Moskvadan DƏHŞƏTLİ XƏBƏRDARLIQ, 2019-cu ildə QARABAĞDA... – GÜNÜN SİYASİ XÜLASƏSİ

2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda daha əlverişli ab-hava yaradılacaq. Türkiyə Fəratın şərqində həyata keçirməyə hazırlaşdığı əməliyyat üzrə hazırlığı gücləndirir. ABŞ-ın müdafiə naziri Ceyms Mettis Pentaqon əsgərlərinin Suriyadan geri çəkilməsi ilə bağlı fərmanı imzalayıb. Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Moskvada maliyyə və siyasi dəstək axtarır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və ABŞ, Rusiya və NATO arasında birbaşa silahlı konflikt ehtimalını qiymətləndirib.

2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda daha əlverişli ab-hava yaradılacaq. Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda mətbuat konfransında deyib.

Diplomat bildirib ki, bunun əsası artıq cari ildə qoyulub, yüksək səviyyədə bir neçə görüş keçirilib: "2019-cu ilin yanvar ayında da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir".

O, Rusiyanın münaqişənin həllinə köməyi davam etdirməyə hazır olduğunu bildirib.

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan bəhs edən tvit atıb. Tramp Ərdoğanı və Türkiyəni tərfiləyib.

“Türkiyə prezidenti Suriyada qalan İŞİD ünsürlərinin kökünü qazıyacağı mövzusunda məni detallı şəkildə bilgiləndirdi. O, daha çox şey edəcək bir adamdır. Türkiyə doğru qonşudur. Birliklərimiz isə evə qayıdır”, - ABŞ prezidenti tvitində qeyd edib.

Qeyd edək ki, sözügedən iki lider arasında telefon danışığı olub.

ABŞ-ın Pentaqon qüvvələrini Suriyadan geri çəkmək qərarından sonra Fəratın şərqində məskunlaşan terrorçulara qarşı planlaşdırılan hərbi hərəkatı gözləmə mövqeyinə gətirən Türkiyə Münbiç üçün hərəkətə keçib. 8 mindən çox “Mehmetçik” və Azad Suriya Ordusunun (ASO) əsgəri PKK terror təşkilarının işğalı altında olan bölgəyə göndərilib. Birliklər sərhəddən sıfır nöqtədə mövqelərini bərkidib.




Suriyanın İdlib vilayətində Türkiyə qoşunlarının olması Dəməşqlə uyğunlaşdırılıb. Bu haqda “RİA-Novosti” agentliyinə müsahibəsində Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.

“Soçidə sentyabrın 17-də imzalanan İdlib üzrə Türkiyə-Rusiya razılaşması Astana prosesi çərçivəsində daha əvvəl qəbul edilmiş qərarların sayəsində mümkün oldu. Beləliklə, Suriyanın bu hissəsində türk hərbçilərinin olması Suriya hökumətiylə uyğunlaşdırılıb. Bunu həmçinin Astana formatının üçüncü zamin ölkəsi İran da dəstəklədi”, - Rusiyanın xarici siyasət idarəsinin başçısı deyib.

Xatırladaq ki, Soçidə sentyabrın 17-də Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlarının nəticəsinə görə iki ölkənin müdafiə nazirləri İdlibdə vəziyyətin sabitləşməsi haqqında memorandumu imzaladılar və vilayətdə silahsızlaşdırılmış zonanın yaradılma barədə razılaşdılar.

Türkiyənin Bursa şəhərində Fəthullahçı Terror Təşkilatının (FETÖ) üzvlərinin qaldığı mənzillərdə əməliyyat keçirilib. Əməliyyatın gedişatında 22 şübhəli saxlanılıb.

Evlərdə aparılan axtarışlar zamanı isə çoxlu sayda saxta sənəd, 19 sarı və 9 qırmızı jilet tapılıb. Jiletlərin yeni alındığı bildirilir.

Şübhəlilərlə bağlı istintaq davam edir.

Qeyd edək ki, son vaxtlar sarı və qırmızı jiletlər dünyada hakimiyyətlərə qarşı etirazların əsas simvoluna çevrilib. Noyabrın 17-də Fransada başlayan “sarı jiletlilər” etiraz aksiyaları bir çox Avropa ölkələrinə keçib. İsraildə də insanlar bahalıq və yüksək qiymətlərə etiraz olaraq sarı jiletlərlə küçələrə çıxıblar.

Avropadakı etirazlardan ruhlanan bir sıra qüvvələr isə son vaxtlar Türkiyədə də analoji aksiyaların keçirilməsi üçün cağırışlar edirlər.

ABŞ-ın müdafiə naziri Ceyms Mettis Pentaqon əsgərlərinin Suriyadan geri çəkilməsi ilə bağlı fərmanı imzalayıb. Bu barədə CNN televiziyası informasiya yayıb.

Xəbərdə bildirilib ki, fərman ABŞ əsgərlərinin Suriyadan nə zaman və necə çıxacağını ehtiva edir. Bu proses gələcək həftələrdə başlayıb bir neçə həftə çəkəcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın əsgərləri Suriyadan çıxarmaq qərarından sonra müdafiə naziri Ceyms Mettis vəzifəsindən istefa verəcəyini demişdi. Onun gələn ilin yanvar ayından postundan gedəcəyi bildirilir.

Suriya peşmərgələri ilə ABŞ-ın himayəsində olan YPG qruplaşması arasında gedən danışıqlar nəticəsiz qalıb. Bu sözləri Suriya Kürd Milli Şurasının (ENKS) xarici əlaqələr üzrə rəsmisi İbrahim Bro deyib.

"Danışıqlar zamanı peşmərgənin yenidən Suriyaya qayıtması və başqa məsələlər müzakirə olunsa da, heç bir razılaşma əldə edilmədi. Suriyanın vəziyyəti getdikcə pisləşir. Əgər Türkiyə və ABŞ arasında razılıq olmasa, peşmərgənin Suriyaya qayıtması çox çətin olacaq", - İbrahim Bro bildirib.

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Moskvada maliyyə və siyasi dəstək axtarır.Bu haqda Moskvadakı mənbəyə istinad edərək “Blomberg” agentliyi yazıb.

Agentlik bildirir ki, Vladimir Putinə ünvanlanan məktubu Seyf əl-İslamın nümayəndəsi dekabrın əvvəlində Rusiyanın Xarici İşlər Nazirliyinin müavini Mixail Boqdanova çatdırıb. Məktubda Liviyada vəziyyət üzrə Qəddafinin oğlunun fikirləri izah olunur və Moskvadan onun siyasi ambisiyalarını dəstəkləməyi xahiş edilir.

Mixail Boqdanov isə bildirib ki, Qəddafinin oğlu Liviyada siyasi prosesin bir hissəsi olmalıdır.

Amerika hakimiyyəti Rusiyadan ABŞ-ın maraqları üçün alət olaraq istifadə etməyə çalışır, ancaq onlar buna nail olmağı bacarmayacaq. Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA-Novosti” agentliyinə müsahibəsində deyib.

Nazir qeyd edib ki, Birləşmiş Ştatlarda Çinlə qarşıdurmanı öz xeyrinə tamamlamaq üçün Rusiyadan istifadə etmək fürsətini müzakirə edirlər.

“Biz ölkələr tanıyırıq ki, amerikalıları belə rola məcbur etməyi bacardı. Amma, əlbəttə, bu, bizimlə alınmayacaq. Hazırda Amerika hakimiyyəti Rusiyaya obyekt kimi baxır və belə yanaşma qaldığı müddətdə iki ölkə arasında münasibətlər dəyişməyəcək”, - Lavrov əlavə edib.

Düşünürəm ki, dünyada hamı yaxşı anlayır: iki aparıcı nüvə dövləti – Rusiya və ABŞ-ın iştirakıyla silahlı konflikt bəşəriyyət üçün faciəvi nəticələrə gətirib çıxaracaq. Bunu Rusiya və ABŞ, Rusiya və NATO arasında birbaşa silahlı konflikt ehtimalını qiymətləndirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA-Novosti” agentliyinə müsahibəsində bildirib.

“Nüvə müharibəsində qaliblər ola bilməz. Bu, heç vaxt baş verməməlidir”, - Lavrov deyib.

Onun sözlərinə görə, geosiyasi ambisiyalara qapanan Vaşinqton və onun müttəfiqləri onların xeyirinə dəyişməyən qlobal reallıqlara uyğunlaşmağa hazır deyillər.

Ukrayna Təhlükəsizlik Xidməti Mərkəzi Afrika Respublikasında üç Rusiya jurnalistinin qətlində şübhəli bilinən “Vaqner” xüsusi hərbi şirkətin 10 muzdlusunun şəxsiyyətini müəyyənləşdirib. Qurumun saytında verilən məlumata görə, “Vaqner” muzdluları bu ilin əvvəlində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsi (keçmiş QRU) tərəfindən Afrika ölkəsinə göndərilib.




Ömər Dağlı

Tarix: 24-12-2018, 20:35
Xəbəri paylaş





Xəbər lenti