İlham Əliyev generalı işdən çıxardı – Sərəncam

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri Asəf Quliyev işdən çıxarılıb.          General-mayor Asəf Vaqif oğlu Quliyevin yerinə təyinat da olub. Prezident İlham ƏliyevNiyaməddin Tağıyevin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
“AzPolitika.info”nun məlumatına görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.General-mayor Niyaməddin Məhərrəm oğlu Tağıyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri təyin edilsin.
2.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.
Tarix: 22-12-2018, 16:41
Xəbəri paylaş





Xəbər lenti