrılmasına səs verməyəcəkləri halda, hökumətin işini dayandıracağı ilə təhdid edib. Tramp bu haqda tvitter səhifəsində yazıb.

“Əgər demokratlar sərhəd təhlükəsizliyi üçün səs verməsələr, hökumət bu gün fəaliyyətini dayandıracaq”, - Ağ Evin başçısı qeyd edib.

Əgər ABŞ Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxdıqdan sonra öz raketlərini Avropa Birliyi ərazisində yerləşdirsə, o zaman Rusiya ABŞ-ın Avropadakı raket sistemlərini hədəfə almaq məcburiyyətində qalacaq. Bunu “Birinci kanal”da yayımlanan “Böyük oyun” verilişində çıxışı zamanı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“ABŞ raketlərinin Avropada yerləşdirilməsi və onun potensial hədəfinin Rusiya olması ona gətirib çıxaracaq ki, Rusiya onları öz raket arsenalı vasitəsilə əsas hədəfinə götürmüş olacaq. Bu zaman keçmişdə yaşamağa məcbur olduğumuz situasiya yenidən təkrarlanacaq”, – deyə o bildirib.

Donbasda Ukrayna Silahlı Qüvvələri ilə separatçılar arasındakı təmsa xəttində vəziyyət yenidən gərginləşib.Dekabrın 20-də baş verən döyüşlərin gedişatında 6 separatçı ölüb, 3-ü yaralanıb.

Bir Ukrayna hərbçisinin yaralandığı bildirilir.

Ukrayna Ali Radasın deputatı Vitali Kupriy Rusiyaya müharibə elan etmək xahişiylə prezident Pyotr Poroşenkoya müraciətin layihəsini parlamentə təqdim edib. Bu haqda Ali Radadan bildirilib.

Ömər Dağlı

Tarix: 21-12-2018, 22:41
Xəbəri paylaş





Xəbər lenti