“Putin münaqişənin həllində maraqlı görünmür”- ŞƏRH


“Putin münaqişənin həllində maraqlı görünmür”- ŞƏRH

“Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransında Ermənistanı strateji müttəfiq adlandırması və iki ölkə arasında heç bir problemin olmadığını qeyd etməsi əslində Nikol Paşinyana mesajıdır. Çünki Paşinyanın əsas siyasi planı ölkəsini Rusiyanın forpostundan çıxarmaq və Qərbə inteqrasiya siyasətini başlatmaqdır. Putin bununla demək istəyir ki, Ermənistan siyasətindən geri çəkilməyəcək və istənilən variantla İrəvanı öz orbitində saxlamağa çalışacaq”.

Cebhe.info xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Rusiya Ermənistan arasında Putinin dediklərinin əksinə olaraq gərgin proseslər inkişaf edir: 

“Rusiya rəsmilərinin Paşinyana qarşı sərt ritorikaları məhz buna əsaslanır. Qeyd edim ki, Ermənistanın hazırkı rəhbərliyi Kremlin təzyiqlərinə rəğmən rusiyayönümlü siyasət aparmayacaq. Bu da kifayət qədər Rusiyanın bu ölkəyə qarşı təzyiqlərinin artmasına gətirəcək.

Artıq yeni ildən başlayaraq "Qazprom”un Ermənistana sərhəddən satdığı qazın qiyməti 150 dollardan 250 dollara qədər satılcağı mesajı verilir. Bu, Paşinyan iqtidarına qarşı Rusiyanın təzyiqlərinin başlanması deməkdir. Rusiya Ermənistana ona görə daxili bazar qiymətinə qaz satırdı ki, bu ölkə Rusiyanın forpostu olaraq Kremlin siyasi orbitində idi. İndi Paşinyan bu orbitdən çıxmağa can atır.

Əgər, Paşinyan antirusiya siyasəti aparacaqsa, təbii ki, Rusiya Ermənistana əvvəlki qiymətə qaz satmayacaq. Qeyd edim ki, Rusiya daima enerjidən siyasi təzyiq məqsədlər üçün istifadə edib. Bu, Rusiyanın dövlət siyasətidir. Rusiyanın qazın qiymətini qaldırması, Ermənistanda Paşinyan əleyhinə daxili etirazlara gətirib çıxaracaq. Çünki qazın qiymətinin qalxması yerli istehlakçıların daha da çox vəsait ödəməsini şərtləndirəcək. Yoxsul erməni əhalisinin bu qiymətlərlə mavi yanacağa ödəniş etməsi mümükün görünmür. Bu da Paşinyanın sosial siyasətinin fiaskosu kimi qiymətləndiriləcək”.

Politoloq qeyd edib ki, Rusiyanın Paşinyana ən güclü təzyiqi göründüyü kimi, ölkədə kütləvi narazılıqlara səbəbə ola biləcək qaz şantajıdır: 

Paşinyan dekabrın 27-də Rusiyaya səfərində əsasən, Putinlə qazın qiymətini ən başlıca müzakirə edəcək və 150 dollardan da aşağı salınmasını xahiş edəcək. Putin o şərtlə razı olacaq ki, bir neçə ay müddətində Paşinyana vaxt verəcək. Əgər, fərqli siyasətini görərərsə, qazın qiymətinin qalxması labüd olacaq.

Paşinyanın Rusiya səfərində əsasən, təhlükəsizlik və iqtisadi zəmanətlər almaq, Putinin də əsas məqsədi siyasi zəmanət almaqdır. Paşinyan Putinə yalnız sözdə vədlər verəcək. Putin Paşinyanı ölkəsinin forpostunun valisi kimi qəbul edəcək. Məhz onu təbrik etməməklə bunu ona sübut etdi.

Azərbaycan Ermənistan və Rusiya arasında bu soyuqluqdan istifadə edib, münaqişənin həllində Rusiyadan böyük gözləntisi var. Amma Putin heç də münaqişənin həllində maraqlı görünmür. Hətta Ermənistanı qazanamağa can atır”.


Tarix: 24-12-2018, 13:32
Xəbəri paylaş





Xəbər lenti