Erkən parlament seçkiləri olsa...


Müxalifət seçkiyə, yoxsa boykota gedəcək?

Gələn ilin aprelində növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə xəbərlər yayılır. Bəs, növbədənkənar parlament seçkiləri keçirilsə müxalifət partiyaları seçkiyə gedəcək, yoxsa boykota?

VİP sədri Əli Əliyev “Yeni Müsavat”a bildirdi ki, onlar seçkidə iştirakın tərəfdarıdırlar: “İstərdik ki, siyasi düyünlər məhz bu yolla həllini tapsın. Lakin Azərbaycanda seçki keçirilmir. Bu səbəbdən, əgər növbədənkənar parlament seçkiləri qərarı olsa, müzakirə edəcəyik. Mənim seçki tərəfdarı olmağımla yanaşı, hər dəfə seçkidə haqqımın əlimdən alınma təcrübəm var. Odur ki, iki hal arasında seçmək zorundayıq”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, növbədənkənar parlament seçkiləri söhbəti artıq uzun müddətdir davam edir. Ancaq bu istiqamətdə konkret hansısa addımların atıldığı və ya hazırlıq getdiyi barədə heç bir hərəkətlilik müşahidə edilmir: “Buna baxmayaraq, əvvəllər də qeyd etdiyim kimi, istənilən siyasi partiya istənilən anda seçkiyə hazır olmalıdır. Çünki partiyanın əsas işi seçkilərə qatılıb orada qalib gəlməkdir. Odur ki, biz AĞ Partiyaya olaraq çalışırıq öz gücümüzə uyğun olaraq hər an seçkilərə hazır olaq və o seçkilərdən hansısa müsbət nəticələrlə ayrılaq. Bizim partiyanın yeni formalaşmasına baxmayaraq, bu istiqamətdə kifayət qədər təcrübəmiz var. Son növbədənkənar prezident seçkiləri və AĞ Partiyaya olaraq bizim bu seçkilərdə iştirakımız dediklərimin əyani sübutudur. Əgər 2019-cu ildə növbədənkənar parlament seçkiləri keçiriləcəksə, biz AĞ Partiya kimi bu seçkilərdə tam gücümüzlə iştirak edəcəyik.

Ä°lgili resim

Bununla bağlı partiya daxili kifayət qədər diskussiyalarımız və dəyərləndirmələrimiz olub. Azərbaycanda mövcud 125 seçki dairəsindən ən azı 20-25 dairədən namizəd irəli sürməyə çalışacağıq. Ancaq indidən bu barədə danışmağı tez hesab edirəm. Hələ bir az daha gözləyərək siyasi proseslərin necə inkişaf edəcəyini və hansı şəraitin yaranacağını müşahidə etmək gərəklidir. Sonda bir fikrə vurğu etmək istəyirəm, biz AĞ Partiya olaraq ümumiyyətlə, hər hansı seçkiləri boykot etməyin əleyhinəyik. Boykotun mövcud hakimiyyətə xeyirindən başqa hansısa fayda verə biləcəyinə qətiyyən inanmırıq”.

Yeni AXCP-nin sÉdri Razi Nurullayev ile ilgili görsel sonucu

Yeni AXCP-nin sədri Razi Nurullayev isə bildirdi ki, parlament seçkisinə gedəcəkləri dəqiqdir: “İstər vaxtında, istərsə də növbədənkənar olsun, biz seçkilərdə iştirak edəcəyik. Siyasi partiya və siyasətçi seçkidən kənar qala bilməz. İştirak formatını isə məsələ tam aydınlaşandan sonra bəyan edəcəyik”

AMÄ°P katibi Æli Orucov ile ilgili görsel sonucu

AMİP katibi Əli Orucov qeyd etdi ki, növbədənkənar seçkilərin keçirilməsi ilə müxtəlif iddialar səsləndirilir, lakin hələ ki rəsmi mövqe yoxdur: “Parlamenti yenidən formalaşdırmağa yeni siyasi qüvvələrə və simalara ciddi ehtiyac duyulur. Üstəlik də ölkədə və dünyada gedən sürətli proseslər, xüsusən də sosial-iqtisadi vəziyyət, Qarabağ probleminin həll edilməməsi, rəsmi Bakıya davamlı beynəlxalq təzyiqlər demokratik və şəffaf seçkilərlə parlamentin formalaşdırılmasını zəruri edir. Lakin mən zənn etmirəm ki, hakimiyyət növbədənkənar parlament seçkilərinə getsin. Hazırkı tərkib iqtidarı tam olmasa da qane edir. Amma nəzərə almaq lazımdır ki, Gürcüstandan sonra, hətta Ermənistan da Qərbə doğru istiqamət görüntüsü yaratmaqdadır, o zaman Cənubi Qafqazın ən vacib olan ölkəsinin-Azərbaycanın seçim qarşısında qalmayacağı istisna olunmur. Partiyamızın əgər apreldə növbədənkənar parlament seçkiləri olarsa, iştirakına gəlincə isə bu barədə qərar vermə səlahiyyəti kollegial orqanlardadır. Amma təcrübədən çıxış edərək deyərdim ki, boykot taktikası doğru taktika deyil və bu özünü doğrultmayıb. Ona görə də partiya bu taktikadan təkcə bir dəfə 1999-cu il bələdiyyə seçkilərində istifadə edərək özünüidarə orqanlarına seçkilərinə qatılmayıb. Çox güman ki, partiya seçkilərdən kənarda qalmayacaq. Yaxşı olardı ki, müxalifət düşərgəsi 2019-cu ildə keçiriləcək bələdiyyə və ehtimal olunan növbədənkənar parlament seçkilərinə hazırlıqlarına indidən start versin. Əməkdaşlıq, birlik və bloklaşma formatları üzərində çalışmalara başlasınlar ki, vaxt itkisinə yol verilməsin. Belə olarsa hamı üçün faydalı və məqbul olardı”.

XÉzÉr Teyyublu ile ilgili görsel sonucu

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu isə bildirdi ki, növbədənkənar seçki olub-olmamasından asılı olmayaraq gələn il siyasi fəallıq artacaq: “Qanunla ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Daha sonra bir çox siyasi fəal partiyaların qurultayı gözlənilir. Regionda, Qarabağ məsələsində ciddi proseslər ola bilər. Bu baxımdan siyasi ab-hava istiləşəcək. Növbədənkənar parlament seçkisi hələlik sadəcə ehtimal olduğundan bu haqda qəti bir söz demək olmur. Belə bir vəziyyət yaranarsa təbii ki, müzakirə olunacaq və müvafiq mövqe qərar olacaq”.

ETİBAR

Tarix: 22-12-2018, 09:13
Xəbəri paylaş





Xəbər lenti